07.07.2012

SUAL (M.A. üçün)

Afaq Şıxlı


Övladların bədbəxtliyi -
anaların qəlb yarası...
Anaların günahları -
övladların üz qarası...
Böyüklərin günahları
o dünyada özlərindən sorulsa da,
bu dünyada
balaların göz yaşına qarışacaq...
Yer üzünə bir səhv kimi gələn övlad,
anlayarkən "ana"sından
görən nələr soruşacaq?!
Şəhvətinin qulu olmaq
bir insanın sındırılmış taleyinə dəyəcəkmi?
Bədbəxt edib xoşbəxt olmaq istəyənə
kimsə "ana" deyəcəkmi?

Комментариев нет:

Отправить комментарий