25.12.2011

Sarkozinin yəhudi babası



Rəcəb Tayyib Ərdoğan: "Osmanlı Sarkozinin yəhudi babasına qucaq açıb"


Türkiyənin baş nazir Rəcəb Tayyib Ərdoğan, "Sarkozi Əlcəzair qırğınını atasına soruşsun" demişdi. Bəs ata Sarkozi kimdir?

FaktXeber.com-un CNN-ə istinadən verdiyi məlumata görə, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan dünənki açıqlamasında Sarkoziyə səslənərək, "Əlcəzair qırğınından xəbərin yoxdursa, get atan Paul Sarkozidən soruş" demişdi.
Ata Sarkozidən Baş nazirə cavab gəlib.

İddiaların gülüncdür. O dövrlə əlaqədar bütün həqiqətləri sənədləriylə birlikdə kitabında yazdığı söyləyən Paul Sarkozi, "Legionda yalnız 4 ay qaldım. "Tant da vie" kitabımı alın, orada bütün sənədlər var", - deyib. P.Sarkozi, Ərdoğanın iddialarını da "gülünc" olduğunu söyləyib.
Ərdoğan babasını da xatırlatmışdı. Ərdoğan ayrıca olaraq Sarkoziyə, Osmanlı dövründə Selanikdə yaşayan babasını da xatırlatmışdı. Bəs Ərdoğanın bəhs etdiyi, Paul Sarkozi kimdir? Fransızların Əlcəzairdə törətdiyi cinayətlərdə rolu nə idi?
Ata Sarkozi kimdir? Ata Sarkozi macar mənşəlidir. 1928-ci ildə aristokrat bir ailədə dünyaya gəlib.
1940-cı illərin əvvəlində Fransa legionlarına qoşulan ata Sarkozi, təhsil üçün Əlcəzairə göndərilir. Fransa müstəmləkəçiliyinə qarşı əlcəzairlilər tərəfindən başladılan üsyanın ilk illərində, yəni ən qanlı dövründə də Əlcəzairdə fransız əsgəri kimi xidmət edib.
"Babasına Osmanlı qucaq açdı". Baş nazir Ərdoğan bugünkü açıqlamasında isə Sarkoziyə yalnız atasını deyil, Selanik mənşəli babasını da xatırladıb. Çünki Sarkozinin yəhudi mənşəli babası Osmanlı dövründə Selanikdə yaşayırmış.


Əziz Sahiboğlu

Комментариев нет:

Отправить комментарий