Qurban
Eşitdim, sən məni tərif edirsən.
Dediyin sözlərə, dilinə qurban.
Məni bağçanıza dəvət edirsən,
Bağbanına qurban, gülünə qurban.
Cənnət maralısan yoxsa buranın?
Nə dərd-qəmi qulluğunda duranın!
Səni yaradanın, bəzək vuranın
Qələminə qurban, əlinə qurban.
Fərzullayam, düz yazmaqdır sənətim
Ona görə eldə vardır hörmətim.
Bu canım, bu malım, bu da dövlətim-
Hamısı o qara telinə qurban.
Olsun
İstər cavan olsun, istərsə qoca,
Gərək qanacağın, mərfətin olsun.
Əgər istəyirsən olasan uca,
Belə rəftar elə, hörmətin olsun.
Başın hara girmir, ora soxulma,
Qonaq qalsan, üç gündən çox olma.
Başqasının namusuna toxunma,
Kişisən, namusun, qeyrətin olsun.
Oturmağın, durmağın da yerin bil,
Yalvarmaığın, vurmağın da yerin bil.
Uçurmağın, qurmağın da yerin bil,
Ağıllı, kamallı zəhmətin olsun.
Etibarın yoxla, sonra dostluq et,
Xasiyyətin öyrən, uzaq yola get.
Əlsiz-ayaqsızın köməyinə yet,
El-oba içində şöhrətin olsun.
Məclisə girəndə yerini tanı,
Özünə tay bilmə soltanı, xanı.
Hər kimin yoxdursa qeyrəti, qanı,
O şəxslərə qarşı nifrətin olsun.
Özgə dövlətinə, malına dəymə,
Hər dostun, qardaşın paltarın geymə.
Özünü alçaldıb yada baş əymə,
Niyə üzüqara züryətin olsun?!
Yalan söyləyənin üzünə danış,
Görüb demiyənin gözünə danış.
Haqqı, ədaləti düzünə danış,
Əsil müsəlmanlıq sifətin olsun.
Fərzullanın sözlərinə qulaq as,
Qulaq assan, yaxşı olar, pis olmaz.
Asmasan, bir kimsə heç yada salmaz,
Lap istər tükənməz dövlətin olsun.
Qocalmışam
Uşaqlıq, cavanlıq arxada qaldı.
İllər toplaşaraq bir ömür oldu.
Qocalıq başımın üstünü aldı,
Amma demir dilim, qocalmışam mən.
Təəccüb edirəm buna özüm də,
Nə qıçım ağrıyır, nə də dizim də.
Bir ağ tük görüblər mənim üzümdə,
Deyir obam, elim qocalmışam mən.
Ürəyim cavanlar ürəyi kimi,
Biləyim pəhləvan biləyi kimi.
Kürəyim igidlər kürəyi kimi,
Nə vaxt çatsa ölüm, qocalmışam mən.
Sözlərim itidir qılınc kəsərli,
Başa düşən üçün qızıl gərəyli.
Yazıb-yaratmağa ürək fərəhli,
Necə desin əlim, qocalmışam mən?!
Fərzullanın ömrü olsa da yarı,
Hələ yaşayacaq neçə baharı.
Eşqə, məhəbbətə düzdü ilqarı,
Tək sən demə, gülüm, qocalmışam mən.
Yoxdu
Ürəyim yanır gizlicə,
Həmi gündüz, həmi gecə.
Deyirlər, bəs yanır necə,
Tüstüsü var, közü yoxdu?!
Bu dərdi kimə söylədim,
Düşündüm ki, gör neylədim.
Kiminlə dostluq eylədim,
Yalanı var, düzü yoxdu.
Süfrəmin çörəyin yedi,
Ardımca qeybət söylədi.
Yaman gündə gəlləm dedi,
Sədası var, özü yoxdu.
Belə dostluq nəyə gərək,
Altda undu, üstdə kəpək?
Buna misal belə çəkək-
Çörəyi var, duzu yoxdu.
Fərzullanın bu söhbətin,
Yadda saxla, ver qiymətin.
Dostu tapmaq indi çətin,
Birisi var, yüzü yoxdu.
Eşitdim, sən məni tərif edirsən.
Dediyin sözlərə, dilinə qurban.
Məni bağçanıza dəvət edirsən,
Bağbanına qurban, gülünə qurban.
Cənnət maralısan yoxsa buranın?
Nə dərd-qəmi qulluğunda duranın!
Səni yaradanın, bəzək vuranın
Qələminə qurban, əlinə qurban.
Fərzullayam, düz yazmaqdır sənətim
Ona görə eldə vardır hörmətim.
Bu canım, bu malım, bu da dövlətim-
Hamısı o qara telinə qurban.
Olsun
İstər cavan olsun, istərsə qoca,
Gərək qanacağın, mərfətin olsun.
Əgər istəyirsən olasan uca,
Belə rəftar elə, hörmətin olsun.
Başın hara girmir, ora soxulma,
Qonaq qalsan, üç gündən çox olma.
Başqasının namusuna toxunma,
Kişisən, namusun, qeyrətin olsun.
Oturmağın, durmağın da yerin bil,
Yalvarmaığın, vurmağın da yerin bil.
Uçurmağın, qurmağın da yerin bil,
Ağıllı, kamallı zəhmətin olsun.
Etibarın yoxla, sonra dostluq et,
Xasiyyətin öyrən, uzaq yola get.
Əlsiz-ayaqsızın köməyinə yet,
El-oba içində şöhrətin olsun.
Məclisə girəndə yerini tanı,
Özünə tay bilmə soltanı, xanı.
Hər kimin yoxdursa qeyrəti, qanı,
O şəxslərə qarşı nifrətin olsun.
Özgə dövlətinə, malına dəymə,
Hər dostun, qardaşın paltarın geymə.
Özünü alçaldıb yada baş əymə,
Niyə üzüqara züryətin olsun?!
Yalan söyləyənin üzünə danış,
Görüb demiyənin gözünə danış.
Haqqı, ədaləti düzünə danış,
Əsil müsəlmanlıq sifətin olsun.
Fərzullanın sözlərinə qulaq as,
Qulaq assan, yaxşı olar, pis olmaz.
Asmasan, bir kimsə heç yada salmaz,
Lap istər tükənməz dövlətin olsun.
Qocalmışam
Uşaqlıq, cavanlıq arxada qaldı.
İllər toplaşaraq bir ömür oldu.
Qocalıq başımın üstünü aldı,
Amma demir dilim, qocalmışam mən.
Təəccüb edirəm buna özüm də,
Nə qıçım ağrıyır, nə də dizim də.
Bir ağ tük görüblər mənim üzümdə,
Deyir obam, elim qocalmışam mən.
Ürəyim cavanlar ürəyi kimi,
Biləyim pəhləvan biləyi kimi.
Kürəyim igidlər kürəyi kimi,
Nə vaxt çatsa ölüm, qocalmışam mən.
Sözlərim itidir qılınc kəsərli,
Başa düşən üçün qızıl gərəyli.
Yazıb-yaratmağa ürək fərəhli,
Necə desin əlim, qocalmışam mən?!
Fərzullanın ömrü olsa da yarı,
Hələ yaşayacaq neçə baharı.
Eşqə, məhəbbətə düzdü ilqarı,
Tək sən demə, gülüm, qocalmışam mən.
Yoxdu
Ürəyim yanır gizlicə,
Həmi gündüz, həmi gecə.
Deyirlər, bəs yanır necə,
Tüstüsü var, közü yoxdu?!
Bu dərdi kimə söylədim,
Düşündüm ki, gör neylədim.
Kiminlə dostluq eylədim,
Yalanı var, düzü yoxdu.
Süfrəmin çörəyin yedi,
Ardımca qeybət söylədi.
Yaman gündə gəlləm dedi,
Sədası var, özü yoxdu.
Belə dostluq nəyə gərək,
Altda undu, üstdə kəpək?
Buna misal belə çəkək-
Çörəyi var, duzu yoxdu.
Fərzullanın bu söhbətin,
Yadda saxla, ver qiymətin.
Dostu tapmaq indi çətin,
Birisi var, yüzü yoxdu.
Комментариев нет:
Отправить комментарий