Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -10
Sevil İsmayılova: 20 ildən çoxdur burdayam Moskvada. Buradan göndərdiyim pulla anam dolanıb, bacım və hətta qardaşıma da yeri gələndə əl yetirmişəm (dövlət işində işləyirəm). İnanın bura olmasa, Azərbaycanda əhalinin 70 faizi dilənçi vəziyyətinə düşər. Türkiyə deyirsiz, onların güzaranı yaxşı olsaydı, burda gəlib tikintilərdə işləməzdilər ki! Mən günü sabah gəlim Azərbaycana, orda iş tapa biləcəmmi? Yox. Oğullarım bu gün-sabah qurtaracaq ali məktəbləri, iş varmı gedək? Yox, pafosdan danışmaq lazım deyil, həqiqəti görün, bilin. Reallıq budur.
Leyla: Qərbin bizə söykədiyi sivil dəyərlər sadəcə yaraşıqlı qablaşdırması ilə gözəldir. O üzlüyü söküb qutunun içini görə bildiyimiz zaman hər şeyin göründüyü kimi olmadığını görərik.
Feliks Koba: Suriyaya vuruşmağa gedənlər əsasən yerazlardır- Ermənistandan və Qarabağdan qaçqın düşənlər.
İlqar Salmanov: Bizim əksər “syasi dahi”lərimiz iddia edirlər ki, Qarabağ münaqişəsinin həlli yolu Qərbə inteqrasiyadan keçir. Şəxsən mən Qərbin Qarabağ kimi hansısa münaqişəni həll etməsi faktını xatırlamıram. Xatırladığım Qərbin dünyada, xüsusi ilə də müsəlman aləmindəki münaqişələrə yumşaq desək ikili standartlarıdır.
Vizbor Borman: Türkün Talışdan basqa dostu yoxdur! Talış bölgəsində belədir! Millət, sabahınız xeyir!
Sahib Rəhimov: Rusiya olmadan biz heçnəyik.
Anar Məmmədov: Bakının zəbt olunmuş torpaqlarının, evlərinin hesabına kişi olublar. Amma ata-babalarının qəbrində erməni bəlkə də tualet tikib. Hələ üstəlik hansının telefonuna baxırsan, Abdullah Öcalanın və yuxularında gördükləri Kürdüstanın xəritəsinin şəkli var. Bunların kökünü kəsməsək bir azdan öz evimizdən çıxarıb ora da kürd bayrağı asacaqlar!
Seyid Talış: Avropadan gəlmiş junalistlər Bakı bulvarında yaşlı qocalardan soruşurlar komunistlər haqqında, bir ağızdan hamı deyir ki, kommunistlərin hamısını tiyanda yandırmaq lazımdır. Soruşurlar nə səbəbə? Deyirlər, “onlar bizi aldatdılar ki, kommunizm olacaq. Demədilər ki, biz artıq kommunizmdə yaşayırıq”.
Əli Zabidov: 25 ildir Türkiyədən kömək gözləyirlər. Kömək isə dönər, lahmacun, keçisaqqallar, bir də fahişəlik yayan seriallar oldu. urkiyeden komek gozleyirler.
Seyyid Dilsuz Müzəffərov: Neçə il bundan əvvəl Türkiyənin Bursa şəhərində futbol yarışında azəriləri vurub, döyüb, əllərindəki bayraqlarını alıb zibil qutularına atdılar. Bir nəfər də olsun belə bayraqla stadiona buraxmadılar. Bu hadisədən sonra türk bayrağını götürüb səhnəyə çıxanlara nə istəsən ad verə bilərsən. Çünki öz millətinə, dövlətinə, milli atributuna, milli mentalitetinə və s. hörmət qoymayanlardan nə istəsən gözləmək olar.
Maksim Şevçenko: İsrailin speçnazı Hizbullahla döyüşə girəndə pampers geyinir.
Zahid Mikayılov: Şeir yazmaq şair olmaq deyil. Düşüncəsiz, ağıldan yüngül adamlar da şeir yaza bilər. Hər şeir yazana şair deyilsə, onda gərək Maştağa dəlixanası Yazıçılar İttifaqı ola.
