Erməni iddiasına görə, bu gün Rus sülhməramlıları Qarabağda ancaq azərbaycanlıların dedikləri ilə hesablaşırlar, ermənilərə isə sadəcə olaraq “tüpürürlər”
Həmişə “özgə millətləri də özlərinin xeyrinə qışqırmağa, yalan xəbərlər yaymağa cəlb etməyi bacaran” (rus yazarı Aleksey Jemçujnikov) ermənilər, nədənsə, bu dəfə də ruslardan “narazılıq edirlər”. Sən demə, ermənilər bu günə kimi, ruslar üçün yalnız “ehtiyac duyduqları ərazilərin ehtiyacsız əhalisi” imiş. Ermənilərin dediklərindən belə başa düşmək olur ki, bu gün onlar “yelkənsiz gəmidirlər”. Kim, yəni hansı ölkə istəsə, “bu gəmini” çəkib “qanadı altına” sala bilər.
Ermənilərin dediklərindən belə başa düşmək olur ki, dünən onların ruslara bəslədikləri ümidlər, bu gün ruslar tərəfindən “məhv” edilməkdədir.
Deyirlər ki, o vaxt ruslar Qarabağa varid olanda sevindik ki, “budur, artıq xilaskarlarımız” gəlir. Həmən vaxt Qarabağdakı ermənilər də, rusların pişvazına duz-çörəklə çıxıb, şadyanalıq etdilər. Amma sən demə bütün bunlar əbəsmiş. Ruslar bura bizi qorumağa yox, bölgədəki nüfuzlarını “yenidən bərpa etməyə” gəlibmişlər. Ermənilər, buna arxada qalan 6 ayda əmin olduqlarını bildirirlər.
Məsələn, deyirlər ki, 44 günlük müharibədə Qarabağdakı postlarını qoyub qaçan erməni hərbçilərini ruslar niyə yenidən qanadlarının altına alıb geri qaytarmırlar?
…Və yaxud, niyə ruslar bu gün “xalqın seçdiyi prezident” Arayik Arutyunyanı və ya o boyda məsul vəzifə daşıyıcısı olan Vitali Balasanyanı adam yerinə saymırlar? Niyə onların rəhbərliyi oturduqları ofislərdən kənara belə çıxmır?
Ermənilərin iddiasına görə, bu gün Rus sülhməramlıları Qarabağda ancaq azərbaycanlıların dedikləri ilə hesablaşırlar, ermənilərə isə sadəcə olaraq “tüpürürlər”.
…Ruslar bizə evdə oturub, azərbaycanlıların bu ərazilərdə apardıqları tikinti işlərinə mane olmamağı tövsiyə edirlər. Bu da onların bizə bəslədiyi “qardaşlıq”.
…Ermənilərin dediyinə görə, ruslarla “siyasi müttəfiq” olmalarına baxmayaraq, onların sülhməramlıları hər vəhclə biz erməniləri “aşağılamağa” çalışırlar.
Ağasəf Babayev sia.az
Комментариев нет:
Отправить комментарий