05.07.2012

Gəlmə-gəlinti abzaslar

Bu yazını Azadlıq Radiosu yayımlamaqdan imtina elədi...
İbrahim Sel
Professional Oxucu Liqası


İtirilmiş Bakı, Emin Piri, seyidlə seviş(diril)ən türk qızı Raziyə haqqında növbəti belletristikam


Ancaq günəş batandan sonra ay görünməyə başlayır


O aslan qanı içirdi, a kişi, sən o gedən yolu gedəməzsən


 Sovet hakimiyyətinin dağılmasından sonra əldə etdiyimiz nailiyyətlərdən biri də mədəni səviyyənin yavAş-yavaş aşağı düşməsidir. Son illər mədəniyyətimizdə baş verən hadisələri araşdırdıqca, reqress pozisiyalara nə qədər sığındığımızın şahidi oluruq. Hər yanda gec-tez mədəniyyətimizi öldürəcək bir çox xəstə yetişdirən toxumlara rast gəlirik.
Onlar hər yerdədirlər. Zorakılıq, qəddarlıq, pozğunluq, sadizm, cinsi pozuntular, ucuz araq, Sorosun qanuniləşdirmək istədiyi narkotiklər, insan psixikasını məhv edən və sinirlərini pozan musiqi, mənasız seriallar- bütün bunlar get-gedə həyat normasına çevrilir. Uçuruma doğru yol almışıq. Hərçənd məlum proses qlobal miqyasda gedir və bu xəstəliyə qalib gələ bilməyəcək millətlərin halına acımaq lazımdır.
 Bizim qəzetlər Qlobal Alyansın beyin yuyulmasına xidmət edir. Halbuki normal ölkədə olsaydıq, qəzetlərimiz gənclərin maariflənməsinə və Sovetdən qalma yaşlı nəslin qulluğunda durulmasına xidmət etməli idi. Bu iki əks qütbün yaratdığı vahiməliliyi bir düşünün: Qlobal Hakimiyyətin qoy xalqları beyin yuyulmasına məruz qoyan layihəsinə xidmət edən qəzet və köhnə sovet ənənələri ilə maarifləndirici funksiya daşıyan qəzet.
 Mənim kolleksiyamda Nəsiminin çox gözəl rübailər dəsti var. “Can şerinə gör nələr dedilər,/ Bixəbərlər əcəb xəbər dedilər”. Amma Nəsimidən bizim gənc nəslə qalan nə oldu? Gənc şair Emin Piri saytımızın “Tez bazar” layihəsində danışır. “Mən kiməm?” sualına necə cavab verirsiniz?”. Dönüb deyir ki: “Ənəlhəqq”. Niyə bu günlərə qaldıq? Şəhriyar şeiri minillik türk ruhumuzu gizildədir. Fəqət yeni Azərbaycan şairlərinin ədası qarşısında Şəhriyar nədir ki! Əski! Köhnə və modası keçmiş zəmanənin miskin nümunəsi. İlişib qaldığımız postmodernizmin gözəçarpan və ən əhəmiyyətli mahiyyəti budur.
 Dövrümüzdə iveroalienlərin yüngül əli ilə sadəcə pis əsərlər meydana gətirilib bununla kifayətlənilməmiş, həm də keçmişin böyükləri təhqir olunmuşdur. Axı keçmiş təkcə Süleyman Rəhimov və İsmayıl Şıxlıdan ibarət deyil. Düzdür, razıyam, onlar klançı idilar, hakimiyyətdəki yerlibazlıq xuntasının əli ilə ədəbiyyatı inhisara götürmüşdülər. Amma, axı dəyərli nümunələr də vardı keçmişdə. Bu körpünü keçmişik deyə, kəsib doğramaq olmaz. Etiraz elementləri hər an çoxalıb artmaqdadır. Proqnozlar düz çıxmadı: Rasim Qaraca günü-gündən zəifləmək əvəzinə, güclənməkdədir. AYO-ya meyllənənlərin əsərləri nə qədər bəsit və zavallı isə, keçmişdəki böyüklüyün və şərəfin işarətləri bir o qədər nifrətlə qarşılanır. İveroalienlərin beyinlərə yerləşdirdiyi proqram hər növ müqayisə imkanını ortadan qaldırmaq və öz bayağı malını mənfəət naminə təqdim etmək üçün keçmişin xatirələrini silməkdir. Buna görə də hər yeni gələnlər keçmiş dövrlərin son qırıntılarını da məhv etmək üçün bəsit cəhdlər göstərir. Ancaq insanlığın həqiqi və böyük mənada yenilənməsi keçmiş nəsillərin gözəl əsərlərinə lazımi dəyər vermək və hətta onların dəyərlərini daha çox göstərməyə çalışmaqla olur.Tutaq ki meyxananın indiki tv-lər şorunu çıxarıblar, axı onun Məmmədqulu Əhmədov, Yavər Əbdülov kimi klassik xiridarları da olub! “Sən ki olmasan, mən də olmaram,/ Sənsiz dünyaya meyl salmaram”. Bizim sovet yeniyetməliyimiz bu musiqinin sədaları altında keçib: “Söz deyirəm dost yana, səbrlə diqqət elə,/ Özün də kulturnu ol, xalquva hürmət elə”. Doğrudan da, bu cəmiyyətə, insanlara baxanda mənə hələ də təəccüblü gəlir ki, bizim belə qədim mədəniyyətimiz var, muğam, meyxana kimi… Mənə elə gəlir ki hər torpağa verilmir bu gözəllik.
