“7 il öncə Avropa Parlamentinin toplantısına qatılmışdım. Bu qurumda aralarında 2 dəfə dünya savaşı olan, fərqli mədəniyyətlərə sahib ölkələr belə birləşib. Onların bu savaşları, düşmənçiliyi unutmasına səbəb vətəndaşlarının rifahını, ölkələrinin iqtisadi maraqlarını düşünmələridir. Suriya və Türkiyə vətəndaşları eyni torpağın insanlarıdır, eyni imanın övladlarıdır, ortaq dəyərlərimiz çoxdur, tarixin heç bir dönəmində Suriya ilə Türkiyə arasında münaqişə olmayıb. Mən o zaman düşündüm ki, nədən biz öz coğrafiyamızda Avropa Birliyi modelində bir qurum yaratmırıq? İnşallah biz torpaqlarımızda xaricdən qidalanan terrorun kökünü kəsib xalqlarımızın birgə gələcəyi haqqında düşünməliyik”.
Bu sözləri Suriya müftisi Əhməd Bədrəddin Hassun Dəməşqə səfər edən Türkiyə nümayəndə heyəti ilə görüşdə deyib.
İŞİD-in hərəkətlərini insanlığa xəyanət adlandıran müfti bütün sağlam düşüncəli insanların terrora qarşı mübarizə aparmalı olduğunu bildirib: “Özümü dünyəvi bir müfti hesab edirəm. Din mənimlə Allah arasında sevgi təməlində qurulan inancdır. Bizim dinimizdə kin, nifrət yoxdur. Bu gün “siyasi İslam” adlandırlan qruplar qanunlarla dinin qaydaları arasında düzgün sərhəd müəyyən etmədikləri üçün cəmiyyətlər üçün çox böyük problemlərə çevrilirlər. Nə həzrəti Musa, nə həzrəti İsa, nə də sevgili peyğəmbərimiz Məhəmməd (ə) dövlət yaratmayıb, onlar insan yaratmağa çalışıb. İnsan dinə bağlı olar, dövlət deyil. Siyasi İslam deyilən qurupların ən böyük yanlışlığı özünü dünyəvi sayanları dinsiz elan etmələridir. Dünyəvilik siyasi işlərlə dini işləri bir-birinə qarışdırmamaqdır. Bu səbəbdən bölgəmizdə baş verənlər çox təhlükəlidir”.
Müfti Hassun Quran və İslamın terror dini kimi təqdim edilməsindən ciddi narahatlıq keçirdiyini də söyləyib: “Məsələ insanların Quran oxumasında deyil, toplumların Quran əxlaqı ilə yaşamasındadır. İŞİD-çilər arasında Quranı mükəmməl bilən çoxdur. Ancaq onlar eyni Qurana inanan insanların başını kəsirlər, İslama, insanlığa düşmənçilik edirlər. Bu böyük bir günahdır. Bu hərəkat xaricdən güc almaqdadır. Biz Türkiyə xalqının Suriyaya qarşı hərəkətləri dəstəkləmədiyini bilirik. Bu gün hökumətlərimiz arasında belə sıxıntılı münasibətlər olduğundan isə təəssüf hissi keçiririk. Ümid edirik ki, xalqlarımız bu çətinlikləri aşa biləcək”.
Türkiyə nümayəndə heyətinin üzvləri qəbul üçün təşəkkürlərini ifadə edəndən sonra din pərdəsi altında insanların təməl haqlarını əllərində alan terror qruplaşmaıarına qarşı mübarizədə birgə fəaliyyətin vacibliyindən danışıblar.
Daha sonra Türkiyədən gələn heyəti Suriya xarici işlər naziri Vəlid Müəllimlə görüşüb. Görüş mediaya qapalı keçirilib. Görüşdən sonra mediaya verilən açıqlamada bildirilib ki, tərəflər qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə edib, təmasların davam etməsi haqqında razılığa gəlib.
Suriya mediası səfəri xüsusi diqqətdə saxlayır. Martın 2-də heyətin yerləşdiyi “Dama Rose” hotelində keçirilən mətbuat konfransında Suriyanın 60-a yaxın media quruluşunun təmsilçiləri iştirak edib. Suriya mediasının əsas sualları Türkiyə müxalifətinin bölgədə gedən proseslərə baxışı, terrorla mübarizə ilə bağlı AKP iqtidarı qarşısında hansı tələbləri qoymaları, Rəcəb Tayyib Ərdoğanın İŞİD-ı dəstəkləməsi ilə bağlı fikirlərə münasibətləri ətrafında olub. /musavat/

Комментариев нет:
Отправить комментарий