Bu şəhər beynimdə dar ola-ola
Şəhərin darısqal küçələrində
O yana bu yana
Bir tikə çörək arxasınca
Piyada yol gedirəm!
Çiynimdə yüküm həyatın dərdi
Ürəyimdə həyatın ağrıları
Qorxulu fikrimlə
Addım-addım yol gedirəm
Ümidsiz uzun yollarda
Həyatın bir quru gülüşünə
Ürək bağlamışam
Gündüz ayaqlarımla
Gecə fikrimlə
Yol gedirəm
Yol gedirəm
Dayanıb durmaqdan qorxuram axı!
Bu gecə bir səs var, anam!
Yazıq kimdi? Güllələnir
Evinin bucağında
Süzülüb qan göllənir
Öldü nəğmə, öldü söz
Yazıq canım dərdə döz
Ölən kimi baxan göz
Ulduzlara zillənir
Yetim qaldı quş yuvada
Nə günahı bu davada
Balaca quşlar havada
Yarpaq kimi yellənir
Комментариев нет:
Отправить комментарий