 Şah İsmayılın orta məktəbdən zəhləmizi aparmış “Dəhnaməsi” elə sizin kimi mənə də ləzzət eləmir, özü də ki ədəbiyyat müəllimimizin əzbərlətdirmək meyli psixoloji sarsıntılar yada salır. Amma boynumuza alaq ki Şahımızın “Həqiqət bir gizli sirdir,/ Aça bilirsən, gəl bəri” tipli şeirlərinə heç birimiz yaxın düşə bilməz. Onun içdiyi aslan qanı idi, o qandan hər oğul içə bilməz.
 Keçmiş dövrün qarşısında sönük qalmaqdan qorxmamalıyıq. İnsanlığın mədəniyyət xəzinəsi elə zəngindir ki, çox vaxt əski adlandırdığımız əsərlərin xatirəsini davam etdirmək, onlara layiq olduğu hörməti göstərmək lazımdır. Belə olarsa, yeni sənət əsərlərinin də dəyəri tam olaraq başa düşülər, oxunar. Mən Səlim Babullaoğlunun modernistikasını da diqqətlə izləyirəm və o məni məcbur etdiyi kimi, beyin düşünür, mənalar açmaq zorunda qalır o mətnlərdə. Amma elə vaxt da olur ki, sadəcə uzanmaq, həzz almaq istəyirsən və bu zaman İlqar Fəhminin qəzəllərinə də ruhun ehtiyac duyur.
 Dünyada öz-özünə dəyərli bir şey ortaya qoya bilməyən və bu cəhddə olmayan bir şəxs həqiqi sənət əsərlərinin hamısına kin bəsləyir, onların dəyərini inkar edir. Hətta onları ləkələməkdən belə böyük ləzzət alır. Ümumi mədəniyyət sahəsindəki yeni hərəkətlərdə yox, siyasi hadisələrdə də vəziyyət eynidir.
 Bir inqilabi hərəkat nə qədər az dəyər daşıyırsa, keçmişin xatirələrinə bir o qədər çox kin bəsləyir. Burada da öz əsərini tərifləyib hər şeydən yuxarıda tutma istəyi keçmişin günümüzə daşıdığı yüksək dəyərlərə malik olan əsərlərini kölgələyir və onlara qarşı kor-koranə bir kinin doğmasına səbəb olur. Sovet dövrünün alkaşı Əliağa Vahidin tarixi xatirəsi məhv edilmədikcə, müstəqillik dövrünün alkaşı Aqşin Yeniseyin heyranlıq doğurması çətindir. Sayman Aruzun qəhrəmanı Seyid Balaş Azəroğlunun qəhrəmanı tələbə ilə qarşılaşırsa, bu ayla günəşin müqayisəsi kimi bir şey olur. Ancaq günəş batandan sonra ay görünməyə başlayır. Bax yeni ayın ulduzlara qarşı bəslədiyi kinin də səbəbi budur.
