14.01.2012

ÇAVES 11 SAAT DAYANMADAN DANIŞDI


Ötən ilin hesabatını verən Venesuella prezidenti yüksək natiqlik istedanını nümayiş etdirib

Faktxeber.com-ün verdiyi məlumata görə, Venesuella prezidenti Uqo Çaves ölkənin  Milli Assambleyasının deputatları  qarşısında 11 saat  dayanmadan çıxış edib. O, nahar və çay fasilələri etmədən  ötən ilin hesabatını təqdim edib.
Qeyd edək ki, prezident ötən il büuna görə cəmi 7 saatını sərf etmişdi.
Lakin səhhətində olan problemlər, o cümlədən xərçəng şişinin götürülməsi əməliyyatı və 4 kurs kimyəvi terapiya onun natiqlik qabiliyyətinə təsir etməyib.
Qeyd edək ki, çıxış zamanı o, Venesuella prezidenti Uqo Çavesin  Mayamidə konsulluğunun bağlanacağı haqqında da məlumat verib. Buna səbəb kimi isə konsul Liviya Akosta  Noqueranın ABŞ-dan çıxarılmasını göstərib.
Xatırladaq ki, ötən həftə ABŞ Venesuellanın Mayamidə baş konsulunun persona non-qrata elan edərək ölkəni tərk etməsini tələb etmişdi.  Dövlət Departamenti  hələ ki, bu addımının səbəbini açıqlamayaıb.

Комментариев нет:

Отправить комментарий