03.03.2015

Gigiyena məsələsi


Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -12

Əsgər Fərdi: Axı bunlara niyə öyrətmirsiniz ki Şah İsmayılın ancaq türkcə şeiri olmayıb, sadəcə Qafqazda bir az türk dilini oxuya bildikləri üçün onun ancaq türkcə şeirləri nəşr olunub, gərçi Həmid Araslı Şah Xətayinin farsca şeirlərini də nəşr etdirib, ancaq bunlar o kitabın və bütün ata-babalarının əlifbasını bilmədikləri üçün sadəcə dərsliklərdə olan türkcə şeirlərini görüblər (oxumayıblar, görüblər, çünki oxusaydılar o şeirlərin də nə qədər türkcə olduğunu anlayardılar). Şah Xətayinin bir divan farsca şeiri vardır. Bütün Nəsimi, Füzuli və digər şairlər kimi.
Atabala Talıbov: Uşaq idim, amma yaxşı yadımdadı, o vaxt bizim rayona da bir qrup qaçqın gəlmişdi. Onlardan bir cavan oğlan cəhbədən əkişdirdiyi tapança ilə örüşdə mal-qara otaranlara hədə-qorxu gəlirdi ki burda mal otarmayın, bura bizimdi. Yersiz gəl, yerli qaç.
Xəlil Məmmədov: Niyə qondarma İŞİD kimi vəhhabi qruplaşmaları müsəlmanları Suriyada, İraqda qətl edə bilir, ancaq İsrailə qarşı bir addımda atmırlar?
Əli Əliyev: İsa Qəmbər sadəcə olaraq bu xalqın məlumatlandırılmaması, ictimai rəyin onun və bir sıra şəxslərin əlində olan mətbuat vasitəsilə formalaşdırılması vasitəsilə sui-istifadə edərək bu cür yanlış məlumatlar yayır. Bu gün Azərbaycan hakimiyyətinə adekvat olaraq vahid cəbhənin formalaşmamasının da ən böyük fəaliyyətçisi məhz İsa Qəmbərdir.
Vüqar Məmmədov: Rusiya bizim üçün hər şey edib. Ən əsası da odur ki, indiki Avropa, Amerika və Türkiyə kimi namusumuza toxunmayib. Təhsil verib, səhiyyə verib, ev verib, pulsuz həyətyanı sahə verib. Pulsuz. İndi nə təhsilin var, nə də sağlamlığın. Özün də guya müstəqilsən. Namus-qeyrətiin də Dubayda, Türkyədə. Budumu müstəqillik? Çox danışma müstəqillikdən, gülərlər sənə, ayıbdır.
Günel Mövlud: Daha bir mif isə Avropada səhiyyənin pulsuz olmağıdır. Əlbəttə, hamının tibbi sığortası var, işləmək üçün gələnlər də tibbi sığorta ilə təmin edilir, amma qəfildən xəstələnsəniz, məlum olacaq ki, siz həmin anda həkimə müraciət edə bilməzsiniz. Görüşü bir neçə gün əvvəlcədən almalı, növbədə saatlarla gözləməlisiniz. Sonra da qəfildən məlum ola bilər ki, ən asan tibbi xidmət, diş çəkdirmək və ya dişi mülaicə etdirmək isə, ümumiyyətlə tibbi sığortaya daxil deyil. Bunun xərcini özünüz ödəməlisiniz. Bir dişin adicə “plomblanma”sı isə sizə düz 150 avroya başa gələ bilər.
Cəmil Həsənli: Bir nəfər getsin Bakı Vergi Departamentini yoxlasın. Ucdantutma bütün iş adamları ora dəvət olunur. Sentyabr ayının sonlarından başlayaraq hamıdan dövriyyəsinin 10 faizi “sverx rüşvət olaraq”, rüşvətlər artıq alınıb, indi rüşvətdən artıq olaraq alınır. Və qəribə bir mənzərədir: rüşvət verən adamların növbəsi yaranıb. Bunlara mədəni xidmət göstərilir, qabaqlarına çay gətirilir. Vergi orqanları bu rüşvəti yığmaqdan ötrü 24 saat işləyir.
