23.05.2021

Ermənistan daha çox ətrafındakı islam qövsünə münasibətdə Rusiyanın dəstək və dayağını axtararaq, ardıcıl olaraq Avrasiya Birliyinə meyil edir. Bakı neytral mövqedən çıxış edir, ancaq Ankaranın avrasiyaçılığa daha ardıcıl və dönməz münasibəti çox şeyi dəyişə və bu da dərhal Azərbaycanın mövqeyinə təsir edə bilər. Öz mədəni quruluşu etibarilə Azərbaycanın Rusiyaya, Qafqazın və Orta Asiyanın postsovet respublikalarına yaxınlığı dindar İrana və hətta dünyəvi Türkiyəyə yaxınlığından qat-qat çoxdur. Gürcüstan isə bir neçə səbəbdən daha çox problemlidir. Gürcü dövlətinin mozaik xarakteri yeni milli dövlət qurulması üçün ciddi problemlər yaradır – Abxaziya, Cənubi Osetiya, Acarıstan və başqaları buna ciddi etiraz edirlər. Bundan başqa, Gürcüstanın qonşu dövlətlər arasında etibarlı tərəfdaşları olmadığından, Moskva əleyhinə ABŞ və NATO-nun şəxsində balans axtarır. Bununla da məhz Gürcüstanda ümumi avrasiyaçılıq prosesinin altına daha təhlükəli strateji mina qoyulur. Situasiyanı yalnız Gürcüstanın atlantizmlə heç bir əlaqəsi olmayan, sırf dərin Avrasiya cizgiləri olan pravoslav mədəniyyəti, gürcü cəmiyyətinin ənənəvi dayaqları xilas edə bilər.

Aleksandr Duqin, “AVRASİYAÇILIĞIN 7 MƏNASI”

Комментариев нет:

Отправить комментарий