08.06.2015

Bunların kəbini də yox imiş!

Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -18

Elxan Zaman: Media o qədər yalan və nahaqq danışır ki, insanlar artıq onların doğru məlumatlarına belə şübhə ilə yanaşırlar. Fikir verirsiniz, ANS-dən tutmuş “Azadlığ”a qədər demək olar ki bütün media quruluşları Suriyadakı terrorçu vahhabiyə “müxalifət”, səud, qətər ve küveyt kimi vahhabi terror qruplaşmasına isə “koalisiya qüvvələri” deyirlər. Sizcə niyə? Niyə bunlar terrorizmin dəstəklənməsində, zülmün güclənməsində iştirak edirlər? Bir dəfə demişdim, bir də deyim. Qərb və sionistlər vahhabizmə tam dəstək verirlər. O vahabizmə ki mənim canımı, qanımı, malımı, namusumu özünə halal bilir və onun demək olar ki bütün şeyxləri bunun fitvasını verirlər. Ancaq bir dənə şiə alimi, sadə bir insanını göstərin ki, vahhabinin namusunu, canını və malını halal bilsin. Xeyir ve şər göz qabağındadır və onlara destək verənlər də...
Elçin Bayramlı: Əgər inkişaf etmək üçün üzümüzü mütləq harasa tutmalıyıqsa, niyə bu məhz Qərb (Amerika, Avropa) olmalıdır? Məgər dünyanın başqa tərəflərində nümunəvi cəmiyyətlər yoxdurmu? Bəlkə Şərqə inteqrasiya edək, məsələn, Yaponiyaya. Nə deyirsiniz?
Rövşən Məmmədli: Yalandan İrandakı azərbaycanlılar üçün ağlamaq lazım deyil. Türkiyə hökuməti 100-lərlə türkü öldürmüş kürd hakimiyyəti ilə razılaşıb, xalis türk olan İraq türkmanlarını ölümə tərk edib. Türkmanların öldürülməsinə göz yumur, səbəb isə kürdlərin ucuz qiymətə Türkiyəyə neft satmasıdır.
Rəşid Hacıyev: Bütün dünya bilir ki, Amerika islamin düşmənidir, təkcə Azərbaycandan başqa...
İlkin Abbasov: Qarabağın azad olmasının yeganə yolu Rusiyanı dəstəkləməyimizdən keçir.
Misir Əskərov: 20 ildi Azərbaycan Amerika və İsrail nökərçiliyi edir, amma xeyri yoxdu, əksinə ziyanı olub həmişə. İran və Rusiya kimi qonşu ölkələrlə əlaqəsi pisləşib.
Kilem Kilem: 15 il əvvəl bir yapçıyla cəbhəçinin sporunun şahidi oldum. Bir-birinin qrexini aşkara çıxardırdılar. Çox spor etdilər, axırda yapçı kəs səsini siz dedi hakimiyyətə gəlmek üçün Xocalıda milləti qırğına verdiniz... Şok oldum sözün düzü.
Təbriz Xalıqov: Xəritədə Azərbaycanı tapa bilməyən nəsil yetişəcək.
Elmar Həsənov: “Azadlıq” qəzeti bir dəfə cəhd gostərib ABŞ-ı tənqid edə bilmir.
İlkin Fəryad Əkbərli: Hizbullah yeganə ordudur ki, sünniləri də qoruyur, şiələri də.
Ramik Cəfərzadə: Evimizdən qalan son kərpici də “tolerantlıq” yıxacaq deyəsən.
Vilayat Huseynov: Mən əvvəllər elə bilirdim ki, Türkiyə Amerikanın kəbinli arvadıdır. Sən demə bunların heç kəbini də yox imiş.
Nizami Məmmədov: Eşq olsun beynalxalq imperializmə qarşı mübarizə aparan İrana, Rusiyaya, Çinə və digər belə dövlətlərə!
