İran-İraq müharibəsinin qızğın vaxtında Səddam rejemi İranı uzun mənzilli raketlərlə vururdu. İranın isə özünü müdafiə edəcək raketi yox idi. İran Müəmmar Qəddafidən danışıq yolu ilə "Skad B" raketləri aldı. Bundan sonra İnqilab Keşikçiləri, "Skad B" raketlərinin necə hazırlandığını öyrənmək üçün bir qrup gənci Suriyaya yolladı. Sonralar İran raketlərinin atası kimi tanınan şəhid Muqəddəm Tehrani kəşf olundu.
Həsən Muqəddəm Tehrani 1959-cu ildə Tehranda dindar ailədə anadan olub. 1979-cu ildə Şerif Texnoloji Universitetinin Mexanika Mühəndisliyi ixtisasına daxil olub. 1980-ci ildə İnqilab Keşikçilərinə qoşulub.
İran-İraq müharibəsində bir çox hərbi birliklərin qurulmasında çox böyük rolu olub.
İnqilabın əvvəllərində İranın 300 km mənzilli "Skad" raketlərindən başqa yaxşı raketləri yox idi. Şəhid Tehrani "Şkad" raketinin bazasında "Şahab" 1 raketini hazırladı. O cümlədən "Şahab-2", Şahab-3", "Qədr-110 ballasstik raketlərini İranın arsenalına qazandırdı.
Muqəddəm Tehrani 2008-ci ildə İranın ilk qatı yanacaq ilə işləyən, 1500 kq partlayıcı maddə daşıyan "Siccin" raketini ərsəyə gətirmişdir.
12 noyabr 2011-ci ildə Modares raket qarnizonunda müəmmalı partlayış baş verir. Hadisədə İran İnqilab Keşikçilərinin 17 üzvü ölür. O partlayışda Həsən Muqəddəm Tehrani də şəhid olur.
Комментариев нет:
Отправить комментарий