01.03.2015

Yaman yaxşı qardaşımız var imiş


Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -8

Tofik Səfərzadə: Bu gun meydanda tək İran dövləti yəhudilərlə mücadilə aparır. Meydanda ASLAN təklənib, ətrafını vəhhabi, yəhudi, Amerika, Türkiyə kimi çaqqal-çuqqallar sarıyıblar. Üzümü bəzi şərəfsiz, ləyaqətsiz türkəgirənlərə tuturam: hanı sizin tükü tökülmüş qotur türk-turan ordusu? Niyə müsəlman qardaş-bacılarınıza divan tutan yəhudi, amerikan qarşısınnda mal kimi durub susurlar? Nədi, kişilikləri, cəsarətləri çatmır? Kül olsun sizin xəyanətkar, satqın, murdar simanıza! Kişilikdə sizlərin payınız yoxdur, yaxşı olardı başınıza ləçək bağlayasınız.

Qoşqar Əhmədov: Demirəm hakimiyyət birbaşa dinin təəssübkeşidir yox, amma müxalifətçilər facebookla real həyat arasında qalıblar. 3-5 modernist, sekulyar, ateist görüb elə bilirlər elə Azərbaycan əhalisi bunlardan ibarətdir və özlərini gördükləri profil sahiblərinə modernist, demokrat, liberal kimi təqdim edirlər. Deyirəm arada başınızı facebookdan qaldırın, sağa sola baxın, ateistdən çox inanclı taparsız.
Əli Əliyev: İsa Qəmbər həlledici məqamlarda həmişə qaçıb. Çünki hökumət onu həmişə mühafizə edib, vaxtı gələndə o da hökumətin işinə yarıyıb.
Taleh Məmmədov: Təsadüfi deyil ki, məhz qaçqınlardır bu rejimin sosial dayaqları. Onlar hər zaman Əliyevlər hakimiyyətini dəstəkləyiblər və dəstəkləməkdə davam edirlər. İstisnalar var, amma çox azdır.
Anar Musayev: Ümumiyyətlə, AZADLIQ, AZAD adıyla başlayan bütün təşkilat və qurumlardan şübhələnmək lazımdır.
Nizami Məmmədov: Azərbaycanda anqlosakson-sionist mənafeyinə xidmət edənlərin kef çəkməli əyyamlarına elə də çox qalmayıb
Piri Baba: Rasim Musabəyovun müsahibəsindən belə çıxdı ki, Azərbaycan Ermənistanla yox, İran və Rusiya ilə qarşıdurma məqsədilə silahlanır. Həm də İsrailin burada neft maraqlarını İran təhlükəsindən qorumaqdan ötrü İsrail bizə silah satır. Pul veririk İsrailə və onun marağını qoruyuruq həm də.
Mənsur Həqiqətpur: Azərbaycanda neçə nazir, deputat, yaxud hər hansı məmur- özləri, ya övladları Qarabağda vuruşub, şəhid olub və ya yaralanıb?
Cəmil Həsənli: Azərbaycanın rayonlarında əksər insanlar banklardan asılı vəziyyətdir. Banklardan 20-26 faizlə kredit götürüb, hansısa problemi həll etmək olmaz. Bu faizləri qaytarmaq o qədər də asan deyil.
Şıxızadə Rizvan: Cəhbənin nağılları 20 il əvvəl inandırıcı və maraqlı idi, amma biz azadlığın ləzzətini duyandan sonra anladıq ki, Demokratiya ən iyrənc idareetmə vasitəsidi, bir halda ki onu Massonlar təbliğ edə!
Muttəqi Bərməki: Təbliğat farsdan əbədi barışmaz düşmən obrazı yaradır. Azərbaycanda farsa qarşı əsası olmayan kin yaradılıb. Halbuki Osmanlıların bizim başımıza gətirdiyi oyunların mində birini bu farslar eləməyib, amma biz onlara “qardaş” deyirik. Niyə? Çünki Amerika-İsrail belə istəyir.
Nursultan Nazarbayev: “Bizler Türkiye diye kapılarımızı açtık. İş adamı diye geldiniz. Altından ABD çıktı. Okullar diye geldiniz, altından ABD çıktı. Siz 90’lı yıllarda Turgut Özal ile Amerika’nın taşeronu olarak buraya geldiniz. Şimdi de hoca okulları adı altında Fethullah Gülen ile Amerika’nın kültürel taşeronu olarak buraya gediniz. Siz ne zaman kendi kimliginizle buraya geleceksiniz?”
Atilla Hüseynov: Yəhudi soyqrımı olmayıb, yalan bir şantajdı. Soyqırım bilmək istəyirsənsə, Amerikadakı Hindular, Avstraliyada Aborigenlər, Afrikada çoxlu xalqlar haqda düşün. Xolokost- yəhudilərin Hitlerə etdiyi şantajdı.
Sərdar Cəliloğlu: Qubadlılar Həcər ruhlu olduğuna görə, Qubadlını qoyub gəldilər. Onlar Sultan bəy ruhunda olsaydılar, nə Qubadlı işğal olunardı, nə də bu söz-söhbət yaranardı.
Aleksandr Duqin: Daha çox insan başa düşür ki, Amerikanın kömәyi ancaq dağılmaya, parçalanmaya vә xaosa gәtirib çıxarır.
İbrahim İmanlı: Bir dovləti ki kovboylar (çobanlar) və prostitutkalar qurub və əsas qəhramanları da onlar olub, o dovlətdən nə mənəviyyat gözləyirsiz ki? Bir dövlət ki hər öldürülən hinduya görə pul verirdi (skalpın gətirmək şərtilə), tarlalarında zənci qulları ölənə qədər döyüb işlədirdi, o dövlət indi dünyaya azadlıq və insan haqları öyrədir. Hardadır görəsən 20 milyonluq hindu xalqı?
Samir Belil: Suriyada hökümətə qarşı döyüşənlər nəinki müsəlman deyil, heç insan da deyil.
Elmar Həsənov: Neftini, qazını Qərbə, ABŞ-a satırsansa, əsl sivil demokratik dovlətsən. Yox satmırsansa, insan haqları həmin dovlətdə pozulub.
Zərdüşt Əlizadə: Tomas Qolts “Azərbaycan gündəliyi” kitabında yazır ki, mitinqlərdə və başqa yerlərdə Əbülfəz Elçibəyin oxuduğu bəyanatları Amerika və Türkiyənin xüsusi xidmət orqanlarının zabitləri yazırdı. Bunu həmin bəyanatların yazılmasında iştirak etmiş birisi yazır, mən yox.
Anar Bilgəh: Vəhhabilər ayda 700-800 manat verir, ağılsız insanlar dinini satır, qoşulur o münafiqlərə. Ay sizin kökünüzə lənət, hələ biz ölməmişiy! Necə deyərlər, münafiqin öhdəsindən mücahid gələr. Mən satmaram dinimi- Bilgəh mücahidiyəm!
Fariz Babayev: ABS-ın, İsrailin Azərbaycanda qurduğu demokratiya elə bir parnikdir ki, onda nə qədər istəyirsən satqın yetişir.
Hafiz Hacıyev: İsa Qəmbər dədəsi Yunus kişinin başını divara vurdu öldürdü.
İbrahim Quliyev: Milyonlarca azərbaycanlı balasını keyfiyyətsiz dərsliklə kor etmək məgər yaxşı işdir? Bu, xalqa qarşı təhqir deyil? Hələ məzmun keyfiyyətini bir tərəfə qoyuram, dövlət tərəfindən ayrılmış bu qədər vəsaitin müqabilində niyə dərsliklərin üz qabığı adi məktəbli dəftərindən də nazik olur? Dünyanın əksər yerlərində aşağı sinif şagirdləri üçün buraxılan dərsliklərin üz qabığına xüsusi diqqət yetirilir.
Zahid Mikayılov: ABŞ yırtıcı akuladır Onunla ehtiyatlı olmaq lazımdır. O da it kimi çığıra-çığıra qalacaq.
Elşən Cəfərov: Pərviz Müşərrəf demişdi ki, İrana hücüm edən dövlət birinci Pakistanı məğlub etməlidir. Ona görə də Amerika masonları Pakistandakı öz itlərinin əli ilə onu siyasətdən uzaqlaşdırdılar.
Namizəd Səfərov: İranla ticarət edən kommersant giley edirdi. Onun dediyinə görə İranda mandarinin kilosu 30-40 qəpikdir. Gömrük,daha doğrusu, monopolist reketliyi nəticəsində Bakıya 1manat 50 qəpiyə gəlib çıxır.
Ceyhun Salahov: Osmanlılardan fərqli olaraq, Səfəvilərin nə hərəmxanaları olub, nə hərəmxanalarda xidmət eliyən axtalanmış xədimləri, nə də köbək rəqsi oynayan rəqqasələri. Bir sözlə osmanlı saraylarında olan cinsi azğınlıq Səfəvilərin iqamətgahlarında olmayıb. O vaxt necə indi də elə. Tarix təkrar olunur.
Lalə Mehralı: Ay qadan alım, bu ölkədə sadist Amerikanın nə qədər himayədarı varmış?!  Ömründə öz qəsəbəsindən bayıra çıxmayan, Amerika haqqında sifarişli yazılmış və ağ yalanlarla bəzənmiş mədhiyyələri oxuyaraq bu ölkənin insanlığa bir “töhvə” olduğuna inanan nə qədər sadəlöhv varmış!
Elçin Bayramlı: Bəzi quvvələr bizi Rusiya və İranla düşmən edib dövlətimizi təhlükə altına atmaq istəyirlır. Biz ABS-a görə qonşularımızla niyə düşmən olmalıyıq?
Məmmədov Aqil: Bakıda 1980-ci ilərin ortalarına qədər sələfilik-nurçuluq adlı məhzəblər yox idi. Bu məhzəbləri Qərbi Azərbaycanlılar və bir sıra Qarabağlılar Bakıya gətirdi.
Ayaz Mütəllibov: Apreldə Azərbaycanda yerləşən qoşunla bizim DİN-in nəzdindəki OMON 24 kəndi quldurlardan azad etdi. O dağlarda elə qüvvətli erməni bazaları vardı ki, peşəkar orduya cavab verərdi. Nə isə, Ter-Petrosyan çox pərişan oldu, çox. Mənə dedi ki, bunu sənə bağışlamayacağam. O zamandan bilirdim ki, bunlar, nəsə, başımıza oyun açacaqlar.
Qalib Abbasov: İran masonların anasını ağladıb ölkədən qovdu, ona görə də inkişaf edəcək.
Anar Məlikov: İran adlı ölkədən nə yazılırsa, ya siyasətdir, ya da terror. Halbuki minilliklərə bağlıdır İranın tarixi.
Rais Həmidov: Turan deyə-deyə Azərbaycanı da dağıdacaqlar, Türkiyəni də.
Heydər Camal: Azərbaycan müxalifətinin liderləri hakimiyyətin klounlarıdır.
Əkrəm Hacızadə: Müəmmalı tolerantlıq sözündən heç әvvәldәn xoşum gәlmәyib. Çünki illәrdir haranın əxlaqsızı, avarası, terroristi, cəsusu, xaini var, tolerantlıq adı ilә bu millәtin canına salınıb.
Bəhruz Eldostu: Azərbaycanda tənəzzülə uğramayan sosial sahə qalmayıb. Təhsil köçüb, səhiyyə can verir, ordu ise acınacaqlı gündədi. Bütün bunlar kürd-yəhudi zülmünün nəticələridi. Ölkəni məhv etməmiş heç yerə gedən deyillər. 
Sabir Shindani: Dəccal xəzəri-yəhudi qövmündən çıxacaq. Bütün səmavi kitablarda belə yazılıb.
Günel Mövlud: Naxçıvan klanının müxalifətə münasibətinə baxaq. Heydər Əliyev yerlisi Əbülfəz Elçibəyin tabutu önündə baş əydi. Elçibəyin ətrafında olanları -Qüdrət Həsənquliyev, Fazil Mustafa, Fərəc Quliyev- hərləyib-fırlayıb, deputat elədilər. Elə rəhmətlik Əbülfəz Elçibəylə yaxın olanlar da, səmimi söhbətlər zamanı onun yerlipərəst olduğunu etiraf edirlər. Zatən yerlibazlığının nəticəsi də göz qabağındadır. Çətinə düşəndə hakimiyyəti əqidədaşlarından birinə deyil, keçmiş KQB generalı Heydər Əliyevə təhvil verdi. Niyə? Sadə bir səbəbə görə. Heydər Əliyev naxçıvanlı idi…
Zərdüşt Əlizadə: Xalq cəbhəsi xalqımızın başına olmazın müsibətlər gətirən bir təşkilatdır.
Ramzan Kadırov: Vəhhabilərə görə Çeçenistanda 100 minlərlə adam öldü, 5 min itkin düşdü. Onlar imamlarımızı, mollalarımızı, silahsız adamları öldürürdülər. Onlar elə bilirlər bu qan yerdə qalacaq?!
İlqar Salmanov: ABŞ (Aləmin Böyük Şeytanı) prezidenti Obama əsir götürülmüş bir İsrail əsgərinə görə bütün dünyanı silkələdi. 
İsrailin qırdığı 1700-ə yaxın günahsız fələstinlidən ötrü isə heç tükü də tərpənmədi.
Atilla Əli Ağazadə: 1989-1990-cı illərdə Şərqi Avropa ölkələrində kommunist rejimləri yıxılandan sonra, “qardaş” Türkiyə bundan fərasətlə istifadə etdi. 1) Bolqarıstan və Rumıniyada tamamən iqtisadiyyat çökdu, istehsalat sıfıra endi. Rumin ve Bolqar xalqları dolanmaq üçün üzünü Türkiyəyə tutdu. 2) Qafqaz respublikaları müstəqillik əldə etdi, gürcü-abxaz, azəri-erməni konfliktləri Türkiyənin cibinə işləməyə başladı. 3) Balkan müharibələri həmin illərə təsadüf edirdi və Türkiyə o münaqişələrdə iştirak edərək şəxsi maliyyə maraqlarını ön planda tutdu. 4) Ukrayna, Belarus, Rusiyadan böyük alverçi axını başladı Türkiyəyə. Bütün bu hadisələr cərəyan edən zaman Turkiyə istehsalatı, ekonomisi inkişaf etdi, çünki bu bazarları öz qida məhsulları ilə, tekstillə təmin edərək ölkəyə külli miqdarda valyuta gətirdi. Şübhəsiz ki, bu da ABŞ-a ödənilən bir qism borclar idi. Demək ki, Türkiyə maraqlı idi ki, qonşu ölkələrdə xaos olsun, müharibə olsun, inqilablar olsun, çünki bu Türkiyə büdcəsinə qeyd etdiyim kimi külli miqdarda valyuta axını idi. Bu gün həmin hadisələrin 2-ci seriyası davam edir. Liviya. Suriya, Misir, İraq. Yaman “yaxşı” qardaşımız var imiş.

Комментариев нет:

Отправить комментарий