Oktay Quliyev: Mərhum şəhid Çingiz Mustafayev 23 il bundan qabaq Laçını qoyub qaçan qorxaqlara deyir ki, ay nakişilər, niyə qaçırsız döyüşdən? Ay arvadlar, qayıdın geri. Kişi olun. Qaçmayın....
Şıxızadə Rizvan: Rusiya zəifləyən kimi çaqqal Türkiye yevreylərin vasitəsilə gəlir Bakıda peyda olur, Rusiya özünə gələn kimi hamı öz yerini bilir, biz də rahat yaşayırıq.
Əl Hüseynov: Bir anlıq təsəvvür edin ki Rusiya Dumasında bir deputat bütün günü pravoslavlığa garşı, onun Rusiyada yaratdığı mənəvi ab-havaya garşı küçə sözləri ilə çıxış edir. Təsəvvür etdiniz? Əlbəttə ki edə bilməzsiniz. Amma bu Azərbaycanda mümkündür. Fazil Mustafa səhərdən axşama kimi KİV-lərdən Azərbaycan xalqının mənəvi dəyərlərinə tüpürür, amma ona gözün üstə qaşın var deyən yoxdur.
Müslim Abdullah: Türkiyədə bir jurnalist Ərdoğan barədə yazılan tənqidi (məhkəmə təhqir kimi qəbul edib) kommentə “like” qoyduğu üçün 23 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Burada da qanunu bu cür təfsir etsələr, qanımız getdi)).
Urfan Qasımov: Bu gün dünyada Putin 1 nömrəli prezidentdir və dünyanın ən böyük və güclü dövlətinin başçısıdır.
Əhliman Şəmsizadə: Ümumiyyətlə bir az təmkinli olmaq lazımdır rəylər yazarkən. İnsanlar müxtəlif əqidədə ola bilərlər. Fikirlər toqquşa da bilər. Razılaşmamaq da olar. Bu nəyisə həll etməz. Əsas məsələ ondadır ki, hansı əqidədə olursan ol, millətini, xalqını, insanlığı sevəsən. Mən nə dərəcədə kommunistəm, mən nə dərəcədə demokratam, mən nə dərəcədə... Əsas budur.
Yardimlı və Yardımlısevərlər: 30 ildi demokratiya Qərb, Avropa adı altında bu millətin başına nə oyun gətirməyib? Topxanada bir-iki agacın qırılmasına görə Sovet tərbiyəsi görmuş insanlar bütün Bakını, hətta az qala Ermənistanı da dağıtmaq istəyirdi. Gündə gözümüzün qabağında insanlar özünü yandırır, hətta son günlər bir qrup adamın səbəb olduğu insanların diri-diri yanmasına laqeyd qalanları görürsən. Gündə yeraz polis və hakimlərin azərbayçanlıları şərləməsini və heç bir günahı olmadan türmələrə salmasını, ancaq heç kimin heç nə edə bilməməsini görürsən. Milləti sındırıblar.
Asif Israfilov: Tələbəlik dövrü millətçiliklə xəstələndiyim vaxtın söhbətidir. Bir jurnalist dostumla “Türk dünyası araşdırmaları vakfı”na getmişdim. Həmin vaxt vakfin böyüyü Hüseyn bəy Adıgözəl idi. Ordan-burdan söhbət edirdik. Azərbaycandakı özbaşınalıqdan, Türkiyədəki firəvanlıqdan, türk dünyasından. Etiraf edim ki, münasibətlərimiz də çox səmimiydi. Birdən Hüseyn bəy dərindən ah çəkib “Kaş bizdə də sizdəki kimi olaydı, heç olmasa” dedi. Gözləmədiyimiz sözdən çaşmışdıq. Soruşduq. “Nə qədər pis də olsa, özünüzünküdü. Yığdığı uşaqlarına qalacaq. Onlarınsa içində hamısı pis olan deyil. geci-tezi millətə nəsə çatacaq. Özünüzdə qalacaq. Bizdə isə bir nəfər də olsun özümüzdən yoxdu. Hamısı o-budu. Nə indi xeyirləri var, nə də nə vaxtsa olması gözlənilir”. O vaxt bu şəxsən mənə çatmamışdı. Üstündən təxminən 20 il keçəndən sonra artıq hər şey mənə aydındır. 