Süleyman Şıxıyev: AXC-ni Qarabağa görə siyasi səhnəyə atdılar o Sovet dövlətini dağıdanların cəbhəsinə qoşuldu, planlı iqtisadiyyatı pislədi, kapitalı təriflədi, daha nələr eləmədi... YAP-ı hakimiyyətə gətirdi. YAP da elə bir kapitalist dövləti yaratdı gəl görəsən! Mənim kimi öz zəhməti ilə yaşayan insanlar hələ də VƏTƏN axtarırıq.
Zərdüşt Əlizadə: Pənah Hüseyn baş nazir, İsa Qəmbər Ali Sovetin sədri, Elçibəy isə bizim prezident idi. İskəndər Həmidov kimi canini daxili işlər naziri qoymuşdular. AXC hakimiyyətini bu dörd nəfər idarə edirdi, daha doğrusu, onlar ölkəni uçuruma aparırdılar.
Anar Məmmədov: Müxalifət ölkədə yoxdu. Müxalifət lidərlərinin kökünü qurdalayın. Hamısı bir zonadandı. Deməli hamısı bir yerdən idarə olunur.
Arzu Abdulla: SOCAR-ın daha bir “mərhəməti” haqqında xəbər verək. Bu, Türkiyənin “Show TV” və “ATV” kanallarında yayımlanan “Benim için üzülme” serialıdır. Yəqin baxanlar bilir ki, serial kürd xalqının adət-ənənələrindən bəhs edir. Türkiyədə bu mövzuda onlarla serial və film çəkilib. Yəni bu o qədər qeyri-adi bir hal deyil. Türkiyədə bir çox etnik azlıqlar yaşayır. Onlardan ən çoxu kürdlər və ərəblərdir. Amma SOCAR-a ərəblər maraqlı deyil. Bizə isə maraqlı olanı adıçəkilən seriala Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) sponsorluq etməsidir. Maraqlıdır ki, bu şirkət Allahın Azərbaycan xalqına bəxş etdiyi sərvətin hesabına başqa xalqları yemləyir, necə deyərlər “adı bizim, dadı isə başqalarının”. 
Mətləb Mütəllimli: İsgəndər Həmidov, özün də yaxşı bilirsən ki, bu sənin nazir kimi fəaliyyətində birinci reketçiliyin, xuliqanlığın deyildi. Prezidentin fərmanı olmadan 370 məhbusu məhbəsdən açıb buraxmağın; “Subtropik əməliyyatı” adı ilə Astara rayonunda günahsız bir ailəni, o cümlədən azyaşlı uşağı və iranlı qonağı məhv etməyin; Cənub regionunda imkanlı adamların siyahısını tutdurub, arvadlarının boyunbağısına, sırğasına qədər zorla aldırmağın; Azərbaycan Televiziyası və Radio Verlişləri QSC-yə hücum çəkməyin, canlı yayıma müdaxilə etməyin, verilişdə iştirak edənləri təhqir etməyin; Rəhbərlik etdiyin DİN-nin kollegiyasında da xuliqanlıq edərək nazirlik əməkdaşına butulka atmağın; Kənd Təsərrüfatı Nazirliyinin ünvanına göndərilmiş 260 “Jiquli” markalı avtomaşınları qamarlayıb, kefin istəyən adamlara paylamağın; 2 dəfə qoçularını prokurorluğa, mənim üstümə göndərməyin saysız hesabsız özbaşınalıqlarının cüzi bir hissəsi deyilmi?
A kişi bizə rus lazımdı: Belarusda evsiz və bomjlar yoxdur. Belarusda işsizlik demək olar ki yoxdur- cəmi 1 faizdir, süd məhsulları ixracına görə dünyada 5-ci, silah satışına görə 20-ci yerdədir. Amma bunlar hamısı boş şeydir. Əsas odur ki, Belarusda diktatura hökm surur. Ujas! Pah atonnan!
