11.01.2012

ABŞ İraqdan çıxır: qısa faktlar

2003-cü ildən bəri əldə olunan nəticələr

image
2003-cü il 19 mart tarixində Amerika Birləşmiş Ştatlarının hərbi qüvvələri qeyri-qanuni olaraq İraq ərazisinə girərək hərbi əməliyyatlara başladı. Sabiq prezident Corc Buş administrasiyası müdaxilə üçün iki səbəb gətirmişdi: Səddam Hüseyn “əl-Qaidə” olə əlaqələdir və kütləvi qırğın silahına malikdir. Müstəqil araşdırmalar nətiəsində hər iki fakt öz təkzibini tapdı. 9 il davam edən müharibə İraqı xarabalığa çevirdi. 

İraq tərəfinin itkiləri

“Just Foreign Policy” təşkilatının hazırkladığı “ABŞ hərbi müdaxiləsi nəticəsində zorakılqdan həlak olmuş iraqlılar barədə elmi araşdırma” adlı hesabata əsasən, təqribən 1,5 milyon iraqlı hərbi əməliyyatlar nəticəsində dünyasını dəyişib. Bu göstərici ABŞ mediasında gedən rəqəmlərdən təqribən 10 dəfə çoxdur. Bundan əlavə, UNESCO-nun məlumatına görə, 1 milyon iraqlı – onlardan tən yarısını beş yaşına kimi uşaqlar təşkil edir – 1991-2003-cü illərdə ABŞ və BMT sanksiyaları nəticəsində həlak olub.

Amerika tərəfinin itkiləri

Koalisiya qüvvələrinin rəsmi məlumatına əsasən, 2003-cü ildən bəri təxminən 4500 amerikalı əsgər ölüb.
  
İraqın yetim uşaqları

Alternet.org saytının məlumatına əsasən, hələ 2007-ci ildə İraq hökumətinin rəsmi açıqlamasında bildirilirdi ki, ölkədə 5 milyon yetim uşaq var. Bununla bağlı narahatlıq ifadə edən UNİCEF müharibə nəticəsində psixoloji travma alan uşaqlara yardım edilməsində aciz olduğu etiraf edib.

İraq qadınları

Müharibə nəticəsində qadınlara qarşı zorakılıq halları sürətlə artıb. 2010-cu il mart ayında İraq hökumətinin rəsmi statistikasına görə, ölkədə 3 milyon dul qadın var idi. Yegan iş yeri polis və ordu olduğundan qadınlar işsiz qalıb və ailələrini dolandıra bilmirlər. Təhlükəsizlik və iqtisadi çətinliklər səbəbindən qızlar məktəbə gedə bilmir, ona görə də qızlar arasında savadsızlıq artıb. Həmçinin qadın alveri də sürətlə artıb.  

İraq qaçqınları

New York Times məlumat verir ki, müharibənin yalnız ilk dörd ilində doğma evlərindən məcburi köç edən iraqlıların sayı 4 milyona yaxındır. 2007-ci ilin məlumatına əsasən, onlardan 2 milyonu ölkə daxilində qalmalı, qalan 2 milyonu isə xaricə qaçmalı olublar. İraqlıların qaçdığı ölkələr sırasında əsasən Suriya, İordaniya, həmçinin Livan, Misir, Türkiyə və Fars körfəzi ölkələri qeyd olunur.

Müharibənin dəyəri

Son müstəqil araşdırmalara görə, bu ilin iyun ayının 29-na qədər Əfqanıstan və İraq müharibələri ABŞ üçün 3,7-4,4 trilyon dollara başa gəlib. Araşdırmanı Braun Universitetinin Beynəlxalq Araşdırmalar üzrə Vatson İnstitutu aparıb.

Amerikalı iqtisadçı Cozef Ştiqlitzin hesablamalarına görə, 2008-ci ilə kimi İraq müharibəsi ABŞ üçün 3 trilyon dollar baha başa gəlib.

AFP-yə görə, Hərbi qüvvələrini İraq ərazisindən çıxarmasına baxmayaraq, 2012-ci ildə İraqa 6 milyard dollar xərcləmək nioyyətindədir.

2003-cü ildən sonra İraqda 17 milyard neft dollarları oğurlanıb. İraq hökuməti oğurluqda ABŞ-ı ittiham edərək, pulların geri qaytarılmasını tələb edir. Bununla bağlı BMT-yə də müraciət olunub. (Reuters)

İraq və Əfqanıstanda fəaliyyət göstərən ABŞ şirkətlərində çalışan 17 min işçinin mühafizəsi üçün 206 milyard dollar sərf olunub. Konqressin araşdırması zamanı məlum olub ki, müharibəyə ayrılan pullardan 31-60 milyard dollar arasında vəsait itib. Həmçinin, ayrılan vəsaitin 75 faizi yalnız 23 podryatçı şirkətə verilib. (Wall Street Journal)

Blackwater

Təhlükəsizliyi təmin etməli olan “Blackwater” adlı amerikalı poryadçı şirkət (hazırda “Academi” kimi tanınır) İraqdakı fəaliyyətinə görə müxtəlif məhkəmə çəkişmələrində cavabdeh qismində çıxış edib. Onlar 17 mülki iraqlını Bağdadın Nisur meydadında qətlə yetiriblər. Buna baxmayaraq şirkət adını ”Xe”yə, daha sonra isə“Academi”yə dəyişərək yenidən İraqda fəaliyyətinə davam edərək mülki vədəndaşlara qarşı zorakılıqdan əl çəkməyib. (Washington Post)

salaminfo.az

Комментариев нет:

Отправить комментарий