23.05.2021

Avrasiyaçılığın son təsnifatı müəyyən dünyagörüşə, özündə orijinal tərzdə ənənəni, müasirliyi, hətta postmodern elementləri birləşdirən bəlli siyasi fəlsəfəyə tətbiq olunur. 
Avrasiyaçılığın bu fəlsəfəsi ənənəvi cəmiyyət dəyərlərinin prioritetindən doğur, texniki və sosial modernizasiyanın (mədəni köklərdən ayrılmadan) imperativlərini qəbul edir və öz ideya proqramını “postmodern” adlanan postindustrial, informasiya cəmiyyətinin şərtlərinə adaptasiya etməyə çalışır.
Postmoderndə ənənə ilə müasirlik arasında formal qarşıdurma aradan qalxır. Lakin atlantist aspektdə postmodernizm onları laqeydlik və mahiyyətin tükənməsi mövqeyindən bərabələşdirir. Avrasiyaçı postmodern isə əksinə, ənənə ilə müasirliyin alyansını yaradıcılığa və inkişafa sövq edən qurucu, optimist, enejili impuls olaraq mümkün sayır.
Avrasiyaçılıq fəlsəfəsində Maarifçilik dövrünün sıxışdırdığı reallıqlar legitim yerdə durur: bunlar din, etnos, imperiya, kult, miras və s.-dir. Eyni zamanda, moderndən də texnoloji sıçrayış, iqtisadi inkişaf, sosial ədalət, azad əmək və s. götürülür. Ziddiyyətlər aşılaraq, vahid harmoniyada qovuşur, bəşəriyyətin əbədi problemlərinin həlli üçün yeni fikirlər və qərarlar doğuran orijinal nəzəriyyəyə çevrilir.

Aleksandr Duqin, “AVRASİYAÇILIĞIN 7 MƏNASI”

Комментариев нет:

Отправить комментарий