Zaur Məmmədov: Fazil Mustafa! Diqqət edin: Mən “mus-mus” demirəm. Birbaşa Mustafa deyirəm və sizə də tövsiyyə edirəm ki, bəziləri kimi “iran-iran” deyincə birdəfəlik “şiə-şiə” deyin, qoy millətimiz də sizin hansı yuvanın sakini və bu qarın ağrınızın səbəbini öyrənsin!
Sabir Şindani: Azərbaycanlı hara, İŞİD hara? Azərbaycanlı Hizbullah olar, İŞİD-i qırar.
Muttəqi Bərməki: Ermənidən də böyük düşmən Türkiyədir... türk höküməti...
İlqar Miyonkuj: Bir gun ordu caydan keçirmiş. Əsgərlər paltarlarını soyunub, bir əllə silah və paltarları başları üstdə, o biri əllə ayıb yerlərini tutub sudan keçirlər. Onların arasında bir Talış olur, o da bir əllə paltar və silahı, o biri əllə dalını tutub çaydan keçir. Komandir ona baxıb gülür: “A Talış, camaat qabağını tutur, sən dalıvı tutmusan”. Talış özünü itirmir: “Komandir, qabağım özü-özünü qoruyacaq, əsas dalı qorumaqdır”. Ermənidən qoxmaq lazım deyil, onlar nə edirlərsə, xəbərimiz olur. Ərəblərdən qoxmaq lazımdır, onlar köhnə imperiyalarını yada sala bilərlər.
Rəmzi Rəsul: Bəli, Nobel mükafatını məhz İzrail alır, çünki verənlər özləridir. Nail olduğu bütün elmi nailiyyətlər məhz pul qarşılığında fəaliyyət göstərərək İzrail vətəndaşlığı alan qeyri-millətlərin alimləri və ixtiraçılarıdır. İntellekt sahiblərini pul gücünə satın almaqla buna nail olublar. Əvvəlcə digər ölkələri məhrum buraxaraq aclıq və səfalətə sürükləyir, sonra ordakı ehtiyac sahibi olan düşünən başları pulla alırlar.
Pərviz Salihov: Ey diktator rejiminə qarşı mübarizəni məqbul hesab edənlər! Siz haradan bilrsiniz ki, çoxluq da Sizin kimi düşünür? Məgər görmürsünüz ki, əksəriyyət Stalinizmin həsrətindədir?!
Afiq Əli Qamzayeviç: Elşad Xose o qaçqınlar barəsində düz deyir. Kişi öz torpağını, əzizlərinin qəbirini atıb qaçmaz! Əgər mənim əzizimin qəbri düşmən tapdağı altda qalsa və mən sağ qalmaq üçün qaçsam, o gün mənim üçün intihar etmək daha yaxşı olardı.
Vüqar Məmmədov: Sağ olsun Şura hökuməti, Sovet hökuməti. Uşaqların savadlanmasını, bilik əldə etməsini valideynlərdən daha çox istəyirdi.
Taleh Məmmədov: Torpaqları geri almaq olar. Mütləq bir gün ora qayıdacağıq. Mədəniyyətin qayıtması isə çətin şeydir. “Qərblilərin” gəlişi ilə Bakı mədəniyyətinin çökməsini ancaq Astek mədəniyyətini ispanların məhv etməsi ilə müqayisə etmək olar.
Babək Təbrizli: İnana bilmirəm ki, Rəsul Quliyevlə bir samovardan çay içən adam düz yolda olsun. Rüstəm İbrahimbəyovun Rəsul Quliyevlə əlaqələrinə təəssüf edirəm. Kaş belə olmayaydı.
Mənsur Həqiqətpur: Vətəni bölən Araz deyil, sərhəddir, viza rejimidir, ABŞ və İsrailin küləkləri də izləyən casus kameralarıdır.
