Artıq bir neçə gündür ki, Rusiyanın müxtəlif şəhərlərində aksiyalar gedir.
Baxdığım videolarda mənə bir şey maraqlı gəldi. Rusiya kimi təlatümlər keçmiş bir ölkədə, hərb işinin inkişaf etdiyi bir yerdə etirazçılara qarşı aksiyalara çıxarılan polis və xüsusi təyinatlıların işi çox bərbad təşkil edilib.
Əlbəttə bu ilk baxışdan belə görünür. Çünki Rusiya hüquq-mühafizə orqanlarının rəhbərliyində oturanların minlərlə etirazçının önünə bir və ya bir neçə otryad çıxaracaq səviyyədə axmaq olmadıqlarını düşünürəm.
Bir videoda 5-6 polis əməkdaşına 100-lərlə adam qartopu zərbəsi endirir. Onlar isə heç nə olmamış kimi gəzirlər. Başqa bir videoda yol patrul xidmətinin əməkdaşına hücum edən vətəndaşa müqavimət göstərilmir. Başqa bir videoda görürük ki, 10-15 OMON-çu minlərlə etirazının hücumundan qorunmaq üçün kürəkləri ilə bir-birinə söykənərək son dərəcə soyuqqanlı davranıb vəziyyətin sakitləşməyini gözləyirlər. Başqa bir videoda öyrədilmiş idmançı adamlar o ki var polislərə zərbələr endirir. Polislər guya onlara müqavimət göstərirmiş kimi edir, amma ağlı başında olan adam bilir ki, bu müqavimət və ya həbs etmək cəhdi deyil, imitasiyadır.
Rusiyadakı OMON-un, qvardiyanın, daxili qoşunların xüsusi təyinatlılarının nəyə qadir olduqları ən azından bəzilərimizə məlumdur. Hökumət istəsə bütün şəhərlərdə 1 günə mitinqlərə son qoyar. Amma etmir.
Bu şeylərə fikir verib hadisələri analiz edərkən prosesləri tam dərinliyinə qədər başa düşməsəm də bəzi şeylər mənə aydın oldu. Düşünürəm ki, hökumət qəsdən etirazçıların sayına adekvat olmayan sayda polis çıxarıb onların qabağına. Ki, etirazçılarda rus demişkən расслабления getsin.
Və gedir də.
Bu "rahatlaşmanın" nəticəsidir ki, etirazçıların içində olan öyrədilmiş idmançılar, aparıcı qüvvə olan adamlar yavaş-yavaş hərəkətə keçir. Öndə həmişə belələri olur. Onları müəyyən etmək üçün polis son dərəcə soyuqqanlılıq nümayiş etdirir.
Yuxarıda sadaladığım videofaktlarda polisin yerində kim olursa olsun silah işlədərdi və buna haqqı da çatardı. Çünki qüvvələr nisbəti 100 dəfələrlə etirazçıların xeyrinə idi. Amma polis bunu etmir.
Etirazçıların fəallarını provokasiya edib müəyyənləşdirir. Sonra isə onlar bir-bir "dənlənəcəklər". Gecə vaxtı, yatan yerdə, içən yerdə, qohumugildə, sevgilisi ilə olanda. Fərq eləmir. Hamısı "dənlənəcək".
Xülasə, polisin indiki vəzifəsi etirazların ən fəallarını (xüsusilə yeni yetişənləri) müəyyənləşdirmək, onların əlaqələrini, haradan və kimlərdən əmr aldıqlarını, əmr verənlərin məqsədlərini müəyyənləşdirməkdir.
Əgər mitinqləri dağıtmaq istəsəydilər dağıdardılar.
Bu günlər ərzində 1 etirazçının belə ölməməsi çox mətləblərdən xəbər verir.
KQB məktəbi öz sözünü deyir. "Hadisənin baş verməsinin qarşısını ala bilmirsənsə onu idarə etməyə çalış" prinsipi daim işləkdir.
Комментариев нет:
Отправить комментарий