30.05.2021

Şiə məzhəbinin digər İslami məzhəblərdən daha aktiv və daha möhkəm təməlləri var

Son zamanlarda Amerikada "Dini Məzhəblər arasında ayrılıq planı" adlı bir kitab nəşr olunub. Bu kitabda, CİA-nın köhnə məmurlarından biri olan Michael Brand ilə bir reportaj yer alıb. Həmin köhnə CİA məmuru bu reportajında, Şiələr və Şiə məzhəbi əleyhinə hazırladığı planlarını izah edib. Michael Brand belə deyir:
"İslam dünyası əsrlərdən bəri Qərb dövlətlərinin hakimiyyətində olub. Bu əsrdə bir çox İslam ölkəsi müstəqillik qazanmalarına baxmayaraq yenə də bu ölkələrin siyasi və iqtisadi sistemləri və xüsusilə cəmiyyətlərinin mədəniyyətləri Qərbin idarəsində olub və Qərbə xidmət edir.
1979-cu ildə reallaşan İran İslam İnqilabından ABŞ böyük bir zərbə aldı. Əvvəlcə biz, bu inqilabın İranın məzhəbi cəmiyyətinin təbii istəyi olduğunu və dini liderlərin bu vəziyyətdən faydalanmaq istədiklərini düşünüb, şah getdikdən sonra tədricən istədiyimiz şəxsləri dövlət başına gətirərək İran üzərindəki siyasətimizi davam etdirərik deyə plan qurduq. Amma zaman keçdikcə İran İslam İnqilabı ilə ortaya çıxan İslam İnqilabi mədəniyyətinin bölgədəki ölkələrdə, xüsusilə İraq, Pakistan, Livan və Küveytdə yayılması nəticəsində İran İslam İnqilabı haqqında səhv təhlillər etdiyimizi anladıq. Bu zaman CİA-nın yüksək vəzifəli şəxsləri ilə bir yığıncaq qurduq. O yığıncaqda İslam ölkələrində təcrübəsi olan ingilis cəsusları da vardı. Bu nəticəyə gəldik ki, İran İslam İnqilabının qalib olma səbəbi, Şahın yürütdüyü səhv siyasət deyil, başqa faktlardır.
Birincisi güclü məzhəbi bir rəhbərliyin olmasıdır.
İkincisi bu məzhəbin şəhidlik məktəbinə sahib olmasıdır ki, bu şəhidlik məktəbi, 1400 il əvvəl İslam Peyğəmbərinin nəvəsi Imam Hüseyn tərəfindən təməli qurulmuş və hər il Məhərrəm ayında edilən matəm mərasimləri ilə bu şəhidlik məktəbi yaşadılıb yayılır.
Nəticədə anladıq ki, Şiə məzhəbinin digər İslami məzhəblərdən daha aktiv və daha möhkəm təməlləri var.
Bu yığıncaqda Şiə məzhəbi üzərində daha çox araşdırma edilməsinə və bu araşdırmalar nəticəsində plan və proyekt hazırlanmasına qərar verdik. Bu təhqiqat üçün 40 milyon dollar büdcə ayırdıq...
Bu təhqiqatlar bizə bunu öyrətdi ki, Şiə məzhəbi ilə üz-üzə döyüşə bilmərik və qarşı-qarşıya gəlsək müvəffəqiyyət şansımız çox azdır. Pərdə arxasından iş görməyimiz lazım olduğunu anladıq. İngilislərin məşhur "Parçala və hökm sür" şüarlarının yerinə, "İxtilaf sal, parçala və yox et" siyasətini tətbiq etdik".

Nizami Sərdaroğlu

Комментариев нет:

Отправить комментарий