Rusiya-Hindistan əməkdaşlığı materikimizin geniş ərazilərinin inteqrasiyası üçün ikinci çox vacib meridional oxdur. Moskva-Dehli oxundan Avrasiya ümumi kollektiv təhlükəsizlik sisteminin yaradılması üçün əməkdaşlığın güc xətti keçəcək. Bu halda mühüm olan odur ki, Moskva İslamabad ilə Dehli arasında Kəşmir məsələsi ilə bağlı gərginliyin aradan qaldırılmasında fəal iştirak etsin.
Belə olduğu halda, sponsorluğunu Moskvanın edəcəyi Avrasiya layihəsi Hindistanın özü üçün sikhlər və müsəlmanlar da daxil geniş etnik və dini azlıq spektrinə malik hind cəmiyyətinin bütün rəngarəngliyini əks etdirən və möhkəmləndirən federativ quruluşun yaradılması formulası olacaq.
Aleksandr Duqin, “AVRASİYAÇILIĞIN 7 MƏNASI”
Комментариев нет:
Отправить комментарий