Cəmil Şirvanov: Qədrini bilməzsiniz də rusların! Bizi qısa dövr ərzində Novruzəli səviyyəsindən Kərim Kərimov səviyyəsinə qaldırdı.
Piri Baba: Talmud yəhudilərdən xristian və müsəlman ibadətgahlarının dağıdılmasını istəyir. Suriyada və Azərbaycanda yəhudilər bu işi öz sədaqətli nökərlərinin əli ilə edir. Avropada isə kilsələri yıxmırlar, içində diskoteka olan yerə çevirirlər. Sinaqoq isə uçurula bilməz. Uçurmaq olar təkcə bu şərtlə ki, yerində daha qəşəngi tikilsin.
Əziz Əlibəyli: Rusiya və pravoslavlıq olmasaydı, dünya katolik və iudaizmin əlində məhv olacaqdı. Bu gün var olduqlarına görə çoxları onlara minnətdar olmalıdır.
Lalə Mehralı: ABŞ ordusunun Əfqanıstan və İraqa gətirdiyi demokratiya öz bəhrələrini verməkdədir. Yankilərin bu ölkələrdə işlətdiyi uran maddələri hələ də dəhşət yayır, hamilə qadınlarda rüşeymin böyüməsini əngəlləyir, başsız körpələr doğulur.
Sərdar Cəlaloğlu: Səməd Vurğun özü çıxışında deyib ki, Ayna Sultanovanı mən güllələtdirdim, vətən xainidir. Deyir ki, Ələkbərli haqda Bağırova dedim, xalq düşməni kimi məhv etdilər.
Elçin Bayramlı: Ağıllı adam ailəsini türk kanallarından qorumalıdır. Bəyənmədikləri rusların telekanalları 100 dəfə əxlaqlı verilişlər verir.
Mustafa Kamalak: Böyük İsrail üçün Türkiyəni parçalayacaqlar.
Salman İbrahimov: Harada Azadlıq, Svoboda, Demokratiya deyilirsə, bunu idarə edən yevreylərdir.
İbrahim İmanli: Rus ailəsi amerkalıya qonaq gedir. Yeyib içirlər, ruslar maşına minib gedirlər. Amerikan ailəsi polisə zəng edib onların maşın nömrəsini verir ki, içkilidirlər, onları saxlayın. Adını da qoyurlar vətəndaşlıq borcu.
Elşən Cəfərov: Nəimi demişkən- Nizamilər Xaqanilər səltənəti cahıl köçəri tayfaların tapdağı altında qalıb, gör nə günə düşdü.
Ozal Xəlil: Elçibəy bizdə bir şey saxlamadı: nə ideya, nə pul, nə birlik.
Anar Musayev: Metis qızlar olmasa Azərbaycanda qadın idmanı batar. Qızını voleybola göndərməyə çestinə sığışdırmayan atalar daha sonra “Toy olsun” verilişində, “Ümid var” verilişində qabağımıza çıxdı... Hələ mən Dubaydan göndərilən pulları bankdan alan ataları demirəm...
Tofik Səfərzadə: Türkiyədə Gezi parkında iki ağacın kəsilməsinə görə bütün Türkiyə ayağa qalxıb üsyan etdi. Amma minlərlə müsəlman qardaş-bacıları İraqda vəhabi itləri tərəfindən üətlə yetirilir, işgəncələrə məruz qalır, sanki heç nə olmamış kimi laqeyd münasibəti başa düşə bilmirəm. Hanı Türkiyə din xadimləri, niyə susurlar? Nəyi gözləyirlər? Bəlkə İraq şiə dövləti olduğuna görə susurlar? Nə isə, hər kəs öz əməlinə görə cavab verəcək mütləq.
Əlibala Əsgərov: Gürcüstan bölgədə vəhhabiliyin təbliğinə rəsmi icazə verən yeganə dövlətdir. Özü də onlara dini dəyərlərə xüsusi sayğısı ilə seçilən şiə əhalinin yaşadığı yerdə ofis ayırıblar.
