30.05.2021

Səfər Mehdiyevin gömrük imperiyası: 121 qohum dövlət içində dövlət qurub

Son zamanlar Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev gömrükdə qayda-qanun yaratmaq əvəzinə daha çox piar işləri məşğul olur. Gözdən pərdə asmaq məqsədi ilə kimlərisə rüşvət aldığına görə həbs etdirən sədr belə bir aura yaratmağa çalışır ki, guya o şəffaf işləməyə çalışır.
Amma gömrük-keçid məntəqələrindən gələn məlumatlar tamamilə bunun əksini göstərməkdədir.
Gömrük Komitəsində çalışdığını bildirən anonim mənbə tərəfindən cumhuriyyet.az-a göndərilən məlumatda inanılmaz qanunsuzluqlardan bəhs edilir.
“Uzun illər Dövlət Gömrük Komitəsində monopoliyaya şəxsən nəzarət edən təcrübəlı kadrları gözdən salan, nəyin bahasına olur olsun ləkələməyə calışan Səfər Mehdiyevin məqsədu bu gün məlum oldu. Hazırda gömrük sistemində Səfər Mehdiyevin 121 nəfər qohumu işləyir”.
Mənbənın məlumatlarından belə görünür ki, Səfər Mehdiyev Gömrük Komitəsində özünün əsl imperiyası yaradıb. O, Dövlət Gömrük Komitəsini şəxsi şirkəti kimi işlədir. Burada bütün vəzifələr qohum-əqrəbası arasında aşağıdakı kimi bölüşdürülüb:
“1. Qayını Tarquluyev İlham DGK tikintilərinə nəzarət edir. Saxta tenderləri “udur”dır.
2. Qayını İlhamın qızının əri Kamran əvvəl mühafizədə işləyirdi. Hazırda ER və DNBGİ baş inspektordur. Bütün pullu işlərə ancaq o baxır. Hec kəs onun işinə girişə bilməz. Rüşvəti “meşok”da tərəziylə çəkib alır.
3. Səfər Mehdiyevin köməkcisi Rəşad yaxın qohumudur.
4. Uşaqlıq dostu və qohumu Rəsulov Məsum Dövlət Gömrük Komitəsinin Qacaqmalcılıq və Gömrük qaydalarının Pozulması ilə Mübarizə Baş idarəsinin rəisidir. Adını yaza bilməyən bu şəxs 2 ilə general rütbəsi alıb. Səfər Mehdiyevdən sonra qurumda əsas söz sahibidir.
5. Qayını Tarquluyev Zeynal Azterminalkompleks İstehsalat Birliyinin rəis müavinidir. “Qara kassiya” o nəzarət edir. Gömrük İdarələri ətrafinda ofislər acaraq Gömrük Broker və Loqistik “xidmətlər” göstərir. Gömrükdə hər kəs məcburu həmin “xidmətə” yönəldilir. Orda isə iş adamlarına həmin broker xidməti ilə işləmək ücün müəyyən güzəştlər təklif olunur.
6. Qardaş oğlu Məhəmməd Avtonəqliyyat və Aksizli mallar baş gömrük idarəsində İnzibati idarə etmə şöbəsinin rəisidir.
7. Bacısı oğlu Fərman Dövlət Gömrük komitəsində Audit və təhlil baş idarəsində Baş inspektordur. Bakı Baş gömrük İdarəsində Broker xidməti acıb. İş adamlarına sövdələşmələrlə “güzəştlı” xidmət göstərir.
8. Bacısı oğlu Əli Avtonəqliyyat və Aksizli mallarla Baş gömrük İdarəsində Baş inspektordur.
9. Bacısı oğlu Məhərrəm Bakı Baş Gömrük İdarəsində Baş inspektor işləyir.
10. Qardaşının kürəkəni Sənan Avtonəqliyyat və Aksizli Mallar Baş Gömrük İdarəsində qiymətləndirmə şöbəsinin rəisidir. Bütün ölkəyə idxal edilən avtomobillərə ağlına gələn qiyməti o yazdırır.
11. Baldızı oğlu Rəfail Niftəliyev Enerji Resursları və Dəniz nəqliyyatı baş Gömrük idarəsində İdarə rəisidir. İdarənin bütün gəlirli hissələrinə o nəzarət edir.
12. Bacısının kürəkəni Sahib Dövlət Gömrük Komitəsində Audit Təhlil Baş İdarəsində böyük inspektordur.
13. Bacısinin kürəkəninin qardaşı Zaman Dövlət Gömrük Komitəsinin Xocahəsən G/P inspektordur.
14. Bacısı oğlu Röşən Dövlət Gömrük Komitəsində işləyir. Onun üçün saxta tabel yazılır, əmək haqqı alır. Hec vaxt işə gəlmir. Kənarda bizneslə məşguldur.
15. Bacısının kürəkəni Vilayət Dövlət Gömrük Komitəsinin Maliyyə Tarif Və nəzarəti Baş İdarəsində baş inspektordur. Amma tərcümeyi-halını yaza bilmir.
16. Bacanağı Həsən Dövlət Kömrük Qospitalında işləyir.
17. Dostu Elman Dövlət Gömrük Komitəsinin Qospitalında Baş həkimdir. Bütün gəlirlərə o nəzarət edir. Elman doktorun qardaşı Fərman gömrük zabiti olduğu halda saxta dərman idxalına görə DTX tərəfindən həbs edilib.
