Terrorçu eks-prezident Serjik Sərkisyanın lideri olduğu Ermənistan Respublikaçılar Partiyası gənclər təşkilatının sədri Hayk Mamicanyan Ermənistan parlamentində müdafiə və təhlükəsizlik daimi komissiyasının sədri, hakim “Mənim addımım” blokundan olan deputat Andranik Köçəryanın son müharibə zamanı Xankəndidə etdikləri haqda danışıb.
Demokrat.az xəbər verir ki, H.Mamicanyan bu barədə özünün “Facebook” səhifəsində yazıb.
“Andranik Köçəryanın bu gün parlamentdə bir Alfa (Omega deyil, Alfa) kişisinin görünüşü ilə danışdığını, şəxsən mənim və bizim qurum haqqında danışdığını eşidəndə istər-istəməz müharibə zamanı Stepanakertdə “Armeniya” otelində şahidi olduğum səhnələr gözümün qabağına gəldi. Bu ikiüzlü adam oteldən çıxmaq üzrə idi, amma hava hücumu barədə həyəcan siqnalının səsini eşidəndə dərhal əşyalarını foyenin ortasında qoyub reception – qəbul masasının altında gizlənmək üçün qaçdı”.
Xatırladaq ki, deputat Andranik Köçəryan bu il yanvarın 15-də Rusiya sülhməramlılarının razılığıyla Azərbaycan dövlət sərhəddini pozaraq Xankəndiyə səfər edib və oradakı separatçı-terrorçu xunta rəhbərləri ilə görüşüb.
Комментариев нет:
Отправить комментарий