11.07.2012

Sənin həngameyi-cövrün ötə yandan

Rövşən Naziroğlu


Adam qızısan,
Adam balasısan,
Qaxıl otur evində.
Nə gəlib düşürsən yadıma-
Umudxan müəllimin dərsində?
Təzə aldığın dar-dütdək cins şalvarını geyib
Var-gəl edirsən burcuda-burcuda.
əyilib-qalxırsan,
qurşaqdan yuxarı tamamən anarxiya.
Mühazirə dəftərinə yazılır orqan adları.
Əllərim sustalır,
Nitqim tutulur bir belə cövlanını görcək.
Narın tüklü göbəyinlə
Sineyi-üryanını görcək.

Və müəllimin dediyi mühazirə
Bir yandan öldürür məni,
Sənin həngameyi-cövrün ötə yandan.


***
Bu nə gündü səndən sora
Bu nə həyatdı
Qulluğumda dursunlar deyə
Səni mənə unutdursunlar deyə
Yanaşdığım xanımlar
Ya qız çıxır
Ya da aybaşı.
Spidini nə öyərsən
Mərə turist
Bir gəlindən yoluxduğum
Tripercə gəlməz mənə.
***
Günün günorta vaxtı
Flarmoniyadan bir az aşağı
Skamyada oturub kitab oxuyan
Gözəl bir qıza
Yoldan ötən vətəndaşların
Gözləri önündə
çaldırdım
qəlbimi


Dedim: ay qız nədir adın?
Dedi:əlli dollar.
***
Gənc zoofillərə nəsihət 


Gəncliyinə heyfin gəlsin!
Qıyma itə!
Qoyma itə!
дехто мав свою особливу думку, щодо АртПоля...

Комментариев нет:

Отправить комментарий