15.07.2012

Möhürlənmiş sözlər

Günay Ümid


"İntihar "-bu sözlə uşaqlıqda tanış olmuşam. Yaddaşımda bu sözün boyu özünü üçüncü mərtəbədən atan qonşumuz Rəfiqənin boyu qədər idi. Bu sözün özünə Rəfiqənin şabalıdı saçları dağılmışdı.Gözümü isti bir əl bağladı həmin vaxt. Amma yenədə o əlin barmaqları arasından içimə qorxu süzülmüşdü.Heç kim bilmirdi onun niyə intihar etdiyini...
Sinif yoldaşımın adı Rəfiqə idi. Heç onunla oynamaq istəmirdim. Əslində ondan acığım gəlmirdi. Amma nədənsə uzaq gəzirdim o qızdan. Sonralar başa düşdüm ki bu ad məndə vahimə yaradırmış.

Bəzən ağlımda möhürlənən sözləri ilk tanışlığımızla xatırlayırıq. Məsələn : Uşaq vaxtı otuzaa qədər saymağı öyrənmişdim. Bu say mənim üçün sonsuzluq idi. Ananı nə qədər sevirsən deyəndə otuza qədər deyirdim. İndi böyümüşəm , amma o istəyi otuzdan yuxarı rəqəmlər əvəz etmədi. Çünki mənim üçün otuz beynimdə sonsuzluq kimi möhürlənmişdi. 
Varis Yolçuyevin Əzilmiş fotoşəkillər kitabını oxuyanda intihar sözü ilə ilk tanışlığım yadıma düşdü. Bu əsəri oxuyanda hislərə qapılaraq bir nəfəsə oxumaq istəyirsən.Sanki , oxucu o əsəri oxuyanda vərəqdə bir dənə də söz qalmıyacaq kimi, gözünə təpərək oxuyur.
Hər insanın içində bir canavar yaşayır. Faciə onda başlayır ki, biz o "canava" a azadlıq veririk.Məhz bu əsərdə Varis Yolçuyev o canavar a azadlıq verir. O, oxucusu ilə təkbətək qalmağı bacaran yazıcıdır.
Uçurumların ən dəhşətlisi öz içimizə yuvarlanmağımızdır. Bu əsəri oxuduqca öz içimizə yuvarlanırıq.Adına sevgi dediyimiz ən acımasız , ən qəddar hissi yaxından tanımaq belə, onun hətta intihara sürüklədiyi insanların taleyinə yanmaq belə əzabvericidir. bu əsər üçün Varis Yolçuyevi bir yazar kimi nə təbrik edə, nə də təbrik etmiyə bilmədim.Hər halda duyğularımızln olduğunu bizə xatırladan bu əsərin kölgəsinə sığınaraq , acısına insan kimi yanaşdığımız hislərimiz mübarək...

Комментариев нет:

Отправить комментарий