Tənhalıq
At,
At məni.
Adaların birində,
Qərib küçələrin tinində.
Unut,
Unut məni.
Poz,
Poz beynindən
Ötüb keçənləri,
Mənim tör-töküntülərimi.
Sil,
Sil əmizlə ürəyini.
Onsuz da tənhayam
Bir yolluq tənhalaşım.
Minlərlə,
Milyonlarla insanlara
Qaynıyıb-qarışım.
İtim,
İtim yoxluğun içində,
Geri dönə bilmiyim.
Danışmıyım,
Gülməyim.
Görüm sənsizliyə
Tab gətirə bilirəmmi?
Yaşayarammı?..
Ölərəmmi?..
Nura doğru
Bu gündən sabaha yol gedirəm mən,
Gedirəm, geriyə qayıda bilsəm.
Çox xoşbəxt olardım, birdən, qəfildən.
Yatmış duyğuları oyada bilsəm.
Zaman koç eləyib, itirib vaxtı,
Uçulub, dağılıb səadət taxtı.
Gecənin qoynunda kor olmuş baxtı,
Necə gözəl olar unuda bilsəm.
Ağrını, acını yarı böləndə,
Necə bəxtiyardım şehli çəməndə.
Ağılsız nadanlar mənə güləndə,
Xoşdur ağlayanı ovuda bilsəm.
Başımın üstündən, göyün içindən,
Hardansa nur düşür ürəy biçimdə.
Şadlanlam bu sirli gecə köçündə,
Qara buludları dağıda bilsəm.
Qoy olsun bu bəyaz buludlar mənim,
Ağ rəngə bürünsün çölüm, çəmənim.
Ələddin, çox olar nuru sevənim,
Gecəni gündüzlə aldada bilsəm.
At,
At məni.
Adaların birində,
Qərib küçələrin tinində.
Unut,
Unut məni.
Poz,
Poz beynindən
Ötüb keçənləri,
Mənim tör-töküntülərimi.
Sil,
Sil əmizlə ürəyini.
Onsuz da tənhayam
Bir yolluq tənhalaşım.
Minlərlə,
Milyonlarla insanlara
Qaynıyıb-qarışım.
İtim,
İtim yoxluğun içində,
Geri dönə bilmiyim.
Danışmıyım,
Gülməyim.
Görüm sənsizliyə
Tab gətirə bilirəmmi?
Yaşayarammı?..
Ölərəmmi?..
Nura doğru
Bu gündən sabaha yol gedirəm mən,
Gedirəm, geriyə qayıda bilsəm.
Çox xoşbəxt olardım, birdən, qəfildən.
Yatmış duyğuları oyada bilsəm.
Zaman koç eləyib, itirib vaxtı,
Uçulub, dağılıb səadət taxtı.
Gecənin qoynunda kor olmuş baxtı,
Necə gözəl olar unuda bilsəm.
Ağrını, acını yarı böləndə,
Necə bəxtiyardım şehli çəməndə.
Ağılsız nadanlar mənə güləndə,
Xoşdur ağlayanı ovuda bilsəm.
Başımın üstündən, göyün içindən,
Hardansa nur düşür ürəy biçimdə.
Şadlanlam bu sirli gecə köçündə,
Qara buludları dağıda bilsəm.
Qoy olsun bu bəyaz buludlar mənim,
Ağ rəngə bürünsün çölüm, çəmənim.
Ələddin, çox olar nuru sevənim,
Gecəni gündüzlə aldada bilsəm.
Комментариев нет:
Отправить комментарий