31.03.2015

VƏHHABİLİK – SİONİZMƏ XİDMƏT EDƏN TƏRİQƏT

Təməli ingilis müstəmləkə siyasəti ilə qoyulmuş vəhhabilik islam cəmiyyətlərini daxildən gəmirən əqrəbdir

Vəhhabilik barədə müxtəlif mənbələrdə ən müxtəlif məlumatlara rast gəlinir. Bu məlumatların sistemli-məqsədli təhlili isə açıq-aydın göstərir ki, vəhhabilik cərəyanı islam cəmiyyətlərini parçalayıb zəiflətmək, onların vəhdətini pozmaq məqsədilə İslam düşmənləri tərəfindən ortaya atılıb. Maraqlıdır ki, burada düşmənlərin hədəfləri aydın olduğu qədər də, seçimi müstəsna uğurlu olub. Söhbət vəhhabiliyin «ideoloji memar»ı Məhəmməd ibn Əbdül Vəhhab Təmiminin (Nəcdi) şəxsi keyfiyyətlərindən gedir. Bu barədə aşağıda ətraflı söhbət açacam.

Mənbələrin məlumatına görə, «vəhhabilik» adlı bölücü dini-siyasi cərəyan 18-ci əsrin sonlarında meydana gəlib (Lətif Əkbər, «Fironların xəzinəsi», Bakı, «Azərbaycan» nəşriyyatı, 1993 il, səh. 164, rus dilində). Həmin vaxtdan dövrümüzə qədər İslam dünyası vəhhabiliklə barışmaz mübarizə aparıb. Bu savaş indi də davam edir – bütün kəskinliyi ilə. Digər tərəfdən, nə qədər zidiyyətli olsa da, ötən dövr ərzində dünyada vəhhabiliyin təsiri altına düşənlərin – bölücülərin sayı da durmadan artıb! Əldə olan məlumatların təhlili göstərir ki, vəhhabiliyin bu «tərəqqi»si heç də təsadüfi deyil və bir tərəfdən, ingilis müstəmləkə siyasətindən güc alıb, digər tərəfdən isə beynəlxalq sionizmə söykənib. Bu barədə də aşağıda ətraflı söhət açmaq fikrindəyəm. Hələlik bir həqiqəti önə çəkmək istəyirəm ki, postsovet dönəmində Azərbaycanda da vəhhabilərin sayı sürətlə artmağa başlayıb – onlar əsasən, ölkəmizin Şimal bölgəsində və Bakı şəhərində cəmləşiblər. Güclü dəstəkləri də var. Belə ki, bu cərəyan açıq şəkildə Səudiyyə Ərəbistanı tərəfindən hər cür (o cümlədən, maliyyə) dəstək aldığı qədər də, dünya sionist dairələri tərəfindən ciddi şəkildə, pərdəarxası himayə olunur! Bu da təsadüfi deyil. Məsələn, bu barədə Rusiya Federasiyası müftilər Şurasının sədri R.Qaynuddin belə deyib: «Vəhhabilik – Səudiyyə Ərəbistanı krallığının rəsmi dövlət ideologiyasıdır».
Azərbaycanda vəhhabiliyin geniş yayılması barədə mənbə aşağıdakı məlumatı verir: 1994-cü ildə Qahirədə keçirilən bir Beynəlxalq konfransda Rusiyalı akademik-general Yevgeni Primakov «MDB daxilində hansı bölgə vəhhabiliyə daha çox məruz qalıb» sualına, belə cavab verib: «İlk sırada – Türkmənistan, Qırqızstan və Azərbaycan dayanıb… ». Amma MDB məkanında cərəyan edən sonrakı proseslərin təhlili göstərdi ki, E.Primakov bilərəkdən, bir qədər «yanılıb» və Rusiya ərazilərində vəhhabilərin yerləşdirilməsi, dəstəklənməsi və fəaliyyətlərinin genişləndirilməsi barədə danışmağa lüzum görməyib. Müəyyən səbəblərdən dolayı, bunu da anlamaq olar. Məsələn, bəzi mənbələrin məlumatına görə, Y.Primakovun özü 1984-cü ildə Qahirədə vəhhabiliyi qəbul edib (Hacı Əbdül, «Şərəf oğruları – vəhhabilər», «Araz» nəşriyyatı, Bakı, 2004 il, səh. 5). Məhz bu mətləbdən dolayı, postsovet məkanında, xüsusilə də Azərbaycanda və Şimali Qafqazda vəhhabiliyin sürətlə yayılmasında Y.Primakovun böyük rol oynadığı inkarolunmazdır. Digər tərəfdən isə SSRİ-nin süqutundan sonrakı ilk illərdə Rusiyanın özündə (siyasi dairələrində) sionizmin təsiri xeyli güclü olub. Proseslərin təhlili və mənbələrin məlumatı belə deməyə yetərincə əsas verir. Məsələn, 2009-cu ilin əvvəlində Rusiya KİV-nin yaydığı bir məlumatda deyilirdi ki, o vaxt «qaçqın» həyatı yaşayan, mənşəcə yəhudi olan Berezovski vaxtilə Çeçenistan savaşının qəhrəmanlarından olan Şamil