07.12.2011

Xəzər Aslanovun “mətbuat sevgisi”


Ülvi Məmmədli
Professional Oxucu Liqası

Jurnalistlərin yaxın çevrəsinə hucüma keçib, səbəbkarı mənəvi “nokauta” salmağı platformasına piroritet məsələ kimi daxil edib

 Elə məmur olmaz ki, onun haqqında mətbuatda yazı getməsin. Həm tənqid, həm də tərif. Tərif məlumdu. Jurnalistin cəsarəti çatanda tənqidə meyil edir. Bu zaman jurnalistin başına gələnlər müxtəlif olur. Əcəba haqqında tənqid yazılan məmur qəzeti yaxud jurnalisti hansı mənada cəzalandıra bilər.
 Bu yaxınlarda imzasına hörmət bəslədiyim, “Yardımlının səsi” qəzetinin redaktoru Elman Eldaroğlu Yardımlı rayon icra hakimiyyətinin qəzəbinə düçar olub. Səbəb isə olduqca primitiv və acnacaqlıdır.

Bu qəzet Yardımlıdan nə var nə var tənqidi məqalə yazıb. Amma bunlar başa düşmurlər ki, əsl jurnalist yazılarında balansı qoruyub saxalamalıdır.
Nə isə. Elman müəllim Yardımlıda mən deyərdim ki, inqilab etdi. Olmayanları tapdı, üzə çıxartdı. Yardımlı tanındı, tanıtıldı. Yardımlıdan çıxanlar, ürəkləri Yardımlı ilə döyünənlər yardımlılara ərməğan edildi. Bu o deməkdir ki, həmişə mərd, sarsılmaz mövqeləri ilə seçilənlər yaşayır və söz demək, mövqe nümayiş etdirmək hüquqlarına malikdirlər. Demək bu da kiməsə xoş getmir.
 Qəzet son zaman vaxtlar tənqidə üstünlük verib. Məncə bu mətbu orqanın missiyası budur. Artıq Yardımlıda şit məsələlərin, yalanın bir ünvanı var. “Zirvə”. Əmin edirəm ki, bu qəzetin elə sayı olmur ki, səhifələrində biri-birindən maraqlı yalanlar seriyası olmasın.
Yardımlinın bəlkədə nəzərlərdən uzaq olması burada baş verənlərin ictimayyiyətə catdırilması mümkün olmur. Burada baş verən ozbasnalıq, rüşvətin at oynatması, əsl peşəkarlara imkanın verilməməsi barədə informasiyalar cəmiyyətdə hiss edilmir.
Artıq Yardımlıda bir “kişi” var oda Xəzər Aslanovdur. Onun fərmanı olmadan rayonda quşda uça bilməz. Hər şey onun kurasiyasındadır hətta azad sözdə. Yardımlıda bir məsəl var. Yardımlı arıq ceyranların məkanıdır. Artıq buna şərh vermək istəmirəm.
Məncə qanunlarəməzda belə bir maddə vardır ki, vəzifəsindən asılı olmayaraq hər bir məmur istimayiyyətin hər bir üzvünə hesabat verməlidir ki. ona veilən vəzifələri nə qədər yerinə yetirilib. Bu da şübhəsiz ki, cəmiyyətin aynası hesab edilən mətbuat tərəfindən həyata keçirilir.
 Amma qulbeçə Xəzər Aslanov bunları yerinə yetirmir və bir növ mətbuata persona non qrata elan edib.”Yardımlınin səsi”ni sıradan çıxartmaq, bu mümkün olmadıqda redaktorun yaxın çevrəsinə hucüma keçib, səbəbkarı mənəvi “nokauta” salmağı platformasına piroritet məsələ kimi daxil edib. Amma bu üsul coxdan sınaqdan çıxarılıb. Sizlər başqa variantlar fikərləşin. Mən isə yazıma burada nöqtə qoyuram və mənə ediləcək hücümu gözləyirəm.

1 комментарий:

  1. Анонимный01.01.2012, 12:35

    Orta təhsilli serjant belə də olmalıdır.Vay Yardımlının halına. O,elə bilir ki,rüşvət almaq qanunda nəzərdə tutulub. Yardımlıla təzə koctyum geyinənə də o qısqanclıqla yanaşır.Yardımlı ona azlıq edir allah qoymasa daha böyük rayona gedər.

    ОтветитьУдалить