11.01.2012

İran ABŞ-ın CİA casusu ilə görüşmək tələbini rədd edib

imageCasus iran əsilli ABŞ vətəndaşıdır

İran ABŞ rəsmilərinin İsveçrə səfirliyinin vasitəçiliyi ilə Əmir Mirzəyi Hikməti ilə görüşmək tələbini rədd edib. Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner açıqlama verib. O, İran hökumətindən ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə casusluqda təqsirləndirilərək həbs olunmuş Əmir Mirzəyi Hikməti ilə İranda bu ölkənin maraqlarını təmsil edən İsveçrə səfirliyinin vasitəçiliyi görüşmək istədiklərini, lakin İranın görüş tələbini rədd etdiyini bildirib. Mark Toner İran əsilli ABŞ vətəndaşı olan Əmir Mirzəyi Hikmətinin casusluq etmədiyini və dərhal azadlığa buraxılmasını təkrar tələb edib.

Qeyd edək ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə casusluqda təqsirləndirilən Əmir Mirzəyi Hikmətinin dekabrın 27-də Tehran İnqilab Məhkəməsində ilkin məhkəmə prosesi keçirilib. Məhkəmədə ona qarşı irəli sürülən ittihamları qəbul edən Əmir Mirzəyi Hikməti ABŞ-ın səlahiyyətli şəxsləri tərəfindən aldadıldığını, İrana gələrək bu ölkədə qalmaq istədiyini və bir daha ABŞ-a dönmək niyyətinin olmadığını deyib.

APA

Комментариев нет:

Отправить комментарий