04.12.2011

Əyyub Qiyasın məhbəs şeirləri bizdə!


Bu gün ad günümdür!
dörd divar arasında
önümdə termosda dəmlənmiş
xoruzquyruğu çay,
qəlyanımın buğlanan tüstüsü,
bir də, bir iki rəngli şəkil.
Bu da ömürdən sovrulan
daha bir il.
özümü danlaya–danlaya
bir udum çay
bir udum tüstüylə
yola vermək istəyirəm
axşamı!
Gecə düşən kimi,
axşam olan kimi
bilirəm ki, yığışıbsız bir yerə.
Xəyallar dəli eyləyir adamı.

Bu gün ad günümdür mənim.
Həyatla ölüm arasındakı
körpünün üstüylə
yüyürən adam kimiyəm.
Gözdən könüldən
uzaqda qalmışam
Tənha ada kimiyəm
Başımın üstündən
Quş da uçmaz ki,
səmaların gözəlliyini duyam
bu anlarda çoxu üçün
unudulmuş şirin
bir yuxuyam
Gözucu tikanlı
məftillərə baxıram
Gözlərim yarıb keçir
daş divarları.
Dünyanın ən qərib yeri,
Ən qəribə yeri
zindanmış demə.
Qurban olduğum
Bu gün ömrümdə ilk dəfə
namazımı üzü qibləyə yox
üzü sizə sarı qıldlm.
Dedim, bəlkə eşidə bidiiz
səsimi.
Üzü qibləyə sarı
namaz qıldığımda
tanrı səsimi eşidərdi
həmişə.
Bu dəfə də istədim ki,
sən eşidəsən səsimi
Qurban olduğum
Bu gün ad günümdür mənim!
Təzə yaşımın bayramı.
dəliyə hər gün bayramdır,
bunu da bilir hamı.

                         ***         ***       ***
Qəbiristanlıqda olanlar
bir–birlərini
eyni adla çağırırlar.
qəbristanlıqda hamı bir–birinə
bir gözlə baxır.
kimi baş daşından utanır
kimisi də bir azca
çox yaşadığı üçün
yaşından.
Qəbiristanlıqda
hamı eyni cür sevir
eyni cürə sevilir.
Ölülər molla səsinə
diskinir...
Qəbiristanlıqda
körpə qəbirləri
bütün qəbirlərdən
ucada olur.
oralarda günəş işığı olmur.
Arabir ayın işığı düşür
o da əyri baş daşlarının
üstünə.
Gecələr bayquşlar ulayır
üzü qəbirlərə sarı
hər təzə ruh
təzə xəbərlə
çaşdırır köhnə ruhları.

Əyyub Qiyas

Комментариев нет:

Отправить комментарий