Natik Camal Afşar: Vahhabilər Azərbaycan üçün çox böyük təhlükədir.
Sabir Shindani: “26 Bakı komissarı” filmini niyə rəsmən qadağan eləmirlər? Axı bu filmdə aydın-aşkar göstərilir ki, Sanqaçal terminalının ventilində yəhudi oturub... Olmaz axı, camaat görüb, hər şeyi anlayacaq, sonra inqilab edib oğru burjuaziyanı yandıracaq. Bəs saxta demokratiyanız necə olsun?
Qoşqar Əhmədov: Türkiyə ABŞ-ın koloniyasıdı.
Tofik Səfərzadə: Xəzər TV-də Fazil Mustafa zar-zar ağlayır “kimin evində Nuru Paşanın şəkli var, axı o kişşi bizi ermənilərden qoruyub”. Əziz dostlar, gəlin Fazilin xahişinə əməl edib sabahdan Nuru Paşanın şəklini evimizin ən görkəmli yerindən asaq. Bir də sizdən bir xahişim var, gəlin sabah hərəmiz bir sabun alıb Fazilə verək, qoy əziyyət çəkməsin. A kişi, girirsən özün gir də, milləti hara dartıb aparırsan.
Mirsaməd Cəfəri: Türk hökuməti kimi minafiq, yaltaq, biqeyret hökumət görməmişdim.
Muxtar Əzimov: Bizə qənim kəsilən də türkdü, bizim xalqı qıran da türklər olub, zaman gələcək türklərin bizim xalqa qarşı etdikləri zülmlər ortaya çıxacaq.
Anar Məmmədov: Sovet hökuməti yetimi oxutdurub evli-eşikli, işli-güclü ailə başçısı edirdi. Bu petuxlar gəlib camaata evini-esiyini satdırdı. Kəndli də qalıb boş torpağa baxa-baxa.
Samir Belil: Kristian Ronaldo kimi dahi oyunçunun 100 ildən bir dünyaya gəldiyini başa düşdük, anladıq. Amma ola bilməz axı Azərbaycanda 9 milyonluq bir əhalidən heç olmaya Arda Turan, Kaka, Soldado və s. kimi orta səviyyəli futbolçu cıxmasın. Yəni bu xalq bu qədər istedadsız oldu? Hamısı AFFA-da oturanların üzündəndir ki, uşaq futbolunu beşikdəcə boğurlar.
Samid Seyid Göktürk: Xacmazdan təkcə 18 nəfər vahhabi Suriyaya döyüşə gedib və gorbagor ediblər orda. Özü də onların işi ancaq əliyalın şiə camaatını qırmaq, xəstəxanaları, məscidləri, məktəbləri partlatmaqdı. Kərbəlaya gedən ziyarət dəstəsinin böyüyü olan dostum deyir ki, bu dəqiqə Suriyada Xanım Zeynəbin məqbərəsi uğrunda ağır döyüşlər gedir Suriya ordusu ilə vahhabilər arasında. Əgər sən döyüşə getmisənsə, ay oğrəş, biqeyrət, get Əsədə qarşı döyüş, anlayaq heç olmasa, day Peyğəmbər nəvəsinin qəbrinə niye hücum edirsən?!
Elşən Əli: Hələ kimin axırı necə olacaq bəlli deyil. İngilisin də,nəsil-nəcabəti bilinməyən türkiyəli əclafların da ayağını buralardan kəsən tapılar, inşəAllah. Hər şeyin öz vaxtı var!
Pərviz Azəri: Vaxt gələcək əsl türklər bu İsrailə elə paz salacaqlar ki, əsrlər boyu o pazı unutmayacaqlar.
