19.12.2012

Bir ay ərzində Suriya "müxalifəti" 30 min itki verib

Suriya hüquq-mühafizə orqanlarının "Əl-Aləm"ə verdikləri xəbərə görə, öldürülən və əsir götürülənlərin yarısı xarici vətəndaşlardır

İslamazeri.az-ın "Əl Aləm"ə istinadən verdiyi xəbərə görə, Suriya hüquq-mühafizə orqanları açıqlama yayıblar.
Açıqlamaya görə, Suriya müxalifətçilərinin Dəməşqə hücuma başladığı gündən bu günə kimi 10 min yaraqlı öldürülüb, 20 minə yaxın yaraqlı isə əsir alınıb.
Suriya hüquq-mühafizə orqanlarının "Əl-Aləm"ə verdikləri xəbərə görə, öldürülən və əsir götürülənlərin yarısı xarici vətəndaşlardır.

"Suriya ordusu əsasən "Əl Qaidə"nin Suriyadakı qolu olan "Cəbhətun Nusra" təşkilatının terrorçuları ilə döyüşür və onlara qarşı əməliyyat həyata keçirir" deyən Suriya ordusunun zabiti öldürülənlərin əksəriyyətinin liviyalı, çeçen, səudiyyəli, iordaniyalı olduğunu bildirib.
Qeyd edək ki, "Əl Qaidə"nin Suriyadakı qolu olan "Cəbhətun Nusra" təşkilatının terrorçuları Şama hücum edəndən sonra böyük itkilər verməyə başlayıblar.

Комментариев нет:

Отправить комментарий