11.01.2012

“Azərbaycanda çap olunan orta məktəb dərsliklərində səhvlər var”


image
Məleykə Abbaszadə Təhsil Nazirliyinin fəaliyyətindən narazıdır

“Azərbaycanda çap edilən orta məktəb dərsliklərində nöqsanlar var”. Bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, bu il yeni çap olunan Biologiya və Tarix dərsliklərində də səhvlər yer alıb: “Şagirdlər həmin səhvləri düzgün məlumat kimi qəbul edə bilərlər”.

TQDK sədri deyib ki, “Abituriyent” jurnalının yanvar ayında çap olunacaq 1-ci sayında dərsliklərdə olan səhvlər haqda düzəlişlər veriləcək. Jurnalın 57-ci səhifəsindən 69-cu səhifəsinədək səhvlərdən bəhs olunacaq.

M. Abbaszadə bildirib ki, qəbul imtahanları üçün test bankında olan suallara düzgün cavab tələb olunacaq, ona görə də abituriyentlər bu jurnalı oxumalıdırlar: “Tarix dərsliyində səhvlər mənəvi, həm də siyasi nöqteyi-nəzərdən yaxşı hal deyil”.

Təhsili Nazirliyi nəzdində Dərsliklərin Qiymətləndirilməsi Şurasının sədri Elmina Kazımzadə isə TQDK sədrinin fikirlərinə münasibət bildirərkən Biologiya və Tarix dərsliklərində olan səhvləri bu dərsliklərin yeni meyarlarla hazırlanmaması ilə əlaqələndirib.

APA 

Комментариев нет:

Отправить комментарий