 Yenilik tərəfdarı olan oğlan günümüzə hakim olan həqiqət və reallıqlardan faydalanmaqdan utanıb-çəkinməməlidir. Çünki cəmiyyətin mədəniyyəti insanın özü kimi uzun bir inkişafın məhsuludur. Bu inkişafda hər nəsil binanı tikmək üçün öz daş və qumunu istifadəyə vermişdir. Buna görə də inqilabların ruhu və məqsədi bu binanı yıxmaq deyil, pis olan və ya pis tikilmiş şeyləri ortadan qaldırmaq, var olan yaxşı şeylərin yanında sağlam və yeni əsərlər yaratmaqdır. Ancaq belə hərəkətlərlə insanlığa xidmət etməkdən danışıla bilər və ondan söz açmaq haqqı doğa bilər. Yoxsa dünya heç bir zaman qarışıqlıqdan xilas ola bilməz. Çünki əks təqdirdə hər nəsil özündən əvvəlki nəsilləri inkar etmək haqqını özünə tanıyacaq. Baş alıb gedəcək- hər nəsil heç bir yeni iş görmədən keçmiş dövrlərdə edilənləri məhv etmək haqqına sahib olduğunu iddia edəcək.
 Müstəqillik illərindəki mədəniyyətimizin ən kədərli tərəfi sadəcə estetika və başqa sahələrdə yeniliklər ortaya qoymaqdan məhrum edilmək deyildi. Əsl kədərli hadisə özündən daha qiymətli olan keçmiş dövrün mədəniyyətini ləkələmək və onu silib-süpürmək üçün yaradılan kin idi. Sənətin bütün sahələrində, xüsusən fikir verdinizsə, teatr və kinoda Sovet dövrünə nisbətən daha az əsər meydana gətirildi. Sovet rejissurasının gücü o səviyyədə idi ki, İlyas Əfəndiyevin şirpotreb pyeslərindən də gözəl səhnə əsərləri meydana çıxarırdı. İndi ortaya çıxarılanların yüngül formada desək, çox hissəsi dəyərsizdi. Dəb belədi ki ən yaxşı əsərlər təhqir olunur, blata və ranqa görə yazar irəli çəkilir. Ədəbiyyatımızdakı dalğa əski əsərləri vaxtı keçmiş mənasız bir şey kimi göstərir. Axı “Kitabi Dədə Qorqud”un necə vaxtı keçə bilər?! Sanki öz qabiliyyətsizlikləri bir məhsul verirdi. Parapet bağında bir dəfə rastlaşdığım N. Ə. mənə pakrışka qalınlığında bir kitab verdi, orda onanizmlə məşğul olma abzasından başqa heç nə tapmadım. Amma öz aramızdı, bu cür səhnələri ustalıqla təsvir edirlər.
 Bax, bizi keçmişin uğurlarından və o günlərin estetik həzzindən beləcə uzaqlaşdırırlar. Onların üstünü örtmək üçün cəhdlər edirlər. Yeri gəlmişkən, yuxarıda dediyim abzaslar gələcək günlərin “görkəmli”lərinin nə mal olduqlarını göstərir, onların iç üzlərini açmağa kömək edir.
 Hadisələr diqqətlə araşdırıldığı zaman məlum olur ki, yeni heç bir mənəviyyat hərəkatından söz açmaq mümkün deyil. Bu yolda göstərilən cəhdlər mədəniyyətin əsaslarını dağıtmağa yönəlmişdir. Heç olmasa “Sion müdriklərinin protokolları”nı oxuyun, məğzi anlayacaqsınız. Bu günə qədər sağlam qalmış gözəl sənətlər, düzüncə və duyğular ipləməliyin bataqlığına batırılacaq, mənəvi baxımdan etnosçuluğa yol açılacaqdır. Hegemonluğu ələ almış iudey-mason sivilizasiyası öz qanunlarını diqtə edir. Sovet dövrünün fikir təqdimatı Əlisa Nicatla madiyyat qazandısa, bu günün estetik fikri Ağalar Məmmovun gicbəsərvari filosof qırıntıları ilə maddi formaya bürünmüşdür.