Bəhruz Eldostu: 1988-ci ilin 25 dekabrından sonra qara günləri başlayıb ölkəmizin.
Ayaz Mütəllibov: “Azərbaycan Xalq Cəbhəsini KQB yaradıb. Çünki Sovet İttifaqında heç bir təşkilat, illah da qeyri-formal, yarımgizli təşkilat SSRİ KQB-sinin bilavasitə iştirakı və icazəsi olmadan yaradıla bilməzdi və bu adamlar yuxarıdan razılıq olmadan heç bir müstəqil addım ata bilməzdilər.”
Huseyn Ələkbərli: Bu türklər gəlməmişdən öncə hər yerdə böyük-kiçik anlayışı, mədəniyyət, tərbiyə var idi.
Aqşin Yenisey: “Türkiyədə qadınların mədəni səviyyəsi həddən artıq aşağıdır”.
Cəmil Həsənli: Ölkədə bank talançılığı gedir, Azərbaycanda elə bir ailə yoxdur ki, bankların əsarətinə, bankların asılılığına düşməsin. Baxın, bunlar Belarusa krediti bir faizə, Azərbaycan vətəndaşına 25-33 faizə verirlər. Bu gün o kreditləri, o faizləri qaytara bilməyən adamlar çıxış yolunu intiharda görürlər.
Əhmədov Qoşqar: Türkiyə ABŞ-ın 52-ci ştatıdı.
Ramzan Kadırov: Vəhhabilərə görə Çeçenistanda 100 minlərlə adam öldü, 5 min itkin düşdü. Onlar imamlarımızı, mollalarımızı, silahsız adamları öldürürdülər. Onlar elə bilirlər bu qan yerdə qalacaq?!
Zərdüşt Əlizadə: AXC Azərbaycana demokratiya gətirmədi. Yenidənqurmadan sonra SSRİ-də müstəsna demokratiya vardı. 1991-ci ilə qədər demokratik ab-hava mövcud idi. Bütün azadlıqlar vardı. Sadəcə, AXC rəhbərliyi bu azadlıqdan istifadə edib ölkəni orta əsrlərə qaytardı. Elm, təhsil, iqtisadiyyat, mədəniyyət yoxdur.
Əli Əliyev: İsa Qəmbər ümumi fəaliyyətində daim Azərbaycan müxalifətini parçalamaqla vahid platformanın əmələ gəlməməsinə xidmət edən bir şəxsdir. Həlledici məqamlarda da həmişə qaçıb gizlənib. Bu 20 yanvar hadisələrində də oldu. Hadisələrdən bir qədər əvvəl cəbhənin konfransı olmuşdu. O vaxt “demokratiyadan milli müstəqilliyə” şüarı altında qütbləşmə yaratdılar. Sonra da 20 yanvar hadisələrində hamısı qaçıb gizləndi. Heç biri küçəyə çıxmadı.
Günel Mövlud: Çox adam çox söz deyə bilər. Amma ortada danılmaz fakt var. Ruslar işğal elədikləri bütün xalqlar kimi, bizim də əlimizə kitab verdilər. Ölkədə orta məktəbi olmayan bir dənə də olsun, kənd qalmadı. Nə qədər xarici ədəbiyyatı dilimizə tərcümə elədilər. Rus dilini öyrənən nə qədər Azərbaycan yazıçısı klassikləri dilimizə bu dildən tərcümə etdilər. O tərcümələrin keyfiyyəti mübahisə doğura bilər. Amma biz onların sayəsində neçə-neçə əcnəbi yazarlardan xəbər tutduq. Az da olsa, kəndlərdə ədəbi jurnallara abunə yazılıb, hansısa əsəri hissə-hissə oxuyan kənd müəllimləri, ziyalıları vardı. Əhalinin yüz faizi yazıb-oxumaq bacarırdı. Bu gün də azdan-çoxdan söz deyə bilən, yazan, ya da bir az mütaliəsi olan adamların əksəriyyətinin təhsili sovet dövründən qalma təhsildir.
Комментариев нет:
Отправить комментарий