20.01.2012

Qismətin şeirləri "Ən yeni ədəbiyyat" seriyasında çap olundu


"Qanun" nəşriyyatı "Ən yeni ədəbiyyat" seriyasından daha bir kitab nəşr edib.
Bu, gənc şair Qismətin "Meqapolis hüznləri" kitabıdır.
Kitabdakı şeirlər sürətlə meqapolisə çevrilən Ba­kının yeni kodlarını, şifrələrini nişan verir.
Böyük şəhərdəki həkimi, polisi, müəllimi, sürücünü, süpür­gəçini, səfili, ayaqqabı boyayan uşaqları, siqaret satan kişini, fahişəni, tələbəni – hamını və hər şeyi yazmaq kimi qeyri-mümkün cəhd kitabın əsas özəlliyidir.
Şəhər sürətlə böyüyür, adamlar getdikcə tənh­a­laşır. Bu konfliktin arasına Qismət öz şeirlərilə girir.
Kitabda müəllifin forma baxımından eksperimen­tal və vizual şeirləri də yer alıb.

Комментариев нет:

Отправить комментарий