Sənəti başa düşmək üçün, əvvəlcə bütün sənətlərin qaynağı olan həyatı anlamaq, öyrənmək lazımdır. Yeni həyatı və sənəti anlamaq üçün hər şeyin təməlinə, təbiətə enmək lazımdır. (Eliel Zaarınen)
Ölümsüz sənət deyə bir şey varsa, onda sənətə inancı yox etmək də onu öldürməyəcəkdir. (Wieland Herzfelde)
Sənətkar göz və qulağını bizə borc verən adamdır. (İspan atalar sözü)
Sənətin düşməni savadsızlıqdır. (Ben Conson)
Sənət azadlıq tərəfindən əmizdirilsə böyüyər. (Şiller)
Sənətkara iki göz bəs eləməz (Lamartin)
Sənət təbiətdə gizlənib. Onu ordan çıxara bilənlər ona sahib olurlar. (Albert Dürer)
Sənət uzun, həyat qısadır. (Göte)
Bütün sənətlər allah vergisidir. (Valdis)
Sənət bizi Allaha aparan körpüdür. (Ebers)
Sənət çörək arxasınca qaçarsa, alçalar. (Aristophanes)
Sənət nə bir oyun, nə də bir əyləncədir. O ancaq ruhun çölə vuraraq özünü göstərmə ehtiyacıdır. (Benite)
Sənət sənət üçündür. (Viktor Kuzin)
Sənət təqlidin bitdiyi yerdə başlayar (Oskar Uayld)
Sənətin vəzifəsi təbiəti kopyalamaq yox, onu ifadə etməkdir. (Balzak)
Sənəttə heç bir şey, hətta hərəkət belə təsadüf deyil. (Edqar Desas)
Sənəti duyan insanlarla, sənəti anlayan insanlar çoxdur. Amma sənəti həm duyan, həm də anlayan insan çox azdır.
Sənət insanın öz insanlığını tanımasıdır. (Herbert Reat)
Gözəl olan hər şey insanın hafizəsində itə bilər. Fəqət sənətdə əsla. (Leonardo da Vinçi)
Bir ölkədə ağıl və sənətdan çox, sərvətə dəyər verilirsə, bilinməlidir ki, orda kisələr dolu, başlar isə boşdur. (H.Fredrix)
Anonim müəlliflərdən
Sənət insanın içindədir. İnsan inkişaf etdikcə o da inkişaf edir.
Sənət həyatı daha da mənalı etmək cəhdidir.
Sənət insan kimi yaşamağın bir görüntüsüdür.
Günel ƏSGƏRZADƏ kulis.az
Комментариев нет:
Отправить комментарий