 Yeni bir tendensiya yaranıb. Əyalətdən, xüsusən də dağ rayonlarından dünən gələnlər Bakı ab-havasına uyğunlaşmağın yeni yolunu tapıblar. Temanı tutublar. Mədəniyyətə yamaq olan bu yarımçılıqlar dəliliklərini güclü əsər kimi təqdim etmək üçün adi bir yalandan belə istifadə edirlər. Onlar anlaşılmaz, idiotizmlərlə dolu, bədiilikdən uzaq əsərlərini indinin obıvatel oxucularına “yaşanmış hadisələr” adı ilə sırımaq istəyirlər. Model işləyir və yaxşı dividendlər gətirir. Etiraz edəcək bir çoxlarının sözlərini bəri başdan ağızlarında kəsirlər. Məsələn, mənim bu yazıma ola bilsin reaksiya versinlər. Filologiyanı yaxşı bilən, amma qlobal savadı olmayan bir qrup havadar da köşənin birini 5 qəpik ediblər. Bu işin anlaşılmayan yanı. Onlar Sabir adına texnikumun tələbələrinin sağlam beyninə qarmaqarışıq gicbəsərliklərlə dolu mətnlər yerləşdirmək fikrindədirlər. Rusiya saytlarının “İnçest” bölməsində qoyulan materiallar bizim avanqard yazarın kitabında özünə yer tapır. Və Sabir adına texnikumun tələbələri həmin kitabda belə mədəni dəyər axtarırlar.
 Əsl sənət arxa plana keçib, “pokazuxa” ortaya düşüb. İnsan tarixinin bütün dövrlərində ən hörmətli adamlar güclü “generatorlar” hesab olunmuşlar, indi isə daha parlaq “lampalar” hörmətdədirlər. Buna görə də bügünkü cəmiyyəti istehlak cəmiyyəti adlandırırlar. İnsan tarixində müxtəlif hadisələr olmuşdur- dövlətlər yaranmış, imperiyalar dağılmışdır. Yeni kontinentlər kəşf olunmuş və dağ zirvələri fəth olunmuşdur. Böyük elmi ixtiralar edilmiş və incəsənətdə yeni istiqamətlər yaradılmışdır. Lakin mənəviliyin nüfuzu sarsılmaz olmuşdur. 
 Kinayə ilə yanaşdığınız Çingiz Abdullayevin əsərləri yaşanılmış təcrübələrdir. Bəli, bunlar təxəyyülün qalüsinasiyaları, xəstə arzuların məhsulu yox, Allahdan bəxş edilmiş istedadla bağlı mətnlərdir. İndi hər hansı onanistin mətnləri bu cür əsərlərdən üstün tutulur. Sovet dövründən qalma ziyalılar, biz bu məsələlərə reaksiya verməliyik. Çünki məğzi biz bilirik. Gənc nəsli başa salmalıyıq. Bir çoxları millətin sağlam instinktinin zəhərlənməsi qarşısında sanki sehrlənmiş kimi sakitcə durur. Göz görə-görə batıb gedirik. Ziyalılar “sənətdən başı çıxmır” damğası götürməmək üçün sənətə qarşı aparılan bu oyunlara göz yumurlar.
 Nəticədə iş yaxşı ilə pisi ayıra bilməyəcək dərəcədə qarışıb. Rusların bir sözü var: “tonkaya qran”. İncə pərdə, nazik sərhəd mənasında. Biz əsl sənətlə zibilin fərqinə varmalıyıq. Mən Rusiyada xitə çevrilmiş İntiqam Rüstəmovun “Tı kto takoy davay dosvidaniya” videolarını feysbuk-da paylaşanda çoxlu yerdən reaksiya gəldi. Guya bunlar titullu xalqmış və ömrü boyu aristokrat musiqisinə qulaq asıbmışlar. İntiqam Rüstəmova sən asudə vaxtlarında qulaq asıb həzz apara bilirsənsə, o sənətkardır, yox, Süleyman Rəhimovun bütöv külliyatını oxuyub heç nə hasil edə bilmirsənsə, deməli doğrudan da o “xalturşik”dir.
***
 Təəssüf ki Bakı mədəniyyətin mərkəzi olmaq keyfiyyətlərini itirdi və köçkünlərin məskunlaşdığı köç mərkəzi səviyyəsinə endi. Dünən Diyarbəkir çöllərindən gəlib lövbər atanlar bu şəhərə zəif bağlanmışlar və bu da get-gedə öz dağıdıcılığını göstərdi. Kapitalizmin meydana gətirdiyi sosial şərtlər də insana yaşadığı yerə ürəkdən başlanma duyğusu vermir. Təbii ki burada Həmid Herisçinin dediyi kimi, şimali azərbaycanlıların xarakter natamamlığı da böyük rol oynadı.