İbrahim Zadeh: Bizim böyük qardaşımız Rusiyadır. Əyər Türkiyəyə etdiyimizin 20 faizini Rusiyaya etsəydik, indi Qarabağı yox, İrəvanı da almışdıq!
Tahir Abdullayev: İsrail yarananda ona cəmi 60-70 il srok qoydular və dedilər ki bu 60-70 illik ölkə olacaq. Kissencerin “İsrail 2020-ci ilə qədər yaşayacaq” deməsi də buna sübutdur. Kissenceri tanıyanlar bilir o hansı dərəcəli fiqurdur və onun sözü necə ciddidir... Hər şey hesablanıb.
İbrahim İmanlı: BP Azərbaycanın yiyəsidir. Hətta hakimiyyətdə kim olacağını da onlar qərar verir. Elə olmasaydı, hakimiyyət də, müxalifət də onların qarşısında baş əyməzdilər.
Elçin Bayramlı: Türkiyə dövlət olaraq bizim düşmənimizdir, xalq və ölkə olaraq yox.
Nizami Məmmədov: Mənim fikrimcə harada sionizm meydan sulayır, o yerdə şərəfsizlik var.
Anar Musayev: Müstəqillik əslində YETİM QALMAQ DEMƏKDİR.
Tural Abbasov: Ölkəmizdə yad mədəniyyətlərin təsiri sürətlə nəticələrini göstərməkdedir. “Demokratiya”, “Azadlıq” kimi şərti adlar altında xalqımıza, dövlətçiliyimizə təcavüz edirlər. Mədəniyyət mübadiləsi budursa, rədd olsun! Axı niyə şərqli, bir azərbaycanlı olaraq utanmalıyıq? Qərbin elmi, texnologiyası varsa, şərqin də həqiqi islam mədəniyyətindən irəli gələn mənəviyyatı var. Bax bu mədəniyyətə elm əlavə olunanda darmadağın edir. Alət olanlara bu torpağın nemətləri haram olsun!
Samir Rimas: Azərbaycan neftini ruslar çıxardanda, əvəzində bu millətə pulsuz ev, təhsil, putyovka verirdi. İndi öz vicdanınıza deyin, BP ölkəmizdə 20 ildir neft çıxarıb, kimə ev verib? Hansı vətəndaşa yardım edib? Hansı məktəbi tikib?
Orxan Mikayıl: Hətta mənim zir vahhabi olan qonşularım belə İrana müalicəyə gedir.
Leyla Əliyeva: Neçə vaxtdir Suriya dözür, daha əhalinin başına nə oyunlar gətirmirlər. Bu Amerikanın başına niyə böyük bir daş düşmür. Bu əclaflar nə istəyir bu insanlardan? Bu ərəblərə, türklərə nə çatmalıdır görən bu Suriyadan?
Vüsal Mayılov: Bizim millət elə bil yeraz adı gələndə qutuda ilan görür. Niyə, qardaş? Nə pisliyimiz keçib sizə?
Hüseyn Ələkbərli: Kürdlər ABS-ın böyük orta şərq layihəsinin icrasında önəmli paya mailkdirlər.
Əziz Əlibəyli: Türkiyədə doğurdan da çoxunun başı qaçıb. Oğul Hakkaridə şəhid olub, onun banka olan borcunu kasıb ataya ödədirlər.
Mətləb Pero: Xalqın başının altına yastıq qoymağa dəyməz, qələbə-filan olmayacaq. Heç yerdə oyun-moyun yoxdur, ən böyük oyun MSK-da və müxalifətin içindədir.
İslam Nəzərli: Vahhabi Səudiyyə dövləti dağılmayınca ingilis-yəhudinin ayağı Şərqdən çəkilməyəcək, islam dünyasında dinclik olmayacaq.
Mahmud Ağakişioğlu: Bu facebook lap başımı xarab edib. Bayaq Adilə xala gəlib ki, a bala, xəbərin var, zirzəmidə su borusu partlayıb. Çaşıb arvada deyirəm ki, link at, baxım)).

Комментариев нет:

Отправить комментарий