14.01.2012

Biraz gileyi sevmək

Məşhur filimlərdən hərəkətli fotokadrlar
Gunay Umid

Küçə qadını

Yağışın qucağında
Damlaların rəqsiylə sığallanan qadın…
Bədənində satılıq isməti üşüyür,
Dodaq boyasıyla boyayıb gülüşlərini,
Dişlərinin ararasında sındırıb söyüşlərini,
Arsız bəxtini taxıb qoluna
Dabanının altında addımları ölə-ölə,
İtirdiyi ləyaqətin çıxıb yoluna
Qaçışında gizlənmək istəyir.

Küləyin ehtirasıyla
Yelə vermək istəyir
Saçlarındakı kişi sığallarını,
İslanmış ovuclarıyla
Nəfəsin kəsmək istəyir
Üzündəki öpüşlərin,
Dodağındakı yalançı gülüşlərin.
Dünən balaca qızcığaz,
Məşhur filimlərdən hərəkətli fotokadrlar bu gün küçə qadını,
sabah isə
dünən və bu gün arasında
dibi görünməyən bir boşluq…
Baxışları da yadlaşıb
Özü-özünü aldadandan, yalandan
Arzuları da, xəyalları da küsüb evindən
Küçə qadını olandan.
Yağışın altında
Damlaların rəqsiylə sığallanan qadın
Axtarır bəxtinin
Günəşi sönmüş aydınlığını,
Küçədən toplamaq istəyir qadınlığını…

Ölümü dilə tutmaq…

Bizim evimizin qapısı da var.
Qapımı döymədi,
Ani gəlmisən.
Sənin də, mənim də Allahımız bir,
Allah səbr etməyi öyrədib mənə.
Sən də səbirli ol, gözlə, ay ölüm…

Qulaq səslərimin ayağı altda
Günahlar üst-üstə
Yığılıb şişir.
Bir az səbirli ol, tələsmə belə,
Hələ ocaqda da yeməyim bişir.

Səbr elə, çayımı  üfürüm hələ,
İçim bir an kimi, bir sabah kimi.
Oğlumu baxçadan götürüm hələ,
Çəkim nəfəsimə o gül qoxusun,
Axsın gözlərimdən nisgil ah kimi.

Gəl küsülü qalaq işim bitincə.
Bax belə  gözləmək
Yoracaq səni.
Hələ çox işim var,
Gözləmə məni…

Biraz sevmək

Birz eyibləri sevmək,
Ağ buxaq yer edən
Gözəlin xalı kimi.
Biraz yalanları sevmək
Bir bədbəxtin üzündə
ümid sığalı kimi.

Biraz gileyi sevmək,
Fəryadın dodağında
Nəğmə  oxumaq kimi,
Biraz həyatı sevmək
Ölumdən qorxmaq kimi.

Biraz xəyanəti sevmək
Üşuyən ismətlərdə
Sədaqət anmaq kimi.
Biraz əlinin qabarını,
Üstunun palçığını ,
Biraz cəhennemi sevmək
Cənneti qazanmaq kimi.
Məşhur filimlərdən hərəkətli fotokadrlar  
Biraz günahı sevmək,
Allahın əteyində
Mərhəmət dilənmək kimi.
Biraz ağlamağı sevmək
Ürəkdə közə dönən
dərdə su səpmək kimi.

əzablara gülərək
Biraz qalmağı sevmək
Öz-özünden əl cəkib
Gümana getmək  kimi.
Və biraz səni sevmək
Nifrəti azad edib
Qəlbi həbs  etmək kimi.

Комментариев нет:

Отправить комментарий