 Bakı əhalisi 1 milyon olanda şəhər sənət mərkəzləri arasında başda gedirdi. İndi isə bu şəhərin əhalisi 3 milyona yaxınlaşır, bəlkə də ötüb keçib, amma mədəni səviyyə baxımından dəyər daşıyan heç bir şeyə sahib deyil. Lənkəranın mədəni həyatı Bakı mədəni həyatından qaynardır. Aqşinin dediyi kimi, köç şələsi mədəniyyətin üstünə milçək kimi qonub. Böyük kult daşıyıcıları olan yerli sakinlər küncə sıxışdırılıblar və şəhər bir məsəldə deyildiyi kimi, arıq maralların yaylağına çevrilib. Sanki yaylaq-qışlaq dövranını keçirirlər. Səhər evdən çıxırlar və axşam evə gətirdikləri pulu sayıb yatırlar. İçində yaşayırlar və pul qazanmaq ümidilə çırpınırlar. Ümumi atmosferin, mədəni ab-havanın inkişafı isə heç kümçün maraqlı deyil.
 Bakı mədəniyyəti güclə nəfəs alır, olan-qalan da Sovetin şan, şərəf və xəzinələrinin hesabına yaşayır. Sovet dövründə Natiq Rəsulzadə “Ostrovok” əsəri meydana gətirmişdisə, o tarixdən bəri ortaya bu sanbalda əsər qoyulmadı. Rafiq Tağı Sovet dövründə “Fərqanə” şedevri yaratmışdısa, müstəqillik dövründə ortaya qoyduqları boş laqqırtıdan başqa bir şey olmadı.
 Fəqət əsl önəmli, gəlmək istədiyimiz nöqtə budur: bügünkü paytaxtımızın ümumi görünüşünün içindən ayrılıb ortaya çıxacaq, gözəçarpacaq və dövrün simvolu kimi göstəriləcək heç bir abidə yoxdur. Amma hətta qədim Muğan mədəniyyəti dövründə bu cür abidələr Cəlilabadda belə vardı.
 Qədim məskənlərin simvola çevrilmiş abidələri özəl məskənlər arasında olmurdu. Əbədiyyətə uzanan millətlərin simvola çevrilmiş abidələri arasında bunlar ilk baxışda gözə çarpmırdı. Çünki bunlar hər hansı bir şəxsin mülkiyyətində olmayan və onların zənginliyini göstərən abidələr deyil. Bu abidələr millətin böyüklüyünü və əhəmiyyətini ortaya qoyur.
 O şəhərlərdə yaşayanların bu gün bizi heyrətlər içərisində qoyan abidələri sevgi ilə yaradılmış, bağlanma telləri ilə meydana gətirilmişdir. Həqiqətən, indiki Bakı sakinlərinin gözü önündə görünən şey 6 volt tikilmiş 16 mərtəbəli binalardır. Biz isə böyük və əhəmiyyətli binalardan- tamamilə ictimaiyyətə aid olan binalardan söhbət açırıq. Bunların görkəmi qarşısında ev kimi istifadə olunan binalar xırda və əhəmiyyətsiz görünür. Axundov kitabxanasının yanında Evrovision qüllələri heç nədir. 11 sentyabrda partladılmış Nyu-York Ticarət Mərkəzini xatırladan bu əndrabadi Evrovison qüllələr Axundov kitabxanasının daxili ornamentinin əzəməti ilə ölçülə bilməz. Tələbə olarkən Şarovskiyə məktub yazdım və Rus Dram Teatrının direktoru Arif müəllim mənim bu teatra pulsuz girişimi təmin etdi. Daxili balansımı Rus Dram Teatrının tamaşaları vasitəsilə qoruyurdum. Həmin binanın hətta daxili spesifikası insana bol yaşam enerjisi və yaradıcılıq stimulu verir.
 Amerikançılıq ətrafımızı bürüyür. Amerikada kitabxanalar bizim orta məktəblərin müəllimlər otağı boyda olur, çünki orda dövlətçilik yoxdur, iudey bankirçiliyi var. Bu ölkədə mədəniyyət ocaqları dövlətə məxsus olan və arxitektura abidəsi kimi qorunan əzəmətli antik binalarda yerləşmir, çünki belə binalar çoxdan iri kapitalın əlinə keçib. Xarici parıltısına baxmayaraq istənilən Nyu-York kitabxanası bizim tozlu Cəlilabad kitabxanası qədər sizə müsbət aura verə bilməz. Oralarda mənəvi energetik sahələr yoxdur. Brodvey teatrları bizim zirzəmi pivnoyları boyda olur. İudaizm fundamental əzəməti öldürür, mənəvi bayağılıq formalaşdırır.
