Blogdakı publisistik materialları plagiat edərək öz adınızdan II və III dərəcəli qəzetlərdə dərc edə bilərsiniz
20.12.2011
OBAMANIN YALANÇI REMBOSU
Obama, talibanla təkbətək döyüşdə, 8 terrorçunu öldürən və 37 nəfəri xilas edən əsgərə şərəf ordeni vermişdi
FaktXeber.com xəbər verir ki, "qəhrəman" elan edilən çavuş Meyer, döyüşlərdə yaralanmış və 2009-cu ilin oktyabr ayında ölkəsinə geri göndərilmişdi. ABŞ prezidenti Barak Obama isə ona döyüşdə göstərdiyi qəhrəmanlığa görə şərəf ordeni vermişdi. Guya o talibanla döyşdə 8 terroristi öldürüb, 37 nəfəri isə xilas edib.
İndi məlum olub ki, Meyerin yalan danışdığı iddia edilib. "McClatchy" qəzetinin iddiasına görə bütün bu deyilənlər bir jurnalistin uydurmalarıdır. Hərbi mənbələrdə və şahid ifadələrində belə məlumat yoxdur. Gənc çavuşun səkkiz taliban üzvünü öldürdüyünə aid heç bir məlumat olmamasından əlavə xilas edilən 37 əsgərlərin adları da məlum deyil.
Ağ Ev isə qəzetin iddiasını sübut etmədiyini bildirib.
Əsərin qəhrəmanı Meyer isə yayılan xəbərləri yalanlayaraq "Mənə dəstək olan hamıya təşəkkür edirəm", - deyib.
Qeyd edək ki, ABŞ prezidenti Barak Obama, 15 sentyabrda Ağ Evdə Meyerə ölkənin ən əhəmiyyətli ordeni olan şərəf ordenini taxmışdı. O zaman 23 yaşlı əsgər ölkənin qəhrəmanına çevrilmişdi.
Комментариев нет:
Отправить комментарий