Arzu Abdulla
“Bir gün işdə halva paylayırdılar. Dedilər ki, MƏHƏRRƏMlik də belə çıxdı”. Yazar Oktay Hacımusalının yeni romanındandır. Qəribədir, kitab Məhərrəm ayında çıxıb. Mən də kitabı Məhərrəm oxuyub, elə Məhərrəm də yazıram. Doğrusu kitabın üzü-gözü, rəng-ruhu mənə çox tanış gəlir. Bir az da Türkiyədə çıxan kitablara oxşayır. O ki qaldı kitabın içinə...
Hə, bu zor məsələdi. Deyim ki, kitabı bir oturumda oxuyub dərindən nəfəsimi aldım. Bu əslində kitabdakı zamanın axarı deyil, bu Oktay Hacımusalı qələminin sürəti və bacarığdır.
Əslində Oktay göydən ulduz gətirməyib və bu kitabında yeni planet də kəşf etməyib. Amma öz aramızdır, Oktay Hacımusalı bu kitabında zor yazıb ha.

Və ya “Əlini cibinə salıb baxdı ki, görsün getməyə yol pulu var, yoxsa yox? Qalmamışdı”. Hamımızın hər gün üzləşdiyi ağrıdı. Təəssüf dolu ağrıdı. Amma yaşamağa məhkumuq qaçmaq, qurtulmaq mümkün deyil.
Oktay bu vaxtı yazıb, yaşadığımız vaxtı. Amma onun daxili aləmi, ağrılı, sakit pıçıltıları bu vaxtdan, bizim vaxtımızdan çox qabağa gedib.
Oktay bu gün ədəbi proseslərdə liderlik etmək istəyən bir dəstə əlaməçidən çox fərqlidir. Oktayın liderlik etmək istəyi adıçəkilən kitabında hiss olunur. Daha doğrusu, yazıdakı pafosda hiss olunur. Amma bu pis hal deyil. Çünki Oktay başından yuxarı atlanıb, göydən ulduz gətirmək eşqində deyil. O, sadəcə ətrafında baş verənləri səssiz, diqqətlə müşahidə edir və pıçıltıyla söyləyir. Əslində ətrafımızda baş verənləri biz də görürük, hamı görür. Amma Oktayın fərqi həm də bunları duymasında, yana-yana duymasındadır.
“Bu vaxtın sahibi”nin üz qabığında qanlı yaş daman göz şəkli əks olunub. Hə, bu vaxtın SAHİBİNİN gözlərinin yaşında əks olunan qan dünyamızın yarılan bağrının, çatlayan qəlbinin qanıdır. Oktay bu qanı, hətta bu qanı acıyla duysa belə səsini başına atıb qışqırmır, o, sakitcə pıçıltıyla duyduqlarını söyləyir.
Bayaq bir dəstə əllaməçidən danışdım. Son illər çıxan ədəbi nümunələrin arasında çox fərqlənir “Bu vaxtın sahibi”. Ən azından kitabı açanda və tanış olanda qarşında gerçəkdən ədəbi nümunəni görürsən. Ən azından söyüş, yataq səhnələri yoxdur burda. Bu kitab həyalı, pərdəli və sevdiyini imanı kimi sevən aşiqin iztirablarıdır. Oktayın yazısı sanki qiyamət günündən xəbər verən müqəddəs yazıdır. Çünki Oktay yazısında o, əllaməçilərdən fərqli olaraq, söyüş söymür. Axı Oktayı yaxından tanıyan adam kimi bilirəm ki, onun belə ucuz şoulara heç ehtiyacı da yoxdur. Bəli, Oktay gördüklərini müqəddəs duyğularında duyur, sonra isə ətrafındakılara çatdırır. Özü də qışqırmadan, səssiz-küysüz, sakitcə. Bu yəqin belə olacaq həmişə. Lap dünya dağılsa da Oktay pıçıltı ilə söyləyəcək duyğularını. Oktay duymaq üçün dünyanı sakit, səssiz yerişiylə gəzəcək və sakit baxışıyla seyr edəcək. Bütün bunlardan isə VAXTDAN çox qabağa gedən “Bu vaxtın sahibi” və nələr, nələr yaranacaq. Nələr? Əlbəttə ki, saf, tərtəmiz, bütün pisliklərdən və pis niyyətdən uzaq dupduru ƏDƏBİYYAT yaranacaq. Uğur olsun Oktay abi!

arzuabdulla@rambler.ru
Комментариев нет:
Отправить комментарий