Azərbaycan Cümhuriyyəti tarixindən danışarkən çox səhvlərə yol vermiş oluruq ki, onlardan bəzilərinə nəzər salaq.
İlk öncə bilməliyik ki, Nuru paşa rəhbərliyindəki Osmanlı ordusu Bakını azad etməyə yox, işğala, Bakı neftini ələ keçirməyə gəlmişdi. Çünki Birinci Dünya Müharibəsində Osmanlı neftlə zəngin Yaxın Şərq ərazilərin (Suriya, İraq və s) itirmişdi. Buna görə də Bakı (Abşeron) nefti Osmanlı üçün vacib əhəmiyyət daşıyırdı.
Məntiqlə düşünün. İrəvan şəhəri Türkiyə ərazisinə daha yaxındır, nəinki Bakı. Əgər Nuru paşanın məqsədi Bakını azad etmək idisə, nədən Osmanlı sərhədinə yaxın yerləşən və Osmanlının təzyiqi ilə ermənilərə verilən İrəvan şəhərini azad etmədi?
Nuru paşanın 70-80 km-lik məsafədə olan İrəvanı azad etməyib, 800-900 km uzaqda yerləşən Bakını azad etməsinə inanmaq sadəlövhlükdür.
Hələ bu nədir ki?! Osmanlı dövlətinin təzyiqi ilə 1918-ci ilin 30 mayında İrəvan mərkəzli erməni dövləti yaranır. Azərbaycan torpaqları ermənilərə güzəştə gedilir. Osmanlı Türkiyəsi bu erməni dövlətini bizim ərazidə yaradır.
Bizim bəzi cahil tarixçilərin fəxrlə dediyi Batumi müqaviləsini 4 iyun 1918-də Osmanlı imperiyası Ermənistan və Gürcüstanla da imzalayıb. Yəni ki ilk müqaviləmizi Osmanlıyla bağladıq deyə fəxr edənlər bilsin ki Ermənistan və Gürcüstan da həmin günü bu müqaviləni bağlayıb Osmanlı ilə!
Tarixi bilməyən xalq ərazilər itirməyə məhkum qalır.
İkinci bir yalnış odur ki, Azərbaycan Xalq Cümhuriyyəti deyilir bu dövlətə. Halbuki bu dövlətin adı Azərbaycan Cümhuriyyəti olub. Bunu bütün arxiv mənbələri də təsdiq edir.
Xalq sözünü sonradan uydurma tarixsevərlər ora artırıb.
Bu dövlətin 23 ay boyunca adı Azərbaycan Cümhuriyyəti olub.
Комментариев нет:
Отправить комментарий