19.12.2012

İsrailli xaxam: “İsrail xəritədən silinməlidir”


hahamMeir Hirş: “İsrail-Fələstin münaqişəsinin həlli, 1948-ci ildə işğal edilmiş bütün torpaqların fələstinlilərə verilməsi ilə mümkündür”

QafqAzNews “Timeturk”-ə istinadən xəbər verir ki, İsrailin ən sirli yəhudi toplumlarından sayılan “Ortadoks Hasidik” yəhudilərinə bağlı “Neturei Karta” təriqətinin baş xaxamı Meir Hirş, İsrail-Fələstin münaqişəsinin həllni, 1948- ci ildə işğal edilmiş bütün torpaqların fələstinlilərə qayıtarılmaqla, tək Fələstin dövlətinin qurulmasında görür.
İsrailin seçki öncəsi Qəzzaya etdiyi hücumları, “medianın insanların düşüncələrinə hakim olub, onları idarə etməsi” kimi qiymətləndirən Hirş, İsrailin fələstinli təşkilatlarla imzaladığı atəşkəsdən narahat olmadığını bildirib.

Fələstin və İsrailin əvvəllər də olduğu kimi Fələstin dövlətinin idarəçiliyi altında bir yerdə yaşaya biləcəklərini qeyd edən baş xaxam Hirş, bu təklifi Fələstinin rəhbəri Mahmud Abbasa dəfələrlə çatdırdığını söyləyib.
Fələstin torpaqlarının İsrail tərəfindən qəsb edildiyini bildirən Hirş, ”Əgər sülhdən danışırıqsa, israillilər fələstinlilərin torpağlarını geri verməlidir. Məncə İsrail xəritədən tamamilə silinməlidir. Ən doğru yol budur” deyib.
Müsəlman ölkələrində əsən inqilab küləyinin arxasında ABŞ-ın dayandığını iddia edən Hirş, “Ərəb baharı ABŞ-ın qurduğu bir tələdir. ABŞ bu yolla müsəlmanları zəiflədib, liberallarla islamçıları qarşı-qarşıya qoyur” fikirini irəli sürüb.
“Neturei Karta” təriqətinin müsəlmanlar və müsəlman ölkələri ilə bir probleminin olmadığını bilidirən baş xaxam,” Onları sevirik, aramızdakı əlaqələr çox yaxşıdır” deyib.
Meir Hirş, bəzi Avropa ölkələrinin, ”yəhudi düşməni olaraq qəbul edilmək qorxusu”na görə İsraili dəstəklədiklərini söyləyib. Hirş, İsrail mediasının Avropa və Amerikada çox güclü olduğunu, verilən xəbərlərin İsrail tərəfindən manipulyasiya edildiyini və bu xəbərlərin həqiqətləri əks etdirmədiyini bildirib.
”İsraili dövlət olaraq tanımadığımız üçün seçkilərdə iştirak etməyəcəyik” deyən Hirş, rəsmi yazılarında “Neturei Karta Fələstin” ibarəsindən istifadə etdiyini bildirib. Baş xaxam, Fələstində yeni bir hökumətin qurulmasından sonra parlamentdə bir təmsilçilərinin olmasını istədiklərini dilə gətirib.
İsrailin “Naturei Karta” təriqətinə qarşı ayrı-seçkilik etdiyini bildirən Hirş, təriqətə mənsub bəzi yəhudilərin həbs edildiyini, bəzilərinin isə ölkədən sürgün edildiyini deyib. Meir Hirş, həbs olunan bəzi təriqət mənsublarının işgəncəyə məruz qaldığnı söyləyib.
Meir Hirş, təriqətin babası xaxam Ahron Katzenelenbogen tərəfindən 1935-ci ildə Qüdsdə qurulduğunu xatırladaraq, təriqət liderliyinin atadan oğula keçən bir sistemlə ona çatdığını deyib. Təriqətin, ABŞ-dakı bəzi təşkilatlardan dəstək aldığını bildirən baş xaxam, təriqətin adının arami dilində “Şəhərin gözətçiləri” mənasını verdyini deyib.
Sonda Hirş, Sionizmə qarşı olduqlarını və İsraildə yaşamağın onlar üçün çətin olduğunu qeyd edib.

Комментариев нет:

Отправить комментарий