23.05.2021

Stalin Rusiyasından sonra ilk dəfə bizim ehtimal edilən rəqiblərimizin- NATO, ABŞ və Qərbin adları açıq-aşkar çəkilmişdir. Putin yeni milli təhlükəsizlik konsepsiyasını qəbul etməklə bərabər bəyan etdi: “Rusiya özünü həmişə Avro-Asiya ölkəsi kimi hiss edib”. Bu, Rusiyanın dünyada baş verən geopolitik proseslərdəki istiqamətinin bircə saat içində dəyişməsinə səbəb olan tarixi, möhtəşəm bir bəyanat idi. Bundan sonra aydınlaşdı ki, biz Rusiyanın atlantizmdən avrasiyaçılığa doğru tam dönüşünün şahidi oluruq. Dövlətimizin mərhələli şəkildə Avrasiya inteqrasiyası məntiqinə keçməsinin şahidi oluruq. Dövlət əhəmiyyətli məsələlərin həlli zamanı qəbul edilən qərarlarda geopolitik yanaşmaların əlamətləri açıq-aşkar özünü göstərir. Rusiya tarixində ilk dəfə olaraq geopolitika açıq-aydın şəkildə elə bir qaçılmaz əməliyyat sistemi kimi qəbul edilmişdir ki, müasir xarici siyasət reallıqlarında ona müraciət etməmək ağılsızlıq, bəzi hallarda isə hətta cinayət hesab olunur. Məhz Rusiyanın inkişafın avrasiyaçı yoluna qədəm qoymasından sonra dövlət elitası son yüzilliyin siyasi tarixinə yeni baxış nümayiş etdirməli, buraxılan səhvləri, düzgün aparılmayan hesablamaları araşdırmalı oldu, dərk etdi ki, bir daha “geopolitik yolazmaya” haqqımız yoxdur. Yaranmış situasiya o qədər dərinləşmişdi ki, artıq geopolitikanı iqnor etmək, hər dəfə iflasa uğramış bu və ya digər strateji modellərlə yola vermək olmazdı. Bundan sonra dövlətimizin milli təhlükəsizliyinə cavabdeh olan bütün şəxslər geopolitikaya sədaqət andı içməlidirlər. Artıq bizim böyük məkanımızın avrasiyaçı orientasiyası geopolitik aksiomaya çevrilmişdir ki, Rusiyanın inkişafının gələcək kursunn müəyyənləşməsində və yekdilliyində heç bir şübhə doğurmur. Bu gün dövlətimizin rəhbərliyi avrasiyaçılığın dünyagörüş kimi qələbəsi üçün dəmir iradə nümayiş etdirir. Bu dəmir iradənin fonunda biz də həmin qələbənin təmin edilməsinin iştirakçısıyıq. Rusiya və Avrasiyanın əzəməti və çiçəklənməsi naminə bizə yalnız onu dəstəkləmək qalır. Belə ki Avrasiya - hər şeydən üstündür!

Valeri Korovin, tanınmış Rusiya politoloqu, Beynəlxalq Avrasiya Hərəkatının sədr müavini, İzbor Klubunun üzvü

Комментариев нет:

Отправить комментарий