14.03.2015

Ermənistanlı Aslan Aslanovun Şəmkirdə çıxardığı oyunlar

Fevral olaylarından biri də Lamiyə məsələsidir. Mətbuatdan bəlli olduğu kimi Şəmkir Rayonunun sabiq icra başçısı Aslan Aslanovun oğlu Ruslanı namus məsələsinə görə qətlə yetirən Lamiyə Quliyeva nəhayət azadlığa buraxıldı. Bu olay mətbuatda eninə-uzununa işıqlandırıldı. İki məqam isə diqqəti daha çox çəkdi.
Birinci məqam odur ki, Aslan Aslanov oğlunun qisasını almaq üçün onlarla vəzifəli şəxsi Lamiyənin və onun nişanlısı olmuş Vüqarın üzünə durquzdurub. Onlar - məhkəmə hakimlərindən tutmuş polis rəislərinədək, az qala 100-dən artıq şəxs naqq-nahaq olmasından asılı olmayaraq bu gənclərin və onların yaxınlarının üzünə duraraq onların şərlənib uzun müddətə həbs olunmasına şərait yaradıblar. Çap olunanlardan bəlli olan budur ki, 3 nəfər onlara olunan bütün təzyiqlərə baxmayaraq bu üzədurmada, nahaqqı müdafiə etmə əməliyyatında iştirak etməyib. Bunlardan biri həmin vaxt Şəmkir rayonunun prokuror təyin edilmiş şəxsdir.
Bu şəxs gecə 2-də Vüqarı onu gülləmək istəyən icra başçısının əlindən alıb və ona yönəli şər-bohtanalara imza atmayıb. Nəticədə, 7 gündən sonra onu prokuror vəzifəsindən azad ediblər.
Aslan Aslanov icra aparatının bütün işçilərini qisas almaq istədiyi şəxslərə qarşı yönəli şər-böhtanlara imza etməyə məcbur etsə də, həmin aparatda çalışan ərazi idarəetmə və bələdiyyələr şöbəsinin müdiri naqisliyə imza atmayıb və qısa müddətdə vəzifəsindən azad edilib. 3-sü Vüqara bıçaq satan şəxsdir ki, onu məcbur ediblər, desin bıçağı Vüqara yox, atasına satıb, lakin o, çəkiclə başına döysələr də, söysələr də, icra başçısı deyəni deməyib, illərlə həbsdə yatsa da, şərə imza atmayıb. 
Bütün bunlar doğrudan da böyük nümunədir. Vəzifəsini itirməsindən, illərlə həbsdə yatmasınadan qorxmayaraq satılmayanlar da var imiş. Şair demişkən, nə yaxşı dünyada yaxşı var imiş, yoxsa qərq olardıq yaman içində.
İkinci məqam isə sabiq icra başçısının ölçüyə-ülgüyə gəlməyən özbaşınalıqları barədədir. Mətbuatın yazdığına əsasən deyə bilərik ki, Aslan Aslanov oğlunun qısasını almaq üçün Lamiyə və Vüqarın 12 qohumunu (atasını, anasını, xalalarını, gəlinlərini…) həbs etdirib. Onların kişi, qadın, hətta hamilə olmasına əhəmiyyət verməyərək yüz cür işgəncə verdirib, illərlə həbsdə yatızdırıb, dükan-bazarlarını dağıdıb, irili-xırdalı vəzifədə olanı kimsə varsa işdən çıxardırıb, elindən-obasından didərgin salıb. Oğlunun qətlindən sonar 100-ə yaxın gənc qızı şübhəli şəxs qismində polis şöbəsinə gətizdirib. Bazarkom işləyən Elpərəst adlı şəxsi sındırmaq üçün çəkiclə başına o qədər vurdurub ki, bu şəxs 1 il yaxın adamlarını belə tanıya bilməyib. Aslan Aslanov yüzlərlə insana işgəncə verdirib, haqq-nahaq boyunların “tas” qoyub. İş o yerə çatıb ki, lotereyada pul udmuş diş həkimini belə məcbur edib ki, udduğu pulun yarısını ona versin.
Bu siyahını bir neçə dəfə uzatmaq da olar. Bəlkə də Azərbaycanın onlarla icra başçısının etdiyi qanunsuzluğu cəmləsən, onun etdiklərinə bərabər olmaz. Və bütün bunlar bizim günlərdə, XX1 əsrin ilk onilliyində baş verib. Hökumət içində özünü hökumət kimi aparan bu şəxs sanki bir qanunsuzluq simvoluna çevrilib və vəzifəsindən getsə də, hələ də etdiklərinə görə heç bir cəza almayıb. ("Cənub xəbərləri" qəzetinin materialları əsasında)

Комментариев нет:

Отправить комментарий