Lalə Mehralı: Gürcüstanda quş qripi yayılıb deyirlər. Yalandır, nə quş, nə donuz qripi adında xəstəlik yoxdur, hamısı amerikan uydurmasıdır. Maraqlı burasıdır ki, nədənsə dünyadakı bütün faciəvi xəstəlikləri Amerika alimləri kəşf edir. Təbiidir, əvvəl gizli laborotoriyada yaradırlar virusu, salırlar xoşları gəlmədiyi, inkişafından narahat olduqları, əhalisindən gözləri su içmədikləri ölkələrin üstünə, sonra da “kəşf edib” vaksin hazırlayırlar və beləcə sadəlöhvlərin qəhrəmanı, avamların superdövləti olurlar.
Rusiya Dağılacaq: Mitinqlərdə nə qədər ki, Türkiyənin, Kiprin bayraqları olacaq, o mitinq haqlı olaraq məhvə məhkumdu.
Anar Musayev: Bu ay televizorun yandırdığı işıq pulunu telekanallardan tələb edirəm. Bu ay reklamdan başqa heç nə verməyiblərş
Əkrəm Hacızadə: İranda şәhid övladı bizim deputatlardan da hörmәtlidir...
Kamal Yaşar: Keçənlərdə kinostudiyanın sürücü daydaylarından biri ilə söhbətləşirdim. Dedi gürcüstanlıyam. Dedim Zəlimxan müəllim də xəstədi. Cavab verdi ki, ee, bə o boyda poema yazmağa böyrək dözərmi?
Nizami Məmmədov: Azərbaycanda özünü politoloq hesab edənlərin əksəriyyəti Soros “babalarının” buyruğunu yerinə yetirirlər.
Piri Baba: Azərbaycan siyasətçilərinin Türkiyə və İsrailpərəst siyasəti nəticəsində bu torpaq hər tərəfdən qonşularla düşmən olub. Şərqdən Türkmənistan, qərbdən Ermənistan, cənubdan İran, şimaldan Rusiya. Heç biri Azərbaycanla dost deyil. Kimdir təqsirkar?
Qasımbala Səfərov: Qüds gününün əsası İran İslam Respublikasının banisi İmam Xomeyni tərəfindən qoyulub. Bu gün dünya sionist İsrailə etiraz edir. Qəlbində zərrəcə mərhəmət və insanlıq olan insanlar bu gün Qəzza xalqına dəstək olub onun dərdindən danışmalı və İsrailə etiraz etməlidir. Qüds günü iki tanınmış şəxsin isə İsrailə etiraz etmədiyi və Qəzzaya dəstək olmadığı bilindi: Fazil Mustafa və onun təriqətinin hazırkı lideri, İsrailin atası Amerikanın ştatlarının birində paşalar kimi yaşayan Fətullah Gülən. Bu iki insan İsraili qınamadı və Qəzzaya dəstək olmadı.
Anar Məmmədov: Yəhudilər axırda bizi özlərinə nökər edəcəklər. Belə getsə.
Devran Abdullah: İraqın işğalından sonra 5500 iraqlı alim Mossad və CİA tərəfindən öldürülüb.
Orxan Mirzəyev: Cındırı çıxıb Azərbaycanın. Mərd insanları namərdlərə möhtac edirlər. Allah, sən özün kömək ol! Fikir vermişəm, elə ən çox quduran da qərb camaatıdı. Yerlibazlıq da eləyən onlardı. Yaxşı, mərd, sadə insanları da var, amma azdı.
Pərviz Salihov: Nə qədər ki, K.Marksın, Leninin, Stalinin götürülən heykəlləri yerinə qaytarılmayacaq, bəla dünyanın başı üstündən əksik olmayacaq. İdeoloqa qarşı da hörmətsizlik ola bilərmi? Bütün ideoloqlar Allahın elçisidir!
Yozef Gebbels: Yəhudiyə qarşı çıxmaq- şəxsi gigiyena məsələsidir.
Doktor Əli Şəriəti: Ziyalı elə hesab edir ki, onun xalqı zülmətdədir. Halbuki xalqın zülmətdə olması ziyalının varlığını şübhə altına alır. Demək ziyalı özü də qaranlıqdadır.
Mənsur Həqiqətpur: Müharibə başlasa xalq başçılardan soruşacaq ki, bəs sizin balanız hanı?
Taleh Məmmədov: Ermənilər Azərbaycandan köçüb gedən ermənilərə Ermənistan vətəndaşlığı verməyiblər. Amma bizdə tam əksi oldu. Hansısa qüvvəsə onlara tez-bazar Azərbaycan vətəndaşlığı pasportu hazırladı verdi.
Ramzan Kadırov: Rusiyaya qarşı çıxanların, Rusiyaya əyri baxanların hamısına xatırlatmaq istəyirəm ki, harda olmaqlarından asılı olmayaraq, biz onlarıın öz yuvalarında boyunlarını sındıracayıq.
İbrahim İmanli: Deyirəm İsrail vəhhabilərin qulaqlarının dibindədi, nə əcəb orda cihad etmirlər? Hətta müalicəyə də ora gedirlər. Ordan qayıdanda heç olmasa bir bombadan zaddan qoyub gəlmirlər. Yəqin ağaları icazə vermir ki, dayımızla işiniz olmasın. Bu şeyxlər bircə dəfə də olsun israilə qarşı fətva vermədilər.
Nazim Baxşəliyev: Türklər azəriləri Türkiyədə adam yerinə qoymurlar, hələ üstəlik gəlib Azərbaycanda firmalar açıb öz millətimizi eşşək kimi, qul kimi işlədirlər.
Nəsib Namazov: Bizim məmurların evləri, villaları hamısı Binə aeroportuna yaxın ərazilərdədi. Müharibə hələ başlamamış, iysi gələn kimi hamısı rahat şəkildə xarici dövlətlərə səssiz-səmirsiz qaçmaq ücün.
Bəhruz Camal: F.Mustafanın fikrincə, İŞİD-in konkret Azərbaycana qarşı müdaxiləsi və addımları müşahidə olunmadığına görə, onu terror təşkilatı elan etmək düzgün deyil. Cənab deputat, biz İŞİD-i insanlığı və bəşəriyyəti təhdid edən bir qruplaşma kimi tanıyırıq. Siz xalqımızı insan və ya bəşəriyyətdən hesab etmirsinizmi?! Deməli, sizin məntiqinizə görə kimlər bizə hücum edərsə, terrorist odur?! Azərbaycanlı sələfilərin Suriyada, İraqda, Çeçenistanda döyüşməsi sizcə, məmləkət üçün təhlükə mənbəyi və həyəcan siqnalı deyil?! Onlar artıq Azərbaycan üçün əmir də təyin edirlər, amma siz deyirsinizi ki, onlar təhlükə deyil?! Mən bu gün sizə bir ilahiyyatçı kimi cavab verməyi özümə zəruri hesab edirəm. Çünki bu günə qədər deputat olaraq respublikadakı heç bir sosial problemlərə toxunmayıb, özünüzü psevdo ilahiyyatçı kimi qələmə verib dini zəmində yaşanan hər bir məsələyə saxta münasibət bildirmisiniz. Əminəm ki, bu yazıdan sonra siz mənə ya Rusiya, ya Ərəbistan, ya İran, ya da Kot-Divuar cəsusu damğası vuracaqsınız. Amma mən sizə əminliklə deyirəm ki, sizin mövqeyiniz heç vaxt Azərbaycan dövlətinin mövqeyinə işləməyib.

Комментариев нет:

Отправить комментарий