25.01.2021

ABŞ icazə vermədi

İran maşınları gəlirdi.
Çadır şəhərciklərini gətirirdi. Düyü, tənəkə yağ, bitki yağı, şəkər gətirirdi.
Neçə il saxladı İran bizim 60 000 qaçqınımızı. Az deyil.
Buna baxmayaraq Azərbaycan mətbuatı İranı mütəmadi olaraq söyürdü.
Mən sizə dediklərimi elə bilirsiniz yuxarı sinif bilmirdi? Bilirdi.
Amma ki, bu onlara xeyir edirdi.
Əvvəla İranın, şiə məzhəbinin ideoloji təsirindən qorxurdular. 
İkincisi İranın siyasi təsirindən qorxurdular.
Üçüncü də ondan qorxurdular ki, Qərb onlara kəc baxar.
Bizim hakimiyyətin əsas məqsədi Qərbə xoş gəlmək idi.
Ona görə də İran deyəndə ki, qardaş, sən cəmi 300 milyon dollar xərcləyib İran ərazilərindən boru kəmərini çək və İran ərazisindən çıx azad sulara.  Sən müqaviləni Bakıda bağla, neftini ver bizə. Biz də öz neftayırma zavodlarımızda – Təbrizdə, Ərəhdə, İsfahanda – onu emal edək iranlılara sataq, sənin də müqavilədə imzaladığımız neftini Xuzistanda, ən yüksək keyfiyyətli İran neftini sənin tərəf müqabillərinə sataq, yükləyib göndərək. 300 milyon dollara boru xətti başa gəlirdi.
Amerika dedi ki olmaz! İran beynəlxalq əmək bölgüsündə iştirak etməməlidir! Qadağandır Azərbaycan hakimiyyətinə! 
4 milyard dollar xərclədik Bakı-Tiflis-Ceyhan neft kəmərini çəkdik...

Politiloq, şərqşünas Zərdüşt Əlizadə,
"Xural TV"-yə müsahibəsindən

Комментариев нет:

Отправить комментарий