Rusiya öz ərazisinə təcavüz cəhdlərinə sərt şəkildə cavab verəcək. RİA Novosti xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin "Qələbə" Təşkilat Komitəsinin iclasında bəyan edib.
"Hamı bizi "dişləməyə", ya da bizdən nəsə qoparmağa çalışır, ancaq bunu etməyə hazırlaşanlar bilməlidirlər ki, onların dişini elə tökərik, bir daha heç kimi dişləyə bilməsinlər", - deyə Putin vurğulayıb.
Bununla belə, prezident Rusiya iqtisadiyyatın hərbiləşdirilməsi yolu ilə getməyəcəyini bildirib. O xatırladıb ki, bu il müdafiə xərclərinə üç trilyon rubl və ya mövcud məzənnə ilə 42 milyard dollar ayrılıb. Halbuki ABŞ-ın hərbi xərcləri 770 milyarddan çoxdur.
"Mütləq ifadədə Rusiya hardasa ilk onluqdadır, özü də ilk onluğun son sıralarında. Hətta Yaponiya kimi ölkələr belə milli müdafiəyə Rusiyadan daha çox pul xərcləyirlər. Hərçənd onların konstitusiyasına görə, heç orduları da olmamalıdır", – deyə dövlət başçısı əlavə edib.
Putin qeyd edib ki, Rusiyanın gücləndiyini görən rəqibləri dərhal bu inkişafı məhdudlaşdırmaq üçün bəhanə axtarmağa başlayırlar. /sputnik.az/
Комментариев нет:
Отправить комментарий