17.03.2015

Vahhabilər makiyaj edir, qadın paltarı geyinib döyüşdən qaçırlar

İraq ordusu üzü makiyajlı, gözü sürməli "döyüşçülər"i tutub

Analitik.az xəbər verir ki, İraq ordusu tərəfindən qadın paltarında qaçan İŞİD-çilər tutulub. Xarici mətbuatın məlumatına görə, Baakubə şəhərində İraq hərbçiləri arvad qiyafəsində 20 İŞİD-çini tutub.
İŞİD-çilər qadın paltarı geyinib, üzlərinə makiyaj çəkirlər. Onların bəziləri saqqallarını da qırxır, qırxmayanlar da var, ancaq üzlərinə makiyaj edərək, gözlərinə sürmə və yanaqlarına da rumyana çəkirlər.
İlkin məlumatlara görə qadın paltarı geyinmiş İŞİD-çilər Tikrit şəhərində döyüşməkdən can qurtarmaq üçün qaçırlar. Qeyd edək ki, martın 11-də İraq ordu qüvvələri Tikritə girərək şəhəri İŞİD-dən geri alıb. Bundan sonra qorxuya düşən İŞİD-çilər arvad paltarı geyinməklə döyüş meydanından qaçırlar.
Hərbçilər tərəfindən tutulan arvad-İŞİD-çilər polis nəzarətinə verilib.

Комментариев нет:

Отправить комментарий