02.03.2015

Kəlbəcər qaçqını Bakıda torpaq satır

Bakının Buzovna qəsəbəsəsində torpaq möhtəkirliyi ilə məşğul olan Kəlbəcər rayonundan qaçqın Rövşən adlı şəxs aldatmadığı adam qoymayıb.
Cəbhə bölgəsinin N saylı  hərbi hissəsində müddətdən artıq xidmətdə olan Elvin Muradovu  Kəlbərcər qaçqını Bakıda torpaq sataraq aldadıb.
"Asiya-fakt" a müraciət edən Yardaımlı rayon sakini Seymur Muradov
bir dəstə dələduz tərəfindən aldadıldığı haqda məlumat verib. Belə ki, 2014-cü il tarixdə Buzovna qəsəbəsində yaşayan Kəlbəcər rayonundan qaçqın Rövşən adlı şəxsdən Seymur Məmmədova 3 sot torpaq satmaq adı ilə 99 illik müqavilə ilə Kamal adlı şəxsə aid olan torpaq sahəsinin 300 kv.m.sahəsini ayıraraq ona verib. Elə həngamədə bundan sonra başlayıb. Araşdırmalarımız zamanı məlum olmuşdur ki, bu ərazidə bir qrup torpaq dəllalları Xəzər rayonuna aid torpaq sahələrini 99 illiyə icarəyə götürərək sonradan müxtəlif şəxslərə ev tikmək məqsədi ilə satırlar. Özü də notarial qaydada. Maraqlısı isə odur ki, həmin dövlət notariusu heç bir torpaq alan vətəndaşın iştirakı olmadan ona etibarnamə verir. Özü də  bir torpağa 3 etibarnamə müxtəlif adamların adına.
Aldadılmış Seymur və Elvin Muradovlar hal-hazırda bu dələduz dəstənin əlində qalıb. Dələduz dəstə dəfələrlə həbs yatmış, lakin islah olunmamışlar.
Mövzu ilə bağlı geniş açıqlama veriləcək.

Aynur İsrafilqızı                    "Asiya-fakt"

Комментариев нет:

Отправить комментарий