14.01.2012

ABŞ-ın QUANTANAMO SİMASI


10 ildir ki, bütün dünya tərəfindən həbsxana haqqında kəskin fikirlərin səsləndirilmsinə baxmayaraq, Quantanamonun bağlanması hələ ki, real görsənmir

FaktXeber.com-un verdiyi məlumata görə, 11 Sentyabr ABŞ-da baş verən terror hadisələrindən sonra, ABŞ-ın ''qlobal terrorla mübarizə'' adı altında açdığı Quantanamo həbsxanasında bu günə qədər məhbuslara qarşı çox ağır işgənəcələr verilir. Həbsxana artıq 10-cu il dönümünü qeyd edib və bağlanması ilə bağlı hər hansı tədbir görülmür. Bir neçə il bundan əvvəl Quantanamoda baş prokurorluq vəzifəsində və bəzi məhbusların vəkili kimi fəaliyyət göstərən ABŞ-lı müsəlman gənc, Quantanamo ilə bağlı fikirlərinə ictimaiyyətə açıqlayıb.

Hazırda təqaüddə olan hava qüvvələri polkovniki, vəkil Morris Devis, 2005-2007 illər ərzində Quantanamodakı hərbi komissiyanın baş prokurorluq vəzifəsində çalışıb. Lakin Quantanamo məhbuslarının işgəncə ilə ifadə verməsini və heç bir dəlil sübut olmadan onların mühakimə edilməsini gördükdən sonra öz vəzifəsindən istefa verib. Hətta Morris Devis 2008-ci ildə Quantanamoda olan məhbuslardan birinin lehinə şahidlik edərək, ABŞ prezidenti Baraka Obamanın Quantanamo ilə bağlı verdiyi  sözünü tutmağa çağırmışdır.
Devis, keçmiş ABŞ prezidenti Corc Buşun Quantanamo ilə bağlı vədlərini yerinə yetirmədiyi üçün növbəti dəfə seçilmədiyini xatırladaraq, ''Obama, amerika xalqına Quantanamonun bağlayacağına dair söz vermişdir. O sözünə bu günə qədər əməl etməyib. Buna görə də ondan, bir az da olsun liderlik göstərib, Quantanamonun bağlanmasına dair verdiyi sözə əməl etməsini gözləyirəm.”, - deyə bildirib.
Quantanamo ilə bağlı ABŞ ictimaiyyətini Obama tərəfindən məlumatlandırılmasının lazım olduğunu qeyd edən Devis, bunları söyləyib: ''Amerika ictimaiyyəti, Quantanamoda olan məhbuslar haqqında çox pis fikirdədirlər. Onlar elə bilirlər ki, orada olan şəxslər dünyanın ən pis insanları və amerikanlıları öldürmək istəyən şəxslərdir. Halbuki ölkə rəhbərliyi Quantanamoda olan bəzi məhbusları digər yerlərə köçürərək, barələrində bəraət hökümü çıxarıb. Lakin ABŞ ictimaiyyətinin bu məsələlər haqqında heç bir məlumatı yoxdur."
Devis, həbsxanada barələrində bəraət hökümü çıxarılan 89 məhkumun, əksəriyyətinin Yəmənli olduğunu bildirərək, “ABŞ hökuməti həmin şəxslərin Yəməndə saxlanmasının təhlükəli olduğunu əsas gətirərək, məhbusları bu günə qədər Quantanamoda saxlayır”, - deyə qeyd edib.
Quantanomanın bu il bağlanmasının mümkün olması ilə bağlı suala da aydınlıq gətirən Devis, “bu il ABŞ-da seçki ili olmasına baxmayaraq çox təəssüf ki, Quantanamonun bağlanmasına ümid etmirəm”, - deyə cavablandırıb.
Digər tərəfdən Devis bu il Konqresdə Quantanamoda olan məhbusların həbsdə saxlanma müddətinin qeyri-müəyyən vaxta qədər uzadılması ilə bağlı hazırlanan qanun layihəsinin Obama tərəfindən imzalanmasının ölkə ictimaiyyəti tərəfindən ciddi narazıçılıqla qəbul olunduğunu vurğulayıb. “Obama bu qədər tənqidlər və ictimai qınaq qarşısında qanun layihəsinə imza atmasının səbəbi özünü teroristlərə qarşı sərt göstərməkdən ibarət idi.”
Davis sonra sözlərinə belə davam edib:
''Amerikalılar təəssüf ki, əxlaqi dəyərlərimizdən imtina etdilər. İnsanlar 11 Sentyabr hadisələrindən sonra qorxu içində idilər. Siyasətçilər onların bu qorxularından istifadə edərək, “qorxu oyunu” oynadı və ölkəmizin yarandığı gündən etibarən əldə etdiyi bütün insani dəyərləri ayaq altına atdılar. Bu il seçki ili olmasına rəğmən bəzi şeylərin dəyişəcəyinə dair optimist deyiləm, amma ümidimi də heç bir zaman itirmirəm.”


"MƏNFİ BİR SİMVOL"

Guantanamonun hazırda ABŞ üçün ''mənfi bir simvol'' gətirdiyinin qeyd edən Devis, “'dünyanın harasında olursuz olun, Əbu Gureyb hərbi düşərgəsi və ya Guantanamo dedikdə, insanların zehnində ABŞ-la bağlı mənfi düşüncələr formalaşır. Bir xalq olaraq amerikalıların, dünyada “pis insanlar” kimi tanınması heç bir halda bizim milli mənfəətimizə uyğun deyil''-deyə bildirib.    

Devis eyni halda bildirib ki, Quantanamonun bağlanması ABŞ-ın dünyadakı imicini düzəlməsinə səbəb olmayacaq. Lakin bu doğru bir addım hesab ediləcək.



"ABŞ DAHA ETİBARLI HESAB OLUNMUR"

Qeyd edək ki, dünən Vaşinqtonda yüzlərlə insan küçələrə tökülərək, Quantanamo həbsxanasının bağlanılmasını tələb ediblər. Ağ Evin önündə Quantanamo məhkumlarının geydiyi narıncı rəngli paltarlar geyinərək başlarına qara bez keçirən etirazçılar, Quantanamonun bağlanması ilə bağlı Barak Obamanın ünvanına kəskin tənqidi şüarlar səsləndiriblər. Quantanamodakı məhbusların ədalətli mühakimə olunması istiqamətində bir neçə müddət fəaliyyət göstərən vəkil Tom Vilner, Quantanamonun nə vaxtsa bağlanacağını dair ümidli olduğunu bildirib. “ABŞın bir gün oyanacağına və ABŞ vətəndaşlarının bu məsələyə diqqət edəcəyinə ümid edirəm. Quantanamonun ABŞ üçün yaratdığı utanc, onun iddia etdiyi kimi müdafiəsində olduğu dəyərlərə uyğun gəlmir. Quantanamoya görə utanc hissi keçirdirəm."


"SİZİN DƏ BAŞINIZA GƏLƏ BİLƏR"

ABŞ ordusunda xidmətdə olarkən islam dinini qəbul edən Abdullah Rels adlı amerikali, Quantanamo həbsxanasının bağlanılması ilə bağlı etiraz edən minlərlə ABŞ-lıdan biridir. Rels, ABŞ prezdienti Corc Buşun dövründə elan edilən 'qlobal terrorla mübarizənin” terrorizmlə  heç bir əlaqəsi olmadığını bildirərək, bu prosesi qeyri-qanuni işğalçılığı həyata keçirtmək və insanları qanunsuz həbsə atmaq üçün edildiyini bildirib. ''Müharibənin əsl səbəbkarları və cinayətkarlar bu gün ABŞ xalqına rəhbərlik edən şəxslərdir. Əslində bu gün onlar həbsə atılmalıdırlar. Quantanamoya və Əfqanıstanda baş verən qeyri-qanuni işğalçılığa son qoyulmalıdır.” 

4 il bundan öncə Qurani-Kərimi oxuduqdan sonra İslan dinini qəbul edən Rels, adını dəyişdirərək Abdullah qoyub. Rels hazırda müsəlman olması ilə qürur duyduğunu bildirib.

“Hazırda ABŞ-da FTB tərəfindən müsəlmanlara qarşı ayrı seçkilik edilir. ABŞ-da müsəlmanların öz haqlarını müdafiə etməsi üçün birləşməsi lazımdır.”

Qeyd edək ki, həbsxanada ilk dəfə 20 məhkum olub. Bunlar ''düşərgə x-Rels'' deyilən dəmir qəfəslərdə saxlanılıblar. Bundan sonra məhkumların sayının artması ilə əlaqədar yeni binalar inşa edilib. Düşərgədə qlobal terrorla mübarizə adı altında 779 xarici məhbus saxlanılırdı. Məhbusların bəziləri bu günə qədər ya öz ölkələrinə qaytarılıb, ya da ki, gizli olaraq azadlığa buraxılıb. Lakin hazırda düşərgədə 23 millətdən, yaşları 25-62 arasında olan 171 məhbus saxlanılır. 171 məhbusdan 89-nun buraxılması məqbul hesab edilir. Lakin bu günə qədər onların taleyi naməlum olaraq qalır.  Həbsxanada olan məhkumların 46-ı isə ''buraxılması çox təhlükəli məhbuslar'' hesab olunurlar. Həbsdə olan şəxslərin hamısı həbsaxanada olduqları müddətdə şiddətli işgəncələrə məruz qaldıqlarını bildiriblər. Onlara uzun müddətli tək kamerada, yuxusuzluq şəraitində, soyuqda və ya isti havada saxlama, yüksək səsdə musiqiyə qulaq asdırmaq, hərbi itlərlə qorxutmaq və.s kimi işgəncələr veriblər. 

Uzun müddət ərzində CIA-nın gizli həbsxanasında saxlanılan və sonra Quantanamoya aparılan 3 məhkum onlara qarşı “waterboarding”(su ilə boğma) üsulu ilə işgəncə verdildiyini bildiriblər. Onların bildirdiklərinə görə bu günə qədər işgəncələrə görə 8 məhkum həyatını itirib.CİA rəsmiləri isə ölənlərin 6 nəfərinin intihar, 2 nəfərinin isə xərçəng və infarkt kimi xəstəliklərdən öldüyü bildiriblər.
Xatırladaq ki, ABŞ prezidenti Barak Obama prezident seçilməmişdən öncə Quantanamonun bağlanmasına dair söz verərək həbsaxananın 2010-cı il yanvar ayına qədər bağlanması üçün göstəriş vermişdir. Lakin həmin tarixin üzərindən uzun müddət keçməsinə baxmayaraq həbsxana bu günə qədər bağlanmayıb.

Комментариев нет:

Отправить комментарий