09.03.2015

AZƏRBAYCAN KOMMUNİSTLƏRİ STALİNİN ABİDƏSİNİN BƏRPASINDA GÜRCÜSTAN VETERANLARINA KÖMƏK EDƏCƏKLƏR

Gürcüstan veteranların və “Qələbənin varisləri” Beynəlxalq Birliyin nümayəndələri 1952-ci ildə Qori şəhərində qoyulmuş və sonradan antikommunist qüvvələr tərəfindən sökülmüş dahi Stalinin abidəsinin bərpası prosesində birgə iştirak etmək üçün Rusiya və Azərbaycan Kommunist Partiyasına müraciət etmişlər. Bu sözləri mətbuat üçün açıqlamasında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ideoloji məsələlər üzrə katibi Ədalət Abdinov bildirmişdir. Onun dediyinə görə təmsil etdiyi partiya Gürcüstan veteranları və “Qələbənin varisləri” Beynəlxalq Birliyin Stalinin abidəsinin bərpası təşəbbüsünü bəyənir, onlara hər cür kömək etməyə, o cümlədən maliyyə yardımı göstərməyə hazırdır.
Böyük Vətən Müharibəsində alman faşizm üzərində generalsimus Stalinin misilsiz rəhbərliyi ilə sovet xalqının tarixi qələbəsinin 70 illiyi ərəfəsində bu qüdrətli şəxsiyyətin abidəsinin döğma vətənində bərpası çox böyük əhəmiyyət kəsb edir. – Ədalət Abdinov demişdir. - Bu, həm də sosializm qurucusunun əziz yadigarını bərpa etmək, sabaha dünənin ən yaxşı ənənələrini aparmaq, müqəddəs keçmişi qorumaq və işıqlı gələcək haqqında düşünmək deməkdir. 
Xatırladaq ki, Stalinin Dövlət Ev-Muzeyi ərazisində onun abidəsinin bərpası barədə Qori şəhər meri və Veteranlar üzrə Gürcüstan Dövlət Departamentinin qərarı var.

Azərbaycan KP MK-nın mətbuat xidməti

Комментариев нет:

Отправить комментарий