24.12.2012

"Birdəfəlik anlamalıdırlar ki, ..."

haber"Onlar orta əsrlərdəki barbar təfəkkürü ilə yaşayırlar"

"ABŞ "Nusra Cəbhəsi"ni terror təşkilatları siyahısına əlavə etdi, amma elə ABŞ-ın maliyyəsi ilə ətraf ölkələr bu və bənzəri terror qruplarınıı silahlandırıb Suriyaya göndərirlər. Bu beynəlxaq qanunlara, BMT müqaviləsinə zidddir."
Bu fikirləri Suriyanın informasiya naziri Umran Zuabi səsləndirib.
Umran Zuabi mediaya açıqlamasında daha sonra deyib: "Türkiyədə, Livanda və başqa dövlətlərdə terrorçuları maddi və mənəvi dəstəkləyənlərin kimlər olduğunu bir-bir bilirik. Terrorçularla görüşdükləri yerləri və zamanları da bilirik.

Muhaberatımız (Muhaberat-Suriya xüsusi xidmət orqanı) bu barədə ən xıda məlumatları da əldə edib. Uyğun zamanda bu məlumatlar Xarici İşlər Nazirliyi tərəfindən açıqlanacaq.
ASO (Azad Suriya Ordusu) quldur, soyğunçu terror təşkilatıdır. Onlar basqın etdikləri yerlərdə sata biləcəkləri hər şeyi oğurlayırlar, sata bilmədiklərini isə yararsız hala salırlar. Onlar orta əsrlərdəki barbar təfəkkürü ilə yaşayırlar. Hələb və digər şimal sərhəd şəhərlərindən oğurladıqları sənaye vasitələrini Türkiyəyə aparıb onda bir qiymətinə satırlar. Türkiyə hökuməti də buna şərait yaradır.
Silahı yerə qoyub dialoqlara keçənlər də olub, amma xarici dəsdək və təkidlə hələ də radikallığı davam etdirənlər də çoxdur.
Mediada iddia edildiyi kimi terrorçuların Suriyanın böyük qisiminə hakim olduğu xəbəri yalandır. Əgər elə olsaydı terrorçuların liderləri niyə İstanbul və Dohadadırlar? Gəlsinlər, hakim olduqları Suriya torpaqlarına yerləşsinlər.
İki ildir mediada eyni oyuna baş vururlar, amma alınmır, alınmayacaq da. Birdəfəlik anlamalıdırlar ki, Suriyada hakimiyyəti devirmək boş xəyaldır."

Комментариев нет:

Отправить комментарий