 Əsl dövlətçilik dövründə tikilən binaların böyüklüyü eyni dövrün evləri ilə müqayisə edilərsə, görərik ki, dövlətə aid əsərlərin görkəmli olması prinsipi var və bu iddia hər vəchlə təsdiqini tapır.
 Çox keçmiş zamanlardan qalan, xarabalar arasında yüksəlib duran bəzi sütunlar o dövrlərin iş yerləri deyil. Onlar ibadət yerləri və dövlət binalarının qalıqlarıdır. Yəni cəmiyyətə aid olan əsərlərdir. Uçulub dağılmış Romanın dəbdəbə və böyüklüyü içində ön planda yer alan binalar vətəndaşların villa və şadlıq evləri olmamışdır. Bu günə qədər qalan əsərlər dövlətin, yəni millətin ibdaətgahları, hamamları, meydanları və su yollarıdır.
 Tarix boyu belə gözəl sənətlərə aid düşüncələr ziddiyyətli və fərqli olmaqla bərabər,eyni hakim prinsipləri qorudu. Qədim Muğanın Bəcrəvan (Boqrəvan – Allahlar şəhəri) kimi şəhərlərində özünü göstərən duyğu indi başqa sənətin bürünəcəyinə girir. Bu böyük sənət əsərləri o kiçik və kərpicdən düzəldilmiş Qədim Muğan şəhərlərinin əzilmiş yığınları üzərində nəhəng div kimi göylərə yüksəlirdi.
 Bu gün Bakıda, ətrafını Türkiyə kürdlərinin tikdiyi “yaşayış binaları” adlanan daş yığınları bürüməsinə baxmayaraq, dediyim abidələr özlərinə məxsus olan xüsusiyyətlərini qoruyurlar. Bu abidələr yerləşdikləri yerlərə öz xüsusiyyətlərini bəxş edir və oralarda öz görünüşləri ilə bir mənzərə meydana gətirirlər. Bakı İcra Hakimiyyətinin binası, Nizami adına Ədəbiyyat Muzeyi keçmiş gözəl çağların düşüncə sistemini əks etdirən bir görüşün müəyyən elementləridir.
 Dövlətçilik binaları ilə şəxsi binalar arasında heyrət ediləcək qədər fərq vardır. Bugünkü söküntü tempi ilə bir gün Bakı təxminən Romanın və yaxud Muğanın aqibətini yaşamış olsa, yeni nəsillər ən dəyərli, əhəmiyyətli əsərlər kimi bir neçə yəhudi mağazası, bir neçə amerikos şirkətin binasına heyranlıq duyacaqlar. Günümüzün reallıqlarını bunlar simvollaşdıracaqlar. Axundov kitabxanası ilə Alov qüllələri arasında böyük tərs mütənasibliyi diqqətlə nəzərdən keçirmək kifayətdir.
 Bu gün dövlət binaları üçün ayrılan vəsait gülünc və azdır. Buna görə də uzun illər boyu ayaq üstə dura biləcək binalar tikilmir. Daşdan yox, daha çox plastmasdan istifadə olunur. Tikilənlər də günün ehtiyaclarına cavab verəcək səviyyəni keçmir. Bu mövzuda daha uca, daha ali fikirlər mənimsənilməlidir.
 Sözün qısası, bugünkü şəhərimizdə millətin hegemonluğunu və əbədiliyini əks etdirən heç bir şey yoxdur. Xırda bir zəlzələ bəs edəcək ki, hər şey dağılsın. Biz əyalətdəki intellektuallar şəhərlə olan əlaqələrdə simvollaşdırıcı heç bir şey görmürüksə, buna təəccüblənməmək lazımdır. Səbəb gəlmə etnosun öz şəhərinə qarşı sərt bir laqeydlik havasına girməsidir. Ari kodlarının olmamasından irəli gələn duyğudan da çox danışmaq olar. Axı mədəniyyətimizin yıxılmasına və ümumi çöküşümüzə məhz o səbəb olur. Bakını itiririk. Dövrümüz məqsədlərin bayağılığı, daha doğrusu, pulun əsarəti altında boğulur. “Pul” adlanan belə bir bütün məngənəsində qəhrəmanlıq ruhu da (qəhrəmanlıq ruhu dedikdə: Qarabağ bəyinin “igidliyi”nı yox, Bakı qədeşliyini nəzərdə tuturuq) məhv olarsa, buna heyrətlənməmliyik. Çünki bu gün yaxın keçmişin əkdiyini biçirik.

Комментариев нет:

Отправить комментарий