Müqavimət qüvvələri tərəfindən Tikritin azadlıq əməliyyatı o qədər qəfil və şiddətli olub ki, İŞİD özü məğlubiyyəti qəbul edərək onu general Süleymaninin başçılığı ilə idarə edildiyini iddia edib. Bu gözlənilməz müvəffəqiyyət İŞİD və eləcə də, vəhhabi havadarlarına çox ağır gəldiyindən informasiya vasitələri və internet səhifələrində cənab Süleymaninin fotoşəkilini yerləşdirməklə məğlubiyyəti İranın məntəqəyə hərbi müdaxiləsi ilə əlaqələndirməyə çalışıblar. Lakin cəbhə zonasından verilən məlumatlar İraq qoşunlarının Tikritə ilkin hücumundan sonra terrorist qüvvələrin vahimə içində geri çəkildiyindən xəbər verir.
Bu arada həmin informasiya vasitələri hədsiz həyasızlıqla özlərini əhli-sünnənin nümayəndəsi, İŞİD-i isə onların xilaskarı adlandırmaq üçün hər dona girirlər.
Halbuki regiona dünyanın müxtəlif məntəqələrindən ― Amerika, Avropa, ərəb ölkələri və Çeçenistandan amansız ünsürləri yeridərək Suriya və İraqda müsəlman əhalinin qətlamını ört-basdır etməklə, guya, məntəqəyə şiələrin hakim olacağını car çəkərək əhli-sünnəni təhrik etməyə çalışırlar. Amma Müqavimət cəbhəsi sıralarında xalqın bütün təbəqələrinin, o cümlədən, əhli-sünnənin nümayəndələrinin böyük fəxrlə cənab Süleymaninin rəhbərliyi altında iştirakına dair yayılan xəbərlər onların bu fitnəsini tamamilə alt-üst edib.
İraqın televiziyasının verdiyi məlumata görə, bu gün sübh açılmamışdan qabaq 5000 nəfərlə başlanan Tikritin azadlıq əməliyyatı səkkiz saatdan az bir zamanda əl-Ovcə, əl-Ələm və əl-Humrə məntəqələrinin azadlığı ilə başa çatıb. Əsir düşən terroristlərin içində İŞİD-in “Qafqaz komandiri” ləqəbli çeçen Ömərin də, ələ düşdüyü ehtimal verilir.
Bütün bunlara baxmayaraq, yenə də İŞİD-in Qərb-ərəb havadarları müsəlmanlar arasında irqi-milli hisləri alovlandırmaqla, guya, regiona şiə və iranlıların hakim olmağa cəhd göstərdiyini qələmə verməyə çalışırlar. Bununla belə, Müqavimət qüvvələri cəbhə bölgələrində tam əzm və qeyrətlə mübarizə aparır və artıq İŞİD-in bu qədər cinayətlərindən sonra belə fitnələri öz təsirini itirib. Yeri-yurdu məlum olmayan bu ünsürlərin dünənə qədər ictimai şəbəkələrdə İraq və Suriyanın bütün əhalisini qırmağa hazır olduqlarını bildirdiyi və tarixi-mədəni irsini amansızlıqla məhv etdikləri halda, bu gün həyasızlıqla irqi-milli hisləri qaldıraraq öz məğlubiyyətlərini şiəlik və İranla əlaqələndirməyə çalışırlar.
Artıq bütün cəbhə bölgələrində şiə və sünniliyindən asılı olmayaraq kürdlər, ərəblər və assuriyalılar çiyin-çiyinə vuruşur və İŞİD-in mahiyyəti və terrorist ünsürlərin iç üzləri get-gedə daha aşkar olur. /nur-az.com/

Комментариев нет:
Отправить комментарий