Yeni ədəbiyyat dərgisi işıq üzü görüb. “Yazı” adlı yeni jurnalın təsisçisi və baş redaktoru Azad Qaradərəlidir.
"Media forum" saytının məlumatına görə, dekabrın 3-də saat 13:30-da “Əli və Nino” kitab evində (Gənc Tamaşaçılar Teatrının yanı) dərginin ilk sayının təqdimatı olub.
“Yazı”nın ilk sayında Rafiq Tağı, Rəhim Əliyev, Cavidan, Əlabbas, Aslan Quliyev, Eyvaz Zeynalov, Svetlana Quliyeva, Azad Qaradərəlinin, habelə Güney Azərbaycandan olan yazıçıların, türkiyəli nasir İmdad Avşarın və başqa qələm sahiblərinin yazıları dərc olunub.
Jurnalın ilk sayında “Baş redaktordan” adlı ön yazıda Azad Qaradərəli bildirib ki, “Yazı” bu gün Azərbaycan reallığındakı AYB və AYO qarşıdurmasını önləmək, hər iki tərəfə açıq olan bir dərgi yaratmaq missiyasını öz üzərinə götürmək fikrindədir. Baş redaktor qeyd edib ki, “Yazı”nın ilk sayında buna əməl olunmağa cəhd göstərilib: “Burada hər iki tərəfin üzvlərinin, yaxud heç bir ədəbi təşkilatın üzvü olmayanların da qələmə aldıqlarına rast gələcəksiniz. Dərgi təkcə ədəbiyyatçılara deyil, yazıdan, qəzet-jurnaldan və xüsusən də, kitabdan uzaq düşmüş sadə insanımıza, əsas da gənclərə hesablanıb.

Комментариев нет:
Отправить комментарий