Norveçlilərin heç biri ədəbi dildə danışmır. Yəni kitab dilində.
İstər böyük kürsülərdən danışsınlar, istərsə də başqa yerlərdə, ya tədbir olsun, ya elmi konfrans olsun, ya bayramlarda çıxışlar olsun. Gələn gündən buna diqqət etmişəm.
Əvvəl dili o qədər başa düşmürdüm deyə diqqət yetirmirdim. Amma Norveç dilini mükəmməl mənimsəyəndən sonra anladım ki, bu ölkədə hər zonanın, hər yerin, hətta hər məhəllənin öz dialekt dili var!
Bu dillər o qədərdir ki, adam dəli olur bunların içində!
Hərdən hansısa norveçli mənimlə uzun danışanda soruşur ki, mən dialekt danışıram, sən ədəbi dildə məni başa düşürsən? Cavab verirem ki, yüz faiz, heç də özünü qısnama, necə istəyirsən danış...
Amma onu bildirim ki, bunlarin da dili bizimki kimi qarışıqdır, demək olar bütün qonşu ölkələrin dilindən kecərək yaranıb.
Dillərində ingilis, alman, fransız, isveç, danimark, bir də qədim dili və dilləri hələ də qoruyub saxlayırlar- həm də yazılı dildə. Müasir norveç dilini təzə öyrənən elə bilir ki, o qədim dil bir ayrı dildir.
Yəni dediyim o ki, bunlar da eynən bizdə olan kimi dialekt danışıq dilindən istifadə edirlər, sadəcə acınacaqlısı odur ki bunu yuxarı kürsülərə də daşıyıb aparırlar.
Nəzərə alsaq ki, bu ölkədə əhalinin demək olar yarısı xarici millətdir, onlar da dili çox zaman kitablardan öyrənir və sonra danışıq dilinə keçəndə qalırlar çaş-, başa düşmürlər...
Hə, sonda onu da deyim ki, hər millətin savadlısı, hər millətin anlayanı, anlamayanı var. Amma bunların eləsi var heç bir cümləni qurub danışa bilmirlər, ya da yazı qaydasını bilmirlər.
Yəni elə bilməyin ki, bir bizim millətin ləhcəsi var, bunlarınkı daha çoxdur- əcaib dərəcədə çoxdur...
Alima Amal
Комментариев нет:
Отправить комментарий