24.05.2021

Peskov Rusiyanın normal real gücünün olduğunu bəyan edib

"Hazırda mövcud olan bütün qarşıdurmalara, bütün dövlətlərarası çəkişmələrə rəğmən rus dili də sevilir, rus mədəniyyətinə də heyran olurlar, rus idmanına da".
Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Rusiyanın real gücü var, lakin biz bu zirehli qatarı ehtiyatda saxlayırıq. Allah eləməsin ki, onu ordan çıxaraq. Yumşaq gücümüzün üzərində hələ işləməliyik, lakin potensialımız çox dərindir"- deyə Peskov Rusiyanın "Bilik" cəmiyyətinin maarifçilik marafonunda bildirib.
Peskov bildirib ki, rus dili dünyada ən çox yayılmış dil olmamasına rəğmən, o, yenə də böyük potensiala, ən əsası isə zəngin mədəniyyətə malikdir. "Dünyada, yəqin ki ən zəngin mədəniyyət var və biz də onlardan birinə aidik",- Peskov bildirib.
Rusiya prezidentinin mətbuat katibi onu da əlavə edib ki, əlbəttə, Rusiya hələ özünü dünyaya tanıtmalıdır.
"Həm də, hazırda mövcud olan bütün qarşıdurmalara, bütün dövlətlərarası çəkişmələrə rəğmən, rus dili də sevilir, rus mədəniyyətinə də heyran olurlar, rus idmanına da", - deyə Peskov bildirib. /sputnik.az/

Комментариев нет:

Отправить комментарий