18. Bacanağı Eldar Dövlət Gömrük komitəsinin Tikinti İdarəsinin rəis müavinidir. Tikintidə “qara kassiya” o nəzarət edir.
19. Bacanağı İlham Dövlət Gömrük Komitəsinin Tikinti İdarəsində işləyir. Əmək haqqı alır, amma işə cixmır.
20. Qardaşının kürəkəni Sahib iş adamlarına ucuz qiymətə mal çıxardığını bildirərək Broker xidməti” acıb.
21. Yeznəsinin qardaşı oğlu Cəfərov Davud Xocahəsən Gömrük postunu qeyri-rəsmi idarə edir. Gömrük postunun rəisi başqası olduğu halda Davud bütün işləri idarə edir.
22. Yeznəsinin qardaşı oğlu Cəfərov Süleyman “Azterminalkompleks” İstehsalat Birliyində işləyir.
23. Yeznəsinin qardaşı oğlu Cəfərov Asif və digər iki qardaşı Dövlət Gömrük Komitəsində işləyir.
24. Yeznəsinin digər qardaşı oğlu Rəhman Xocahəsən G/P “Azterminalkompleks” İB işləyir.
25. Dostunun qardaşı Ramiz Gömrük Komitəsinin mobil qrup bölməsində baş inspektordur.
26. Qardaşının kürəkəni Arif 51 yaşında gömrük orqanlarında işə düzəlib. “Gömrük orqanlarinda Xidmət haqqinda” Əsasnaməyə əsasən kapitana qədər 50 yaş son yaş həddidir.
Hazırda Səfər Mehdiyevin işə qəbul etdiyi bütün kadrlar müsabiqədən kənar yola ilə işə qəbul edilir. Gömrük Komitəsində işə düzəlmək üçünsə ya cox yuxarı səviyyədə tapşırılmalısan, ya da Səfər Mehdiyevin qohumu olmalısan.
Qanunda yazılır kı Gömrük sistemində 30 yaşdan yuxarı şəxslər işə qəbul edilmir. Amma Səgər Mehdiyevin qohumları 40-50 yaşında adamları işə götürürlər. Əvvəl “Azterminalkompleks” İB-nə, qısa müddətdən sonra Dövlət Gömrük Komitəsinə işə alırlar və həmin şəxsdə olur gömrük zabiti. Gülməlidə olsa da, 40-50 yaşında adamlara ilk olaraq leytenant rütbəsi verirlər.
Nəzərinizə catdırım ki. “Azterminalkompleks” İB gömrüyün nəzdində “qara kassa”dır. Bu “qara kassa”ya da Səfər Mehdiyevin qayını Zeynal Tarquluyev nəzarət edir. Təsərrüfat hesablı İstehsalat Birliyinin rəisi generaldir.
Döğrüdan gülməlidi. Həmin istehsalat birliyinin Əsasnaməsini kim təsdiq edib görəsən? Qanunda yazılıb ki, Həqiqi hərbi xidmət kecməyən şəxslər işə qəbul edilə bilməz. Necə olur ki hərbi xidmətə yararsız olan insanlara mayor, polkovnik rütbəsi verilir? Bu qədər də qanunlara hörmətsizlik olmaz… Nəzərinizə catdırım kı mayordan yuxarı Baş rəis heyəti gedir.
Onu da qey edim ki, bu gün Gömrük Komitəsində calışan Səfər Mehdiyevin qohumlarinin böyük əksəriyyətinin diplomları saxdadır. Bunlar anlamirlar ki 1992-ci ildən ali təhsil müəsisələrinə qəbul TQDK (hazırda DİM) tərəfindən aparılır. Bu insanlar birbaşa keçmiş Təfəkkür Universitetinin dördüncü kursuna necə qəbul olunub? Bu adamların çoxusu rus dilində 20-yə qədər saya bilmir, amma deyir Ukraynada oxumuşam…
Sual olunur, kecid balı toplamadan Bədən Tərbiyyəsi Akademiyasında necə oxumusan? Necə olur ki, Bakıda işləyə-işləyə Naxçıvanda əyani oxumusan?
Qanun qadağan etməsinə baxmayaraq, bu gün Gömrükdə calışan Səfər Mehdiyevin bütün qohumları kommersiya ilə məşguldurlar.
Biz iş yoldaşı olaraq hec birimiz onların kommersiya ilə məşğul olmağına xainlik eləmirik. Amma vay onların satdığı maldan idxal edən iş adamlarının halına…
Səfər Mehdiyevin qohumları olan gömrük əməkdaşları özləri ücün mal idxal etdikdə gömrükdən xüsusi “güzəştlə” rəsmiləşdirilir. Başqalarının gətirdikləri mallar isə müxtəlif bürokratik səbəblərlə (Gömrük məcəlləsinin 160-ci məddəsində yazılıb ki 2 gün ərzində rəsmiləşdirmə başa catmalıdır), suni maneələrlə idxal olunan malları 10-15 gün gömrükdə saxlanılır, bilərəkdən gömrük dəyəri qaldırılır, hər günə 160 dollar saxlama pulu ödətdirdikdən sonra buraxılır. Və beləliklə azad rəqabət apara bilmədiyindən iş adamları bir daha həmin maldan idxal etmirlər. Bu da olur “mədəni” monopoliya…”

cumhuriyyet.net

Комментариев нет:

Отправить комментарий