Basayevi maliyyələşdirirmiş! Elə həmin dövrdə Çeçenistanda vəhhabiliyin tüğyan etdiyi hər kəsə məlumdur. Berezovski Rusiya vətəndaşı olaraq, rəsmən xristianlığı qəbul etmişdi. Amma sağlıq dövründə bir internet-forumda o, dini mənsubiyyəti barədə belə yazıb: «Mən rəsmən xristianlığı qədul etmişəm. Amma hər zaman qəlbimin dərinliklərində yəhudi olaraq qalmışam…». Aydındır ki, bu «xristian»ın (adicə bir kiçik elmi işçinin) bircə anın içərisində milyarderə çevrilməsində dünya sionist dairələrinin xidməti olmamış deyil…
Azərbaycanda vəhhabiliyin geniş yayılması barədə vaxtilə İngiltərənin baş naziri Marqaret Tetçer aşağıdakı fikri söyləyib: «Mən Azərbaycanda İslamın heç bir izinə rast gəlmədim. İnsanlar qrup, icma halında müxtəlif inanclara qulluq edirlər. Onlardan biri də vəhhabilikdir. Əvvəllər düşünürdüm ki, İslam dini mənim fəaliyyətim qarşısında maneələr quracaq. Amma bu, baş vermədi – gerçək islamçılar və Allaha qulluq edənlər hörmətə layiq məsafədə dayanıblar. Hakimiyyət və gerçək islamçılar arasında yaranmış vaakkumu vəhhabilər doldurublar» (İTAR-TASS, 1992 il).
Nə qədər parodoksal olsa da, bu tarixdən ötən dövrdə ölkəmizdə vəhhabilərin sayı durmadan artıb – o həddə qədər ki, indi Bakı küçələrində hər 15-20 metrdən bir «saqqallı gödəkşalvar»a rast gəlinir. Onların hər biri Azərbaycan cəmiyyəti üçün çox ciddi potensial təhlükə mənbəyidir! Çox təəssüf ki, Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi hələ də bu təhlükəyə adekvat reaksiya verməyib (və ya, vermək istəməyib)…
Yuxarıda yazdım ki, vəhhabilik – İslam cəmiyyətləri daxilində bölücülük funksiyasını yerinə yetirir və məhz bu məqsədlə 18-ci əsrin sonlarında Britaniyanın Müstəmləkələrə Nəzarət Nazirliyinin (MNN) təşəbbüsü ilə yaradılıb. Cərəyanın ərsəyə gəlməsində sözügedən nazirliyin casusu Hemferin («Mister Hemfer») əvəzsiz xidməti olub. Bu barədə casus öz xatirələrində yazıb: «Adı Məhəmməd ibn Əbdülvəhhab Nəcdi idi. Bu gənc son dərəcə çılğın, yüksəkdən danışan və əsəbi bir adam idi… Əbdülvəhhab Nəcdi zahirən sünni idi. Sünnilərin çoxu bir yerə yığışdıqda, şiələrin arxasınca danışardılar. O isə öyrəndiyimə görə, heç vaxt şiələr haqqında pis söz deməzdi… O, əhli sünnənin dörd məzhəbdən ibarət olmasını qəbul etmirdi və deyirdi ki, Allahın kitabında məzhəblər haqqında heç bir dəlil yoxdur; o, həqiqətdə hədislərə də bir əhəmiyyət vermirdi… Məhəmməd Nəcdi özünə hədsiz dərəcədə qürrələnən adam idi… Mən axtardığımı Məhəmməd Nəcdidə tapmışdım…» («Mister Hemferin xatirələri», «Hüquq» nəşriyyatı, Bakı, 2008 il, səh.21-23).
Maraqlıdır, görəsən, ingilis casusu məhz nəyi axtarırmış?
Bu barədə Hemfer öz xatirələrində hansı tapşırığı aldığını yazır: «Hemfer, gələcək səfər üçün iki mühüm məsələdə məsuliyyət daşıyırsan:
1. Müsəlmanların zəif nöqtələrini müəyyən edib, qarşıdurma yaratmaq üçün onları qruplara bölmək – düşmənə qalib gəlməyin yolu ancaq və ancaq budur!
2. Bunları etdikdən sonra ümumi proqramı mərhələ-mərhələ həyata keçirmək.
Bu işləri bacarıb yerinə yetirsən, nazirlik tərəfindən xüsusi mükafatlara layiq görüləcəksən…».
İngilis casus xatirələrində MNN-nin rəsmisi tərəfindən verilən tapşırıqlar barədə daha sonra aşağıdakıları yazır: «Biz ingilislər rifah və səadət içində yaşamağımız üçün dünya dövlətlərində və xüsusilə müstəmləkələrimizdə hər cür fitnə-fəsad və təfriqələr salmaq məcburiyyətindəyik. Osmanlı dövlətini də yalnız bu üsullarla yıxa bilərik. Belə etməsək, sayı az olan bir millət sayca çox olan xalqlara necə hökmranlıq edə bilər? Var gücünlə müsəlmanların zəif nöqtələrini axtar və tar. Bil ki, Osmanlı və İran dövlətləri hal-hazırda ən zəif dövrlərini yaşayırlar. Bunun üçün sənin vəzifən xalqı, ədalətlə idarə edənlərə qarşı üsyana sövq etməkdir. Tarix boyu bütün inqilablar xalqın ayağa qalxması ilə həyata keçmişdir. Müsəlmanların vəhdətini pozub zəiflətdikdən sonra, onları asanlıqla məğlub edə bilərik…».
Mənbələrin məlumatına görə, dini əqidə baxımından dayanıqsız və dönük olan Məhəmməd ibn Əbdül Vəhhab Təmimi (Nəcdi) 1691-ci ildə anadan olub, Məkkə və Mədinədə yüksək səviyyədə dini təhsil alıb. Onun atası Əbdül Vəhhab və qardaşı Şeyx Süleyman öz dövrünün görkəmli alimləri olublar. Onlar digər tanınmış dinşünas alimlərlə birlikdə Məhəmmədi haqq yoluna qaytarmaq istiqamətində çox çalışsalar da, bir nəticə hasil olmayıb. Hətta Şeyx Süleyman müsəlmanları qardaşının arxasınca getməməyə çağıran kitab da yazıb. Yuxarıda qeyd etdiyim kimi, məhz həmin tərəddüd illərində gənc Məhəmməd Nəcdi ingilis casusu Hemferirn təsiri altına düşüb və onun təkidi ilə sözügedən bölücü cərəyanın («təriqət»in) əsasını qoyub. Sonrakı mərhələdə ingilislər Məhəmməd ibn Əbdül Vəhhabın bu «təlimi»ndən İslam dünyasına qarşı böyük məharətlə istifadə ediblər. Bu barədə mənbə yazır: «Ərəbistanda vəhhabilər və digər müsəlman cərəyanları arasında dini və siyasi mübarizə gedirdi. Şəraitdən asılı olaraq, ingilislər də bu və ya digər cərəyanı, bəzi halda isə hamısını səxavətlə maliyyələşdirib, Türkiyə üzərinə qaldırırdı. Türkiyəyə qarşı mübarizədə ingilislər birləşmiş Ərəbistanın hökmdarına ümid bəsləyirdilər… O vaxtlar Hüseyn müsəlmanları qıcıqlandırmaqda davam etməkdə ikən İbn Səud güc toplayırdı. Hüseyn özü-özünə xəlif tutulu verən kimi, əvvəlcədən müsəlman dünyasının dəstəyini qazanan İbn Səud ona qarşı müharibəyə başladı. İngilislər bu dəyişikliyi hiss edən kimi yeni lideri (İbn Səudu – müəllif) müdafiə etməyə başladılar. Artıq 1926-cı ildə İbn Səud Mədinəni, Ciddəni tutdu, Hüseyni qovub çıxartdı və özünü Hicazın kralı elan etdi… 1929-cu ildə İbn Səuda qarşı üsyan oldusa da, tezliklə yatırıldı…»
Bu məqamda bir mətləbin üzərinə də işıq salmaq pis olmazdı. Söhbət İbn Səudun qələbələrindən gedir – necə olub ki, yəhudi əsilli bu şəxs islam dünyasında bunca böyük qələbələrə imza ata bilib? Bu barədə mənbə aşağıdakı məlumatı verir: «İbn Səud kimdir? Məhəmməd İbn Səudun babasının adı Mordexay Avraam Muşa olub. Sonradan öz adını Süleyman Aslaim adına dəyişib, oğluna əvvəlcə Makronom adı verib, sonradan Murqin adına dəyişib… Səudun üç oğlu olub – Maşari, Sanyan, Mühəmməd. Üçüncü məhz Hemferin Ər-Riyadda görüşdüyü həmin adamdır (Mühəmməd ibn Səud)…» (Hacı Əbdül, «Şərəf oğruları - vəhhabilər», «Araz» nəşriyyatı, Bakı, 2004 il, səh. 39).
Bütün bunlar deməyə əsas verir ki, vəhhabiliyin ideoloji əsasları məhz Qərbin müstəmləkəçi siyasətindən qaynaqlanır və mahiyyət etibarilə beynəlxalq sionizmə xidmət göstərir. Yuxarıda qeyd etdiyim kimi, nə qədər «qəribə» olsa da vəhhabilik həm də Səudiyyə Ərəbistanı krallığının rəsmi dövlət ideologiyasıdır.
İndi isə gəlin diqqət yetirək – Bu gün Yəmən üsyanını yatırmaq üçün Səudiyyə Ərəbistanı «ərəb koalisiyası»na rəhbərlik edir. Yarım əsrdən artıq bir müddət ərzində Fələstin xalqının (axı onlar da ərəbdirlər!) yaşamağa məhkum edildiyi müsəbətləri görməzliyə vuran Səudiyyə Ərəbistanı necə oldu ki, birdən-birə «ərəb ağsaqqalı» seçildi?!
Düşündürücüdür, deyilmi?..

Arif Aslan                          azpolitika.info

Комментариев